Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-398/2026 15.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi ilə, Iddiaçı X3 cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “atalığa dair mübahisə” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** nömrəli qərardadından iddiaçı X3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Iddiaçı X3 cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “atalığa dair mübahisə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh1 ilə birgə evliliklərindən dünyaya gəlmiş ##.##.2026-cı il təvəllüdlü adsız qız övladının atasının cavabdeh cavabdeh2 olmadığı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə iddiaçı X3 cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “atalığa dair mübahisə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı X3 şikayət verərək, Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadının ləğv edilməsini, ərizəsinə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh1 ilə cavabdeh cavabdeh2 ##.##.2018-ci ildə ailə həyatı qurmuşdurlar. Onların birgə nikahından uşaqları olmamışdır. Tərəflərin münasibətləri pozulduğu üçün 2024-cü ilin yay aylarından ayrılmışdırlar. cavabdeh1 2024-cü ilin oktyabr ayında məhkəməyə müraciət edərək Şəki şəhər IHB-nın Baş Göynük kənd icra nümayəndəliyində cavabdeh cavabdeh2 ilə aralarında bağlanmış ##.##.2018-ci il tarixli nikahın pozulması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbinə məhkəmədə baxılaraq Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə tərəflərin arasında bağlanmış nikah pozulmuşdur. Şəki Rayon Məhkəməsində cavabdeh1 ilə cavabdeh cavabdeh2 nikahları pozulduqdan bir neçə gün sonra o, cavabdeh1 ilə evlənmişdir. Hal-hazırda onunla birgə evliliklərindən ##.##.2026-cı il tarixində qız övladı dünyaya gəlmişdir. Bu barədə onlara Şəki rayon mərkəzi xəstəxanasından “Doğum haqqında tibbi şəhadətnamə” verilmişdir. Həmin sənəd əsasında övladına “Doğum haqqında şəhadətnamə” almaq üçün Şəki regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsinə yaxınlaşsalar da, onlar cavabdeh1 ilə birgə evliliklərindən dünyaya gəlmiş uşaq üçün şəhadətnamə verə biləcəklərini, lakin ata adı qrafasında cavabdeh cavabdeh2 adının yazılacağını bildirmişlər. Səbəb kimi, nikah pozulmamış və ya nikah pozulmasından 300 gün sonra dünyaya gəlmiş uşaqlara ata adı keçmiş ərin adına yazıldığının qanunda əks olunduğu göstərilmişdir. Bundan sonra tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh1 ilə birgə evliliklərindən dünyaya gəlmiş ##.##.2026-cı il təvəllüdlü adsız qız övladının atasının cavabdeh cavabdeh2 olmadığı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadı ilə ərizəsinin geri qaytarılması qərara alınmış, iddia ərizəsindən göründüyü kimi, cavabdeh1 ilə birgə evliliklərindən dünyaya gəlmiş ##.##.2026-cı il təvəllüdlü adsız qız övladının atasının cavabdeh cavabdeh2 olmadığı barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə ərizəsini geri qaytarmışdır, ona görə ki, tərəfindən məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədiyi üçün geri qaytarılmışdır. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki ilk növbədə onun məhkəmədə qaldırdığı tələbin məhkəmədən kənar həll yolu yoxdur. Yəni yeni doğulmuş adsız uşaq onunla cavabdeh cavabdeh1 birgə evliliyindən doğulduğu sübut olunsa da, qanunun tələbinə əsas nikah pozulmasından 300 gün sonra dünyaya gəlmiş uşaqlara ata adı keçmiş ərin adı verilir. Keçmiş ər bunu məhkəmədən kənar etiraf etsə belə, onun ərizəsi ilə və ya Mediasiya sazişi ilə Qeydiyyat orqanında yeni doğulmuş uşağa ata adı verilə bilmir. Ikinci qaldırmış olduğu mübahisə xüsusi icraat qaydasında qaldırılmış ərizə növlərinə daxildir (MPM-nin 307.2.10- cü maddəsi- atalığın etiraf olunması faktının). Sadəcə bu tələblər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli qərarının tələbinə əsasən ərizə formasında deyil, iddia ərizəsi formasında müraciət edilməsi tövsiyə olunmuşdur. Məhz bu səbəbdən tələbini iddia ərizəsi formasında qaldırmışdır. Məhz bu kimi əsaslara görə hesab edir ki, məhkəmədən əvvəl mediasiya prosesində iştirak tələb olunmamalı və iddia tələbinə mahiyyəti üzrə baxılaraq qərar çıxarılmalıdır. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə Şəki Rаyоn Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərаrdаdındаn iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunvericiliyə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunur. Lakin iddiaçı buna dair sübutu iddia ərizəsinə əlavə etməmişdir. Belə olan halda, iddiaçının şikayəti əsaslı deyildir, mediasiyaya müraciət etmə tələbinin şərtlərini pozmuş hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsində qeyd edilmişdir ki, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə Mediasiya Şurası tərəfindən həmin şəhər və ya rayon üzrə müəyyən edilən və (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Mediasiya təşkilatı mediatoru 3 (üç) iş günü ərzində təyin edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.0.8-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1-ci və 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Iddiaçı X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-10)-398/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-398/2026
15.05.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver