Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1237/2025 03.09.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum akt qeydində düzəliş edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun akt qeydləri kitabında ata qrafasında ata adı “X2” kimi, ana qrafasında ana adı “Xatın Alı qızı”, adının şəxsiyyət vəsiqəsinə uyğun olaraq “Ərizəçi” kimi qeyd edilməsi və qətnamənin icrasını Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, atası X2 ilə anası Xatın Əli qızı ailə həyatı qurmuşdur. Onların faktiki nikahlarından xx.xx.1959-cu il tarixdə o, anadan olmuşdur. Onun doğum haqqında şəhadətnamədə ata qrafasında atasının adı “- X13-Zaman Siyabət oğlu” kimi anasının adı “- Xatın Alı qızı” kimi qeyd edilmişdir. Atası ilə anasının nikahları pozulmuş və bu barədə nikahları ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.1991-ci il tarixli 73 nömrə ilə qeydlər aparılmışdır. Odur ki, onun akt qeydləri kitabında ata qrafasında ata adı “X2” kimi, ana qrafasında ana adı “Xatın Alı qızı”, adının şəxsiyyət vəsiqəsinə uyğun olaraq “Ərizəçi” kimi qeyd edilməsi və qətnamənin icrasının Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
4. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qeydiyyat işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş və iştirak etməmələrini üzrlü hesab edib qanuni qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, ərizəçinin qohumudur. Ərizəçin atasının adı X3, anasının adı Xatın olmuşdur. Ərizəçinin bir bacısı da var, lakin çox yaşlıdır. Ərizəçinin anasını və atasını uşaq vaxtı görmüş, ancaq tam olaraq xatırlamır.
7. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan Qazax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 fevral 2025-ci il tarixli 3-16-5/8-68-A-120/2025 nömrəli arayışdan görünür ki, Abdullayeva X1 19 fevral 1959-cu il tarixli 34 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş və atasının adı - X13-Zaman Siyabət oğlu, anasının adı - Xatın Alı qızı kimi qeyd edilmişdir.
9. İş materiallarında olan Ağstafa rayon VVAQ Şöbəsi tərəfindən verilmiş boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X6 arasında nikah 11 oktyabr 1991-ci il tarixdə 73 nömrəli akt qeydi ilə ləğv edilmişdir.
10. İş materiallarında olan Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 193/g nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən Ağstafa şəhəri 20 Yanvar küçəsi ev 1 ünvanında qeydiyyatdadır.
11. Ağstafa Rayon Polis Şöbəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin adı Ərizəçi kimi qeyd edilmişdir.
12. İş materiallarında olan Qazax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş məktubda qeyd edilmişdir ki, Ərizəçi doğum haqqında akt qeydində düzəliş edilməsi barədə müraciətinə cavab olaraq, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasına” uyğun olaraq ata adının düzəliş edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir.
13. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Ərizəçi atası X2 ilə anası Xatın Əli qızının birgə nikahından xx.xx.1959-cu ildə anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsində ata qrafasında atasının adı “X13-Zaman Siyabət oğlu” kimi anasının adı “Xatın Alı qızı” kimi qeyd edilmişdir. X4 ilə X6 arasında nikah 11 oktyabr 1991-ci il tarixdə 73 nömrəli akt qeydi ilə ləğv edilmişdir. Qeydiyyat şöbəsinə müraciət edildikdə ərizəçiyə ata adında düzəliş edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
16. Mülki qanunvericilikdə isə hazirki tələbdə göstərilmiş hüquqi əhəmiyyətli faktadoğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxılır. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
18. Həmin Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
19. Qeyd olunan Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
20. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 4.4-cü bəndində qeyd olunub ki, Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.
21. Göründüyü kimi, Ərizəçi ata adının düzgün olmaması ilə əlaqədar doğum haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır.
22. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, xx.xx.1959-cu il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Ərizəçi ana qrafasında “X3” , ana qrafası isə “Xatın Alı qızı” kimi qeyd edilməlidir.
23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir.
24. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
28. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi :
Ərizə təmin edilsin. Ərizəçi doğum akt qeydi bərpa olunsun, doğum haqqında akt qeydləri kitabında ata qrafasında ata adı “X2” kimi, ana qrafasında ana adı “Xatın Alı qızı” kimi, doğum tarixi xx.xx.1959-cu ildə Qazax şəhəri kimi qeyd edilsin. Qətnamə doğum akt qeydində müvafiq düzəlişlərin aparılması və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Heyran Mürsəlova