Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1122/2025 22.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, Ərizəçi Mustafayeva (Namazova) Solmaz Bayraməli qızının iştirakı ilə, Ərizəçi Mustafayeva (Namazova) Solmaz Bayraməli qızının Maraqlı şəxsnə qarşı doğum akt qeydinin bərpa edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Mustafayeva (Namazova) Solmaz Bayraməli qızı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu ildə Ermənistanın SSR Vardenis rayonu Günəşli kəndində doğulmağının müəyyən edilməsi və bu barədə doğum haqqında şəhadətnamə verilməsinin, ata adının “Bayraməli” kimi, yəni “X7” kimi qeyd edilməsi, atasının X3, anasının “X16” olmaları faktının müəyyən edilməsini və onun doğum akt qeydinin bərpa olunmasını və qətnamənin icrasını Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1959-cu il tarixdə Ermənistanın SSR Vardenis rayonu Günəşli kəndində anadan olmuşdur. X2, anası X16 olmuşdur. Ona valideynləri tərəfindən Ermənistanda yaşayarkən doğum haqqında şəhadətnamə alınmamışdır. Nikahın bağlanması haqqında şəhadətnamədənin surətindən də göründüyü kimi, xx.xx.1983-cü il tarixdə Qazax rayonu Sadıqlı kənd sakini X9 adlı şəxslə ailə həyatı qurmuş və həmin kəndə köçmüşdür. Həmin vaxtdan SSRİ vətəndaşlıq pasportu ilə yaşayır. Məlum hadisələrə görə bu günə kimi doğum akt qeydindən çıxarış əldə edə bilməmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş edir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında ərizəçi Mustafayeva (Namazova) Solmaz Bayraməli qızı ərizəsini müdafiə edib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
4. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qeydiyyat işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və iştirak etməmələrini üzrlü hesab edib qanuni qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, ərizəçinin bacısıdır. Ərizəçi Mustafayeva (Namazova) Solmaz Bayraməli qızı ilə birlikdə Ermənistan Respublikasında tanış ailəyə qonaq getdikləri zaman S.Namazovun şəxsiyyətini təsdiq edən sənəd orada qalmışdır. Məlum məsələlər səbəbi ilə gediş-gəliş olmadığı üçün həmin sənədi əldə etmək mümkün olmamışdır.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 şahid X6 ilə eyni məzmunlu ifadə vermişdir.
8. Məhkəmə ərizəçini və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. İş materiallarında olan Ağstafa rayon icra Hakimiyyəti başçısının Sadıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 39 nömrəli Təsərrüfat kitabından çıxarışından görünür ki, Mustafayeva (Namazova) Solmaz Bayraməli qızı həmin kənddə yaşayış evi və mənzili vardır.
10. İş materiallarında olan Ağstafa rayon icra Hakimiyyəti başçısının Sadıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 37 nömrəli arayışdan görünür ki, Mustafayeva (Namazova) X1 qeydiyyatda olmaqla həmin kənddə yaşayır.
11. İş materiallarında olan Dövlət Miqrasiya Xidmətinin X15 İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1959-cu ildə Ermənistan Respublikasında anadan olmuş Mustafayeva (Namazova) Solmaz Bayraməli qızı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır.
12. İş materiallarında olan Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025ci il tarixli arayışdan görünür ki, 1959-cu il tarixdə anadan olmuş X4 doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır.
13. Ağstafa RİHB-nin Sadıqlı kənd İcra nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin X2 06 oktyabr 2002-ci il tarixdə vəfat etmişdir.
14. Gəncə ASAN xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin anası X16 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar.
15. İş üzrə ərizəçi Mustafayeva (Namazova) Solmaz Bayraməli qızı xx.xx.1959-cu il tarixdə Ermənistanın SSR Vardenis rayonu Günəşli kəndində anadan olmuşdur. X2, anası X12r. Ərizəçi ailəsi ilə birlikdə Ermənistanın SSR-dən Azərbaycana köç edərkən onun doğum haqqında şəhadətnaməsi Ermənistanda qalmışdır. Ərizəçi doğum akt qeydinin bərpa edilməsini istəyir. O, doğum haqqında şədahətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də qeydiyyat şöbəsindən verilmiş arayışda Mustafayeva (Namazova) Solmaz Bayraməli qızının doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılması və doğum haqqında akt qeydinin aşkar olunmaması göstərilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.Qeyd olunur ki, mülki prosessual qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
18. Həmin Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
19. Qeyd olunan Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
20. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd olunub ki, Nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
21. Həmin Qərarın 4.1 və 4.2-ci bəndlərində qeyd edilmişdir ki, məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir.
22. Göründüyü kimi, ərizəçi Mustafayeva (Namazova) Solmaz Bayraməli qızı Ermənistan Respublikasında doğulmuşdur. Lakin bəzi səbəblərdən doğum akt qeydi bərpa olunmamışdır.
23. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizəçi Mustafayeva (Namazova) Solmaz Bayraməli qızı XX.XX.1959-cu il, doğum yeri “Ermənistan SSR-nin Vardenis rayou Günəşli kəndi”, atasının “X5”, anasının “X16” olması, ailə üzvləri ilə birlikdə Ermənistandan Azərbaycan Respublikasına gələrkən doğum haqqında şəhadətnaməsinin orada qalması, hazırda ərizəçinin doğum akt qeydi bərpa olunaraq doğum haqqında şəhadətnamənin alınması zərurətinin yaranması, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizə təmin olunmalı, Mustafayeva (Namazova) Solmaz Bayraməli qızı doğum akt qeydi bərpa edilərək, doğum akt qeydində soyadı “Namazova”, adı “Solmaz”, ata adı “Bayraməli”, doğum tarixi “XX.XX.1959-cu il”, doğum yeri “Ermənistan SSR-nin Vardenis rayou Günəşli kəndi”, ata qrafasında “X5”, ana qrafasında isə “X16” kimi göstərilməlidir.
24. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir.
25. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, ölümün, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.
26. Qanunvericiliyə əsasən, doğumun qeydə alınması müvafiq tibbi sənəd əsasında və yaxud doğum faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi əsasında aparılır. Qeydiyyat orqanı faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi əsasında doğum haqqında səhadətnamə verməlidir. Bunun üçün doğum faktının müəyyən edilməsi haqqında işə xüsusi icraatda baxılan zaman “doğum haqqında şəhadətnamənin verilməsi” barədə qərar qəbul edilməsinə zərurət yaranmır. Bu səbəbdən ərizə “doğum haqqında şəhadətnamənin verilməsi” hissəsində təmin edilə bilməz.
27. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
31. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə qismən təmin edilsin. Mustafayeva (Namazova) Solmaz Bayraməli qızının doğum akt qeydi bərpa edilərək, doğum akt qeydində soyadı “Namazova”, adı “Solmaz”, ata adı “Bayraməli”, doğum tarixi “XX.XX.1959-cu il”, doğum yeri “Ermənistan SSR-nin Vardenis rayou Günəşli kəndi”, ata qrafasında “X5”, ana qrafasında isə “X16” kimi qeyd edilsin. Qətnamə doğum akt qeydində müvafiq düzəlişlərin aparılması və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Heyran Mürsəlova