Məhkəmə qərarları › İş №2(015)-1197/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1197/2025

14.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1197/2025 14.10.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi X24 qızının katibliyi, İddiaçı, Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Abbasəliyeva (Novruzova) Nurəngiz Nurəddin qızına, Cavabdeh2, Abbasəliyeva (Sadıqova) Bəturə Nurəddin qızına, Cavabdeh4, Abbasəliyeva (Əliyeva) Leyla Nurəddin qızına, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 və maraqlı şəxs Ağstafa rayon Notariat Ofisinə qarşı qanun üzrə mirasın faktiki qəbul edilməsi və vərəsələr arasında paylara bərabər şəkildə bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Abbasəliyeva (Norvuzova) Nurəngiz Nurəddin qızına, Cavabdeh2, Abbasəliyeva (Sadıqova) Bəturə Nurəddin qızına, Cavabdeh4, Abbasəliyeva (Əliyeva) Leyla Nurəddin qızına, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 və maraqlı şəxs Ağstafa rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X7 məxsus Ağstafa rayonu Köçəsgər kəndində yerləşən 1 mərtəbəli 2 otaqlı ümumi sahəsi 68.3 kv.m olan fərdi yaşayış evinin və torpaq şəhadətnaməsi ilə 0,07 ha torpaq sahəsindən mirasın faktiki qəbul edilməsi vərəsələr arasında paylara (həyat yoldaşı olaraq yarı hissədə ona verilməklə) bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X7 məxsus Ağstafa rayonu Köçəsgər kəndində yerləşən 68.3 kv.m iki otaqlı yaşayış evi və Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli JN-251A KOD 50200048-saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi ilə 0,07 ha torpaq sahəsi vardır. Mərhum həyat yoldaşı 16 mart 2009-cu ildə vəfat etmişdir. Mərhumla xx.xx.1970-ci ildə rəsmi nikahla ailə qurmuş və həmin nikahdan onların 6 övladı anadan olmuşdur. Hazırda onun mərhum həyat yoldaşı X3 miras qalmış fərdi yaşayış evi və torpaq sahəsinin qəbul edilməsi barədə Ağstafa Rayon Notariat ofisinə müraciət etsə də notarius tərəfindən ona bildirilmişdir ki, müraciətin qəbul edilməsi ilə bağlı aralarında mübahisə olduğundan məhkəməyə müraciət etməlidirlər. Mərhum həyat yoldaşının miras payçıları 1. Həyat yoldaşı-İddiaçı, 2. Qızı-Abbasəliyeva (Sadıqova) Bəturə Nurəddin qızı, 3. Qızı-Abbasəliyeva (Novruzova) Nurəngiz Nurəddin qızı,

4. Oğlu-Cavabdeh2, 5. Qızı- Abbasəliyeva (Əliyeva) Leyla Nurəddin qızı, 6. X8 oğlu (vəfat edib) 7. Qızı-Cavabdeh4dır.

a) Məhkəmə icraatı iştirakçının izahatı: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. 4.Məhkəmə iclasında Cavabdeh4 iddia tələbinə etiraz etməyərək, miras əmlakının qanunauyğun bölünməsini xahiş etdi. 5.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə digər cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır. 6.Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a)Mülki işin materialları: 7.İş materiallarında olan Ağstafa Rayon Notariat ofisinin İddiaçı ünvanlanmış məktubdan görünür ki, iddiaçı Ağstafa Rayon Notariat ofisinə müraciət etsə də, əri X7 məxsus miras əmlak qalmış, mərhumun digər vərəsələri ilə mübahisə olduğundan Məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. 8.İş materiallarında olan Ağstafa Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 31 mart 2009-cu il tarixli 66 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 16 mart 2009-cu ildə vəfat etmişdir. 9.İş materiallarında olan Ağstafa Rayon Köçəsgər kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2011-ci il tarixli 03 nömrəli verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 09 yanvar 2011-ci ildə vəfat etmişdir. 10.İş materiallarında olan Ağstafa Rayon Köçəsgər kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixli 553/g nömrəli arayışdan görünür ki, X1 sakinidir və anası X15 və qardaşı Cavabdeh7 adlı ailə üzvləri vardır. 11.İş materiallarında olan Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli qərarı ilə JN 251A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş Ağstafa rayonu, Köçəsgər kəndində yerləşən 0,07 ha torpaq sahəsi X4, İddiaçı, X5, Cavabdeh4, Cavabdeh8, X11, Cavabdeh6 və Cavabdeh7 adına qeydiyyata alınmışdır. 12.İş materiallarında olan Ağstafa rayonu İcra Hakimiyyəti başçısının Köçəsgər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 293/g nömrəli xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.1947-ci il təvəllüdlü İddiaçı həqiqətən Ağstafa rayon Köçəsgər kənd sakinidir və Köçəsgər kəndində qeydiyyatdadır. 13.İş materiallarında olan Ağstafa rayonu İcra Hakimiyyəti başçısının Köçəsgər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 290/g nömrəli xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş mərhum X10 həqiqətən Ağstafa rayon Köçəsgər kəndində yaşamış və kənd qəbiristanlığında dəfn olunmuşdur. 1.İddiaçı, 2.X16, 3. X12, 4. Cavabdeh2, 5. X20, 6. X9 (vəfat edib), 7. Cavabdeh4, 8. X23, 9. X15, 10. Cavabdeh6,

11. Cavabdeh7 adlı ailə üzvləri qalmışdır. 14.İş materiallarında olan evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X10 arasında xx.xx.1970-ci il tarixdə rəsmi nikah bağlanmışdır. 15.31 iyul 2025-ci il tarixli Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin 3-21-3-37/2-5318/2025 nömrəli 18 avqust 2025-ci il tarixli məktub Məhkəməyə təqdim edilmişdir. Məktubun məzmununa görə Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən keçmiş DTİ və MHQİ-si tərəfindən X4 adına xx.xx.1988-ci il tarixdə Ağstafa rayonu, Köçəsgər kəndində yerləşən fərdi yaşayış evinə 241 invertar nömrəli texniki pasport tərtib edilmiş və qeydiyyat kitabında 170 nömrə ilə qeydiyyat edilmişdir.

b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: 16.Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə X10 arasında xx.xx.1970-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Onların birgə nikahından Abbasəliyeva (Sadıqova) Bəturə Nurəddin qızı, Abbasəliyeva (Novruzova) Nurəngiz Nurəddin qızı, Cavabdeh2, Abbasəliyeva (Əliyeva) Leyla Nurəddin qızı, X9 və Cavabdeh4 adlı 6 nəfər uşaqları anadan olmuşdur. X10 16 mart 2009-cu ildə, X9 isə 09 yanvar 2011-ci ildə vəfat etmişdir. Hazırda iddiaçı mərhum həyat yoldaşı X7 məxsus Ağstafa rayonu Köçəsgər kəndində yerləşən 1 mərtəbəli 2 otaqlı ümumi sahəsi 68.3 kv.m olan fərdi yaşayış evinin və torpaq şəhadətnaməsi ilə 0,07 ha torpaq sahəsindən mirasın faktiki qəbul edilməsi və vərəsələr arasında paylara (həyat yoldaşı olaraq yarı hissədə ona verilməklə) bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 17.Məhkəmə miras əmlak toplusu ilə bağlı isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 18.Azərbaycan Republikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 19.Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 20.Göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən keçmiş DTİ və MHQİ-si tərəfindən X4 adına xx.xx.1988-ci il tarixdə Ağstafa rayonu, Köçəsgər kəndində yerləşən fərdi yaşayış evinə 241 invertar nömrəli texniki pasport tərtib edilmiş və qeydiyyat kitabında 170 nömrə ilə qeydiyyat aparılmışdır. Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli qərarı ilə JN 251A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş Ağstafa rayonunun Köçəsgər kəndində yerləşən 0,07 ha torpaq sahəsi X4, İddiaçı, X5, Cavabdeh4, Cavabdeh8, X11, Cavabdeh6 və Cavabdeh7 adına qeydiyyata alınmışdır. 21.Məhkəmə fərdi yaşayış evinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 22.Belə ki, İddiaçı ilə X10 arasında xx.xx.1970-ci il tarixdə rəsmi nikah bağlanmışdır. X4 adına qeydiyyata alınmış fərdi yaşayış evi isə xx.xx.1988-ci ildə inşa edilərək texniki pasport tərtib olunmuşdur. Göründüyü kimi, fərdi yaşayış evi iddiaçı ilə mərhumun birgə nikahları dövründə əldə olunmuşdur. Bu səbəbdən miras əmlak toplusuna həmin fərdi yaşayış evinin ½ hissəsi aid edilməlidir. 23.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 24.Ər-arvadın nikah dövründə əldə etdikləri əmlak, bir qayda olaraq, onların birgə mülkiyyətini, yəni payları müəyyənləşdirilmədən ümumi birgə mülkiyyətini təşkil edir. 25.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 26.Həmin Məcəllənin 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 27.Beləliklə, birgə nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, onların ümumi mülkiyyətidir və bu əmlakdakı payları bərabər hesab edilir. Bu səbəbdən Keçmiş DTİ və MHQİ-si tərəfindən 1 nömrəli qeydiyyat kitabının 170 nömrə ilə qeydiyyata alınaraq 241 inventar nömrəli texniki pasportla X4 adına qeydiyyata alınmış Ağstafa rayonu Köçəsgər kəndində yerləşən fərdi yaşayış evinin ½ hissəsi İddiaçı aid edilməklə digər ½ hissəsi X3 qalmış miras hesab edilərək həmin pay onun vərəsələri arasında bölünməlidir. 28.Bundan başqa, miras əmlak kimi vərəsələr arasında bölünməsi tələb olunan Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli qərarı ilə JN 251A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş Ağstafa rayonu Köçəsgər kəndində yerləşən 0,07 ha torpaq sahəsi X4, İddiaçı, X5, Cavabdeh4, Cavabdeh8, X11, Cavabdeh6 və Cavabdeh7 adına qeydiyyata alınmışdır. Göründüyü kimi, həmin torpaq sahəsi ümumi mülkiyyət hüququ əsasında 8 nəfər şəxsin adına qeydiyyata alınmışdır. 29.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 30.Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 31.Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 32.Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 33.Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli qərarı ilə JN 251A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş Ağstafa rayonunun Köçəsgər kəndində yerləşən 0,07 ha torpaq sahəsi üzrə paylar 8 nəfər şəxs arasında bərabər hesab edilməli və hər bir şəxsin payı 1/8 hissədə müəyyən edilməlidir. Bu səbəbdən qeyd edilən torpaq sahəsinin 1/8 hissəsi X3 qalmış miras hesab edilərək həmin pay onun vərəsələri arasında bölünməlidir. 34.Bundan başqa, Məhkəmə miras əmlakın faktiki olaraq qəbul etməsi və vərəsələr arasında paylara bölünməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 35.Qanunvericiliyin tələblərinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Miras isə istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 36.Göründüyü kimi, X4 vəfatından sonra onun vərəsələri kimi həyat yoldaşı İddiaçı, övladları Abbasəliyeva (Sadıqova) Bəturə Nurəddin qızı, Abbasəliyeva (Novruzova) Nurəngiz Nurəddin qızı, Cavabdeh2, Abbasəliyeva (Əliyeva) Leyla Nurəddin qızı, X9 və Cavabdeh4 olmaqla 7 nəfər vərəsələri qalmışdır. Bu səbəbdən X3 miras qalmış əmlak 7 vərəsə arasında 7 pay üzrə bölünməlidir. 37.Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. 38.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. 39.Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 40.Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır 41.Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 42.Bundan başqa, göründüyü kimi X9 09 yanvar 2011-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra isə vərəsələri kimi Cavabdeh6 və Cavabdeh7 qalmışdır. Bu səbəbdən X5 övladları Cavabdeh6 və Cavabdeh7 miras əmlak üzrə atalarının payına qanun üzrə vərəsə sayılmalıdır. 43.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən ölənin nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 44.Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 45.Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, keçmiş DTİ və MHQİ-si tərəfindən 1 nömrəli qeydiyyat kitabının 170 nömrə ilə qeydiyyata alınaraq 241 inventar nömrəli texniki pasportla X4 adına qeydiyyata alınmış Ağstafa rayonu Köçəsgər kəndində yerləşən fərdi yaşayış evinin ½ hissəsi, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli qərarı ilə JN 251A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş Ağstafa rayonunun Köçəsgər kəndində yerləşən 0,07 ha torpaq sahəsinin 1/8 hissəsi X3 qalmış miras hesab edilərək həmin paylar onun 7 nəfər vərəsələri arasında bərabər qaydada bölünməli olduğundan iddia təmin edilməli, keçmiş DTİ və MHQİ-si tərəfindən 1 nömrəli qeydiyyat kitabının 170 nömrə ilə qeydiyyata alınaraq 241 inventar nömrəli texniki pasportla X4 adına qeydiyyata alınmış Ağstafa rayonu Köçəsgər kəndində yerləşən fərdi yaşayış evinin 8/14 hissəsinə İddiaçı, 1/14 hissəsinə Cavabdeh2, 1/14 hissəsinə Abbasəliyeva (Sadıqova) Bəturə Nurəddin qızının, 1/14 hissəsinə Cavabdeh4, 1/14 hissəsinə Abbasəliyeva (Əliyeva) Leyla Nurəddin qızının, 1/14 hissəsinə Abbasəliyeva (Norvuzova) Nurəngiz Nurəddin qızının, 1/14 hissəsinə X5 vərəsələri olan Cavabdeh6 və Cavabdeh7, həmçinin Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli qərarı ilə JN 251A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş Ağstafa rayonunun Köçəsgər kəndində yerləşən 0,07 ha torpaq sahəsinin 1/8 hissəsi X3 miras qalmış əmlak hesab edilsin və həmin əmlakın 1/56 hissəsinə İddiaçı, 1/56 hissəsinə Cavabdeh2, 1/56 hissəsinə Abbasəliyeva (Sadıqova) Bəturə Nurəddin qızının, 1/56 hissəsinə Cavabdeh4, 1/56 hissəsinə Abbasəliyeva (Əliyeva) Leyla Nurəddin qızının, 1/56 hissəsinə Abbasəliyeva (Norvuzova) Nurəngiz Nurəddin qızının, 1/56 hissəsinə X5 vərəsələri olan Cavabdeh6 və Cavabdeh7 qanun üzrə vərəsəlik hüquqları tanınmalıdır 46.Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə əmlak üzrə paylara dair İddiaçı, Abbasəliyeva (Norvuzova) Nurəngiz Nurəddin qızına, Cavabdeh2, Abbasəliyeva (Sadıqova) Bəturə Nurəddin qızına, Cavabdeh4, Abbasəliyeva (Əliyeva) Leyla Nurəddin qızına, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır.

Nəticə hissəsi: 47.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Keçmiş DTİ və MHQİ-si tərəfindən 1 nömrəli qeydiyyat kitabının 170 nömrə ilə qeydiyyata alınaraq 241 inventar nömrəli texniki pasportla X4 adına qeydiyyata alınmış Ağstafa rayonu Köçəsgər kəndində yerləşən fərdi yaşayış evinin 8/14 hissəsinə İddiaçı, 1/14 hissəsinə Cavabdeh2, 1/14 hissəsinə Abbasəliyeva (Sadıqova) Bəturə Nurəddin qızının, 1/14 hissəsinə Cavabdeh4, 1/14 hissəsinə Abbasəliyeva (Əliyeva) Leyla Nurəddin qızının, 1/14 hissəsinə Abbasəliyeva (Norvuzova) Nurəngiz Nurəddin qızının, 1/14 hissəsinə X5 vərəsələri olan Cavabdeh6 və Cavabdeh7 qanun üzrə vərəsəlik hüquqları tanınsın. Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli qərarı ilə JN 251A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş Ağstafa rayonunun Köçəsgər kəndində yerləşən 0,07 ha torpaq sahəsinin 1/8 hissəsi X3 miras qalmış əmlak hesab edilsin və həmin əmlakın 1/56 hissəsinə İddiaçı, 1/56 hissəsinə Cavabdeh2, 1/56 hissəsinə Abbasəliyeva (Sadıqova) Bəturə Nurəddin qızının, 1/56 hissəsinə Cavabdeh4, 1/56 hissəsinə Abbasəliyeva (Əliyeva) Leyla Nurəddin qızının, 1/56 hissəsinə Abbasəliyeva (Norvuzova) Nurəngiz Nurəddin qızının, 1/56 hissəsinə X5 vərəsələri olan Cavabdeh6 və Cavabdeh7 qanun üzrə vərəsəlik hüquqları tanınsın. Qətnamə əmlak üzrə paylara dair İddiaçı, Abbasəliyeva (Norvuzova) Nurəngiz Nurəddin qızına, Cavabdeh2, Abbasəliyeva (Sadıqova) Bəturə Nurəddin qızına, Cavabdeh4, Abbasəliyeva (Əliyeva) Leyla Nurəddin qızına, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə elan edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar