Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-110/2024 17.01.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X*5 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Ağstafa rayon Qeydiyyat Şöbəsinə qarşı qohumluq münasibəti faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, Müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X4 onun atası olması barədə qohumluq münasibəti faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi tələbini müdafiə edib izahatında göstərdi ki, o, *947-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olmuşdur. X2 onun atasıdır. Atası *995-ci ildə, anası isə *947-ci ildə onu dünyaya gətirən zaman vəfat etmişdir. O ailədə tək övlad olmuşdur. Onun şəxsiyyət vəsiqəsi olsa da doğum haqqında şəhadətnaməsi yoxdur. Bu barədə arxiv idarələrinə müraciət edərək axtarmış, lakin doğum haqqında şəhadətnaməsini tapa bilməmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Ağstafa rayon Qeydiyyat Şöbəsinin rəisi Arifə Qasımova məhkəməyə ərizə göndərərək işlərinin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsini rəhbər tutaraq işə Ağstafa rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. Qeyd olunur ki, mülki qanunvericilikdə hazirki tələbdə göstərilmiş hüquqi əhəmiyyətli faktın - yəni qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. İşdə olan sənədlərlə müəyyən olunur ki, əriçəzinin Ağstafa rayon Notariat Ofisinə daxil olmuş ərizəsinə cavab olaraq bildirilmişdir ki, onun mərhum atası X6 məxsus miras əmlak qalmışdır. Qəhrəmanov Yolçu isə 02 yanvar *995-cı il tarixdə vəfat etmişdir. Ərizəçi öz ərizəsinə atası ilə qohumluq faktını təsdiq edəcək heç bir sənəd əlavə etmədiyindən, ona vərəsəlik şəhadətnaməsi verilməmişdir. Ona görə də ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, iş üzrə ərizəçi onun əmisi qızıdır. Onun atasının adı Qəhrəmanov Cavaddır. Onun atası ilə ərizəçinin atası Qəhrəmanov Yolçu əmi uşağıdırlar. Eyni zamanda qonşudurlar. Yolçunun * uşağı var o da Ərizəçidır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X** və X3 şahid X7 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 02 yanvar *995-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan Ağstafa Rayon Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, ərizəçi atası Yolçu Qəhrəmanovdan qalmış miras əmlakı qəbul etmək üçün Ağstafa rayon Notariat Ofisinə müraciət etsə də lakin qohumluq faktını təsdiq edən heç bir sənəd təqdim etmədiyindən tələbi təmin olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəlləsinin 307.2.*-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Göründüyü kimi iş üzrə ərizəçi Fatma Yolçu qızı X* qızı olmaqla onun birinci növbəli vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **59-cu maddəsində qanun üzrə vərəsələr qeyd edilmiş və **59.*-ci maddəyə əsasən birinci növbəli vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Göründüyü kimi, X9 ərizəçinin atası olmuş, Yolçu Qəhrəmanov isə 02 yanvar *995-cı il tarixdə vəfat etmişdir. Hazırki vəziyyətdə ərizəçi X5 qanun üzrə birinci növbədə vərəsəsi sayılır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməli, 02 yanvar *995-cı il tarixdə vəfat etmiş X5 Ərizəçi atası olması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 2*6-220-ci, 307 və 3**-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə təmin edilsin. 02 yanvar *995-cı il tarixdə vəfat etmiş X5 Ərizəçi atası olması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 0* (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-110/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-110/2024
17.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver