Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1097/2024 09.10.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X2 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X2 İdarəsinə qarşı işə bərpa tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu X8 adına Uşaq Musiqi Məktəbində direktor-müəllim vəzifəsinə işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib göstərdi ki, o, Tovuz şəhər X8 adına Uşaq Musiqi Məktəbində direktor - müəllim kimi fəaliyyət göstərmiş, Nürədin Mehdiyev 2022-ci ildə X2 İdarəsinin rəis təyin olunduqdan sonra məktəb direktorlarını yanına çağırıb büdcəyə pul keçirmələrini bildirmişdir. Onun direktoru olduğu məktəbə 2400 manat düşmüşdür. Bir müddət keçdikdən sonra səlahiyyətli nümayəndə Adil Həsənov gəlib 5000 manat pul istəmişdir. O isə narazılıq etmişdir. Bundan sonra onu 22 iyun 2022-ci ildə işdən azad etmişlər. Onu qərəzli olaraq işdən azad etmişlər. 2 il ərzində məhkəməyə müraciət etməməsinin səbəbi çox streslər keçirməsi və səhhəti ilə bağlı müalicələr alması ilə əlaqədar olmuşdur. Hal-hazırda işinə bərpa olunmaq istəyir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X2 İdarəsinin nümayəndəsi X3 göstərdi ki, iddia tələbini qəbul qəbul etmir. Belə ki, iddiaçı ilə bağlanan əmək müqaviləsinə müddət başa çatdığından Əmək Məcələsinin 68ci maddəsinə əsasən xitam verilmişdir. Bundan başqa, Əmək Məcələsinin 296-cı maddəsinə əsasən işçinin hüququ əgər pozulubsa 1 təqvim ayı müddəində məhkəməyə müracət edə bilərdi. İddiaçı ilə bağlanan əmək müqaviləsinə isə 2 il 3 ay bundan əvvəl xitam verilmişdir. Ona görə də iddia müddətini tətbiq edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçını, cavabdehin nümayəndəsini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, İddiaçı Tovuz şəhər X8 adına Uşaq Musiqi Məktəbində direktor-müəllim kimi təyin edilmiş, 22 iyun 2022-ci il tarixdə 95-k nömrəli əmrə əsasən müqavilə müddəti başa çatdığından Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq vəzifəsindən azad edilmişdir. İddiaçı əmri və əmək kitabçasını 2022-ci ildə alsa da iddia verənədək əmrin ləğv edilməsi barədə məhkəməyə müraciət etməmişdir. Bu hal münahisəsizdir və həmin hal iş materialları, eyni zamanda məhkəmə iclasında iştirak edən şəxslərin izahatları ilə təsdiq olunur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticəçıxarmağa əsas verməlidir. İddiaçı iddia tələbinin əsаs dəlili vəzifədən аzаd оlunmаsının ondan tələb olunan pulu verməməsindən ibаrətdir. Halbuki, iddiaçı ilə bağlanan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin b-ci bəndinə əsasən xitam verilmişdir. Həmin normaya əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar iddiaçı ilə bağlanan əmək müqaviləsinə işəgötürən şəxs tərəfindən xitam verilmişdir. İddiaçı ondan tələb olunan pulu vermədiyindən işdən azad edilməsi qeyd etsə də istinad etdiyi halları təsdiq edə bilən mötəbər sübut məhkəməyə təqdim edə bilməmiş, həmçinin öz tələblərini əsaslandıra bilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsindən görünür ki, bu iddianın irəli sürülməsi üçün iddia müddəti 1 aydır, həmin müddət işçinin öz hüququnun pozulduğunu aşkar etdiyi gündən başlayır. Azərbaycan Republikası MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İşəgötürən orqanın nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə verib. Əmək mübahisələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün kifayətdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunub ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin maddədə işlədilən mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi məhkəmənin səlahiyyətini, “bərpa edərək” ifadəsi isə bu səlahiyyətini yaranmasının əsasını bildirir. Ona görə də məhkəmə əmək mübahisəsinə mahiyyəti üzrə o halda baxa bilər ki, iddia müddətini bərpa etsin. Səlahiyyətin əksi qadağadır, müvafiq olaraq həmin ifadənin əksi, yəni mübahisəyə mahiyyəti üzrə baxa bilməz” ifadəsi o mənanı verir ki, iddia müddəti keçdikdə məhkəmə yalnız bu fakta əsaslanaraq iddianı rədd etməlidir. İş materiallarından görünür ki, iddiaçının işdən kənarlaşdırma haqqında əmr xx.xx.2022-ci il tarixdə qəbul olunub. Həmin əmr və əmək kitabçası isə iddiaçıya iki il bundan əvvəl təqdim edilib. Hazırkı işin materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı ən geci xx.xx.2022-ci tarixdə həmin qərardan məlumatlı olub. İddiaçı məhkəməyə müraciət edilməmişdən əvvəl isə mediasiya prosesinə xx.xx.2024-cü il tarixdə, məhkəməyə isə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Belə olan halda iddiaçının əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin ləğv edilməsi barədə tələbin irəli sürülməsi üçün iddia müddəti ötürülmüşdür. Azərbaycan Republikası MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X2 İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında iddia müddətinin tətbiq edilməsi barədə xahişi nəzərə alınaraq mülki iş üzrə iddia müddəti tətbiq edilməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X2 İdarəsinə qarşı işə bərpa tələbinə dair iddiası təmin olunmamalıdır. “X5” Azərbaycan Respublikası Qanunu”nun 9.1.1-ci maddəsinin tələblərinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə məhkəmələrə verilən iddia ərizələrinə dair iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia təmin edilmədiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X2 İdarəsinə qarşı işə bərpa tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-1097/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1097/2024
09.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver