Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-959/2026 10.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Şirvan Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh2 qarşı atalığın tanınması faktı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli qərardadı ilə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət edə biləcəyinin izah olunması, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun İddiaçı qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində cavabdeh1 Rzaqulu oğlunu və Şirvan şəhər qeydiyyat şöbəsini mübahisə predmetinə dair müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində göstərməli olduğu halda, cavabdeh1 Rzaqulu oğlunu cavabdeh qismində, Şirvan şəhər qeydiyyat şöbəsini maraqlı şəxs qismində göstərmişdir. Eyni zamanda iddia ərizəsində “atalığın müəyyən edilməsi” əvəzinə “atalığın tanınması faktı” tələbi irəli sürülmüşdür. İddia ərizəsinin forma və məzmununa riayət edilməmiş, həmçinin tələb qeyri-müəyyəndir. İddiaçı qərardaddan şikayət verərək, onun ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflərin rəsmi nikahlarından olan uşaqlara sonradan atalığın müəyyən edilməsi barədə müvafiq şəhadətnamələr verilmiş, ##.##.2003-cü il təvəllüdlü X1 və ##.##.2004-cü il təvəllüdlü X2 isə Rusiya Federasiyasının ərzasinində doğulduqları üçün, onlara müvafiq doğum və atalığın verilməsi haqqında şəhadətnamələr iş üzrə cavabdeh1 Rzaqulu oğlunda olduğu üçün, iddia ərizəsinə əlavə edilməsi mümkün deyil. Qərardad məhkəmə tərəfindən nəzərə alınıb, ləğv edilərək, işi icraata götürülərək baxılması üçün hazırlıq iclasına təyin edilməlidir. Birincisi, cavabdeh1 Rzaqulu oğlu Rusiya vətəndaşı olmaqla hal-hazırda vəfat etmişdir. Bunu iş materiallarına əlavə edilmiş sənədlərdən açıq-aşkar görmək olar. İkincisi, ##.##.2020-ci il tarixdə anadan olmuş X3 və ##.##.2024-cü il tarixdə anadan olmuş X4 atası cavabdeh2dur. Hal-hazırda həmin uşaqlar onun himayəsində olmaqla, onlara qayğı göstərir və buna dair digər sübutlar mövcuddur. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149- cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarır. Məhkəmə tərkibi qeyd edir ki, hazırda İddiaçı ##.##.2020-ci il təvəllüdlü X3 və ##.##.2024-cü il təvəllüdlü X4 atasının cavabdeh2 olduğunu bildirmiş və bununla da, atalığın tanınması faktının müəyyən edilməsi tələbini irəli sürmüşdür. Lakin nəzərə alınmalıdır ki, cavabdeh2 hazırda sağdır. Belə olan halda iddiaçı atalığın tanınması faktı ilə deyil, atalığın müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməli idi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” ## ##### 2019-cu il tarixli * nömrəli qərarına əsasən atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən həll edilir. Həmçinin məhkəmə tərkibi hesab edir ki, iddia ərizəsində vəfat etmiş cavabdeh1 Rzaqulu oğlunun cavabdeh, Şirvan şəhər qeydiyyat şöbəsinin isə maraqlı şəxs qismində göstərilməsi iddianın tərəflərinin prosessual statusunun düzgün müəyyən edilməməsi ilə nəticələnmiş və bununla da, iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən edilmiş forma və məzmun tələblərinə uyğun tərtib edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə tərkibi iş materiallarını yazılı icraat qaydasında nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Şikayət təmin edilməsin və Şirvan Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-959/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-959/2026
10.08.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver