Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1198/2025 31.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, rəsmi nikahdan 20 iyul 2013-cü il tarixdə anadan olmuş X9, 09 oktyabr 2015-ci il tarixdə anadan olmuş X10 və 16 sentyabr 2018-ci il tarixdə anadan olmuş X4 adlı uşaqların doğum faktının müəyyən olunmasını, həmin uşağa doğum haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.2009-cu ildə Ağstafa rayonu Xətai kəndində birlikdə yaşadığı həyat yoldaşı X11 ilə el adəti ilə ailə qurmuş və xx.xx.2009-cu il tarixdə onunla AZ-İ№ 472685-saylı rəsmi nikahla ailə qurmuşdur. Həmin nikahdan onların ümumilikdə 6 uşağı anadan olmuşdur. 3 nəfər uşağı doğum evində anadan olduğu üçün onlara həkim arayışları əsasında doğum haqqında şəhadətnamələr verilmişdir. Digər üç nəfəri isə ev şəraitində olduğu üçün ona həkimin müvafiq doğum sənədi olmadığından doğum şəhadətnamələri verilməsi mümkün olmamışdır. Odur ki, rəsmi nikahlarından 20 iyul 2013-cü il tarixdə anadan olmuş X9, 09 oktyabr 2015-ci il tarixdə anadan olmuş X10 və 16 sentyabr 2018-ci il tarixdə anadan olmuş X4 adlı uşaqların doğum faktının müəyyən olunmasını, həmin uşağa doğum haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
4. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qeydiyyat işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və iştirak etməmələrini üzrlü hesab edib qanuni qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, ərizəçinin qonşusudur. Ərizəçinin altı uşağı vardır. Onun üç uşağı ev şəraitində doğulmuşdur.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X2 şahid X1 ilə eyni məzmunlu ifadə vermişdir.
8. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin olunmalıdır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş nikah haqqında xx.xx.2009-cu il tarixli 289 nömrəli şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikah rəsmiləşdirilmişdir.
10. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 05 iyun 2025-ci il tarixli məktubdan görünür ki, 20 iyul 2013-cü il tarixdə doğulmuş qızı, 09 oktyabr 2015-ci il tarixdə doğulmuş oğlan və 16 sentyabr 2018-ci il tarixdə doğulmuş oğlan uşağı Maraqlı şəxsndə qeydiyyata alınmamışdır.
11. İş materiallarında olan Ağstafa Rayon Mərkəzi X8 şəxs tərəfindən verilmiş tibbi arayışdan görünür ki, 20 iyul 2013-cü il tarixdə anadan olmuş X9, 09 oktyabr 2015-ci il tarixdə anadan olmuş X10 və 16 sentyabr 2018-ci il tarixdə anadan olmuş X4 həkim müayinəsindən keçmişlər.
12. İş materiallarında olan Qaçaq Kərəm kənd sakinləri tərəfindən imzalanmış 28 may 2025-ci il tarixli aktdan görünür ki, X11 ilə onun həyat yoldaşı Ərizəçi evliliyindən onların ev şəraitində üç övladları doğulmuşdur. Bunlar 20 iyul 2013-cü il tarixdə anadan olmuş X9, 09 oktyabr 2015-ci il tarixdə anadan olmuş X10 və 16 sentyabr 2018-ci il tarixdə anadan olmuş X3r.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Ərizəçi Ağstafa rayon Qaçaq Kərəm kənd sakini X11 ilə el adəti ilə ailə qurmuş, həmin tarixdə nikahlarını rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahından 20 iyul 2013-cü il tarixdə X9, 09 oktyabr 2015-ci il tarixdə X10 və 16 sentyabr 2018-ci il tarixdə X4 adlı üç uşaqları doğulmuşdur. Uşaqlar tibb müəssisəsindən kənarda, ev şəraitində Ağstafa rayonunun Qaçaq Kərəm kəndində doğulduğundan, doğum haqqında arayış verilməsi mümkün olmamış və Maraqlı şəxs uşaqların doğumunu qeydiyyata alınmamışdır.
Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
15. Qeyd olunur ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsində uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.
16. Mülki qanunvericilikdə isə hazirki tələbdə göstərilmiş hüquqi əhəmiyyətli faktadoğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxılır. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.
17. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
19. Həmin Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
20. Qeyd olunan Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
21. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 4.4-cü bəndində qeyd olunub ki, Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.
22. Göründüyü kimi, Ərizəçi tibb müəssisəsindən kənarda, ev şəraitində yaşadığı Ağstafa rayonunun Qaçaq Kərəm kəndində 20 iyul 2013-cü il tarixdə X9, 09 oktyabr 2015ci il tarixdə X10 və 16 sentyabr 2018-ci il tarixdə X4 adlı üç uşağı doğmuş, bu səbəbdən uşağa doğum haqqında arayış verilməsi mümkün olmamışdır.
23. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, xx.xx.1985-ci il tarixdə Ağstafa rayonunda anadan olmuş, Ağstafa rayonunun Qaçaq Kərəm kəndində qeydiyyatda olan Ərizəçi 20 iyul 2013-cü il tarixdə anadan olmuş X9, 09 oktyabr 2015-ci il tarixdə anadan olmuş X10 və 16 sentyabr 2018-ci il tarixdə anadan olmuş X4 adlı uşaqları tibb müəssisəsindən kənarda ev şəraitində yaşadığı Ağstafa rayonunun Qaçaq Kərəm kəndində doğması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilərək, İlahə adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Əliyeva”, adı “İlahə”, doğulduğu yer “Ağstafa rayonu Qaçaq Kərəm kəndi”, doğulduğu tarix “20 iyul 2013-cü il”, ana qrafasında “Ərizəçi”, ata qrafası isə “X11” kimi, Nurəli adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Əliyev”, adı “Nurəli”, doğulduğu yer “Ağstafa rayonu Qaçaq Kərəm kənd”, doğulduğu tarix “09 oktyabr 2015-ci il”, ana qrafasında “Ərizəçi”, ata qrafası isə “X11” kimi, Məhərrəm adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Əliyev”, adı “Məhərrəm”, doğulduğu yer “Ağstafa rayonu Qaçaq Kərəm kənd”, doğulduğu tarix “16 sentyabr 2013-cü il”, ana qrafasında “Ərizəçi”, ata qrafası isə “X11” kimi qeyd edilməlidir.
24. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir.
25. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, ölümün, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.
26. Qanunvericiliyə əsasən, doğumun qeydə alınması müvafiq tibbi sənəd əsasında və yaxud doğum faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi əsasında aparılır. Qeydiyyat orqanı faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi əsasında doğum haqqında səhadətnamə verməlidir. Bunun üçün doğum faktının müəyyən edilməsi haqqında işə xüsusi icraatda baxılan zaman “doğum haqqında şəhadətnamənin verilməsi” barədə qərar qəbul edilməsinə zərurət yaranmır. Bu səbəbdən ərizə “doğum haqqında şəhadətnamənin verilməsi” hissəsində təmin edilə bilməz.
27. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
31. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi :
Ərizə qismən təmin edilsin. xx.xx.1985-ci il tarixdə Ağstafa rayonunda doğulmuş, Ağstafa rayonu, Qaçaq Kərəm kəndində qeydiyyatda olan Ərizəçi 20 iyul 2013-cü il tarixdə anadan olmuş X9, 09 oktyabr 2015-ci il tarixdə anadan olmuş X10 və 16 sentyabr 2018-ci il tarixdə anadan olmuş X4 adlı uşaqları tibb müəssisəsindən kənarda, ev şəraitində yaşadığı Ağstafa rayonunun Qaçaq Kərəm kəndində doğması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilərək, İlahə adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Əliyeva”, adı “İlahə”, doğulduğu yer “Ağstafa rayonu Qaçaq Kərəm kəndi”, doğulduğu tarix “20 iyul 2013-cü il”, ana qrafasında “Ərizəçi”, ata qrafası isə “X11” kimi, Nurəli adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Əliyev”, adı “Nurəli”, doğulduğu yer “Ağstafa rayonu Qaçaq Kərəm kəndi”, doğulduğu tarix “09 oktyabr 2015-ci il”, ana qrafasında “Ərizəçi”, ata qrafası isə “X11” kimi, Məhərrəm adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Əliyev”, adı “Məhərrəm”, doğulduğu yer “Ağstafa rayonu Qaçaq Kərəm kəndi”, doğulduğu tarix “16 sentyabr 2013-cü il”, ana qrafasında “Ərizəçi”, ata qrafası isə “X11” kimi qeyd edilsin. Qətnamə uşaqların doğum akt qeydində müvafiq düzəlişlərin aparılması və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Heyran Mürsəlova