Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-618/2023 17.11.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə. İddiaçı cavabdeh Qax rayon Qeydiyyat şöbəsinə maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “xx.xx.2023-cü il tarixdə doğulmuş qızı “Emilya”nın atasının “Maraqlı şəxs1” olması müəyyən edilməsi və X3 ata adı qrafasında ata adının “Maraqlı şəxs1” kimi, soyadının isə “Hacıyeva” kimi qeyd edilərək Doğum Şəhadətnaməsinin verilməsinə dair” iddia ərizəsi üzrə mülki işə Qax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə doğulmuş qızı “Emilya”nın atasının “Maraqlı şəxs1” olması müəyyən edilməsi və X3 ata adı qrafasında ata adının “Maraqlı şəxs1” kimi, soyadının isə “Hacıyeva” kimi qeyd edilərək Doğum Şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, İddiaçı, cavabdeh Qax rayon Qeydiyyat şöbəsinin nümayəndəsi, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəməyə gəlməmiş, İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə gəlmiş, Qax rayon Qeydiyyat şöbəsinin rəisi Kəmalə Şükürova məhkəməyə ərizə göndərərək iş yükünün çoxluğu ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyini göstərərək işə onun iştirakı olmadan baxılmasına və ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmiş, Maraqlı şəxs1 məhkəməyə ərizə göndərərək iddia tələbini qəbul etdiyini, yeni doğulmuş qız uşağı Hacızadə Emilyanın onun qızı olmasını İddiaçı ilə birgə nikahda olduqları müddətdə doğulduğunu göstərərək iddia tələbinin tam təmin edilməsini xahiş etmiş, Qax rayon Qeydiyyat şöbəsinin nümayəndəsi və Maraqlı şəxs2 məhkəməyə gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Qax rayon Qeydiyyat şöbəsinin rəisinin, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Maraqlı şəxs2 ilə nikahı Qax rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(024)-480/2022 saylı qətnaməsi əsasında Qax rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli 34 saylı nikahın pozulması haqqında akt qeydi ilə pozulmuşdur. Maraqlı şəxs1 ilə 7 saylı Bakı “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsində 22 iyul 2023-cü il tarixdə 1202 nömrəli Akt Qeydi ilə nikaha daxil olmuşdur. Maraqlı şəxs1lə olan nikah münasibətlərindən xx.xx.2023-cü il tarixdə qızı doğulmuşdur. Yeni doğulmuş qızının atası Maraqlı şəxs1dur. Maraqlı şəxs2 xx.xx.2022-ci il tarixdə ayrılmış və ayrıldığı tarixdən onunla heç bir münasibəti olmamışdır. xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs1 ilə faktiki ər-arvad münasibətində yaşayır və rəsmi nikahı isə xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən xx.xx.2023-cü il tarixdə doğulmuş qızı “Emilya”nın atasının “Maraqlı şəxs1” olması müəyyən edilməsi və X3 ata adı qrafasında ata adının “Maraqlı şəxs1” kimi, soy adının isə “Hacıyeva” kimi qeyd edilərək Doğum Şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. X1 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o Maraqlı şəxs1 qardaşıdır. İddiaçı ilə Maraqlı şəxs1 2022-ci ildə faktiki evlənmiş, 2023-cü ildə isə nikahlarını rəsmi qeyd etdirmişlər. Onların birgə nikahlarından Emiliya adlı qızları dünyaya gəlmişdir. Təsdiq edir ki, həqiqətən də xx.xx.2023-cü il tarixdə doğulmuş “Emilya” adı qoyulmuş qız uşağının atası Maraqlı şəxs1dur. X5 Nuqzariyevna məhkəmə iclasında ifadə verərək göstərdi ki, o iddiaçını tanıyır. İddiaçı ilə Maraqlı şəxs1 2022-ci ildə nikaha daxil olmadan evlənmişlər. Onlar birgə yaşadıqları dövrdə xx.xx.2023-cü ildə Emiliya adlı qız övladı dnüyaya gəlmişdir. Emiliyanın atası həqiqətən də Maraqlı şəxs1dir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax rayonu Qax-İngiloy kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X2 xx.xx.2023-cü ildə doğulmuşdur. İşə əlavə edilmiş 7 saylı Bakı Asan xidməti Mərkəzi Qeydiyyat şöbəsinin verdiyi 25 avqust 2023-cü il tarixli № 3-16-5/8-69-836/2023 saylı Arayışın təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs1 ilə İddiaçı Qiqlayevanın nikahları 22 iyul 2023-cü ildə qeyd edilmişdir. İşin materiallarını nəzərdən keçirib, iddiaçının etibarnamə üzrə nümayəndəsi vəkilin izahatını, şahidlərin ifadələrini dinləyib və maraqlı tərəf Maraqlı şəxs1 ərizəsini nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmədə müəyyən edilmişdir ki, İddiaçı ilə Maraqlı şəxs2 nikahı Qax rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(024)-480/2022 saylı qətnaməsi əsasında Qax rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli 34 saylı nikahın pozulması haqqında akt qeydi ilə pozulmuşdur. İddiaçı Maraqlı şəxs1 ilə 7 saylı Bakı “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsində 22 iyul 2023cü il tarixdə 1202 nömrəli Akt Qeydi ilə nigaha daxil olmuşdur. İddiaçı Maraqlı şəxs1lə olan nikah münasibətlərimdən xx.xx.2023-cü il tarixdə qızı doğulmuşdur. Yeni doğulmuş qızının atası Maraqlı şəxs1dur. xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs1 ilə faktiki ər-arvad münasibətində yaşayır və rəsmi nikahı isə xx.xx.2023cü il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45-ci maddəsinə əsasən, Uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. İşin məhkəmə tərəfindən araşdırılan faktiki halları və şahidlərin ifadələri ilə xx.xx.2023-cü il tarixdə doğulmuş Emiliya adlı uşağın atasının Maraqlı şəxs1 olması sübuta yetirilmişdir. Şərh olunanlara obyektiv qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2023-cü il tarixdə İddiaçı doğulmuş Emiliyanın atasının Maraqlı şəxs1 olması faktı müəyyən edilməli, Emiliyaya məxsus X3 ata adı qrafasında ata adı “Maraqlı şəxs1” kimi, soy adı isə “Hacıyeva” kimi yazılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixdə İddiaçı doğulmuş Emiliyanın atasının Maraqlı şəxs1 olması faktı müəyyən edilsin və Emiliyaya məxsus X3 ata adı qrafasında ata adı “Maraqlı şəxs1” kimi, soy adı isə “Hacıyeva” kimi yazılsın. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №e-2(024)-618/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-618/2023
17.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver