Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-1186/2025 25.06.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı cavabdeh Ağstafa rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinin mübahisələndirilməsi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdə keçirib, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasının torpaq məcəlləsinin 103-cü maddəsinə əsasən Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən 0.08 ha torpaq sahəsinin üzərində hüquqlarının mübahisələndirilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir. Məlum olduğu kimi, mülki prosessual qanunvericiliyə əsasən məhkəməyə verilən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Göründüyü kimi, İddiaçı tərəfindən cavabdeh Ağstafa rayon İcra Hakimiyyətinə qarşı iddia verilsə də onun cavabdehə qarşı yönələn tələbinin nədən ibarət olması göstərilməmiş, yalnız ərizədə yalnız “Azərbaycan Respublikasının torpaq məcəlləsinin 103-cü maddəsinə əsasən Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən 0.08 ha torpaq sahəsinin üzərində hüquqlarının mübahisələndirilməsi xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Göründüyü kimi İddiaçı tərəfindən cavabdeh Ağstafa rayon İcra Hakimiyyətinə qarşı iddia verilsə də iddia ərizəsində cavabdehin olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) qeyd edilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi İddiaçı tərəfindən verilmiş iddia ərizəsində cavabdehə qarşı yönələn tələbinin nədən ibarət olması göstərilməmiş, həmçinin cavabdehin olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) qeyd edilməmişdir. Bununla da iddia ərizəsi MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verilmişdir. Bu səbəbdən iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 153, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı cavabdeh Ağstafa rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinin mübahisələndirilməsi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-1186/2025
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-1186/2025
25.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver