Məhkəmə qərarları › İş №2(015)-1260/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1260/2023

15.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1260/2023 15.12.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı, Cavabdeh sədri X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmək haqqının və ödənişinin gecikdirilməsinə görə maddi və mənəvi zərərin tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 ay üçün ödənilməmiş 20700 manat əmək haqqının, həmçinin maddi və mənəvi zərərə görə 10000 manatın Cavabdeh sədrindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib göstərdi ki, o, əvvəllər Cavabdehndə işləmiş, 2017-ci ildə Cavabdeh sədri X2 onun əmək haqqını vaxtında ödəmədiyindən işdən çıxmışdır. Əmək haqqının ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciət etmişdir. Cavabdehlə həmkəndli olduğundan 2017-ci ildən hal-hazıradək əmək haqqının ödənilməsi barədə məhkəməyə ərizə verməmişdir. Cavabdeh isə hər dəfə ona əmək haqqının ödəyəcəyini bildirmiş, lakin ödəməmişdir. Bu səbəbdən o, məcbur olub 2023-cü ildə X3, daha sonra isə məhkəməyə müraciət etmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh sədri X2 iddia tələbini qəbul etməyib göstərdi ki, o, Ağstafa rayon Köçvəlili kəndinin bələdiyyəsinin sədri vəzifəsində işləyir. İddiaçının tələbi ilə razı deyil və iddiaçı vaxtında məhkəməyə müraciət etməmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçını, cavabdehin nümayəndəsini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə ilk növbədə iddiaçının ona işlədiyi dövrdə əmək haqqının verilməməsi barədə tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş üzrə İddiaçı xx.xx.2017-ci il tarixədək 60 ay müddətində Cavabdehndə işləməsini, ona həmin aylar üzrə isə əmək haqqının ödənilməməsini əsas gətirərək cavabdehdən işlədiyi aylar üzrə ödənilməmiş əmək haqqılarının ödənilməsini tələb etmişdir. Cavabdehlə həmkəndli olduğundan 2017-ci ildən hal-hazıradək əmək haqqının ödənilməsi barədə məhkəməyə müraciət etmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi isə həmin halları təkzib edərək izahatında göstərmişdir ki, iddiaçının tələbi ilə razı deyil və iddiaçı vaxtında məhkəməyə müraciət etməmişdir. İddia müddətini ötürmüşdür. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2007-ci ildə Cavabdehnə baş mühasib vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci il tarixdə öz ərizəsi ilə həmin vəzifədən azad olunmuşdur. İş üzrə iddiaçı cavabdehlə həmkəndli olduğundan 2017-ci ildən halhazıradək əmək haqqının ödənilməsi barədə məhkəməyə müraciət etmədiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər. Hazırki mübahisə isə fərdi əmək münasibətləri üzrə işçiyə ödənilməmiş pul mübahisəsi olmaqla həmin mübahisələr üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Republikası MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İşəgötürən orqanın nümayəndəsi iddia müddətinin keçməsini bildirərək iddianın müddətinin tətbiqi barədə ərizə vermişdir. Əmək mübahisələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün kifayətdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunub ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin maddədə işlədilən mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi məhkəmənin səlahiyyətini, “bərpa edərək” ifadəsi isə bu səlahiyyətini yaranmasının əsasını bildirir. Ona görə də məhkəmə əmək mübahisəsinə mahiyyəti üzrə o halda baxa bilər ki, iddia müddətini bərpa etsin. Səlahiyyətin əksi qadağadır, müvafiq olaraq həmin ifadənin əksi, yəni mübahisəyə mahiyyəti üzrə baxa bilməz” ifadəsi o mənanı verir ki, iddia müddəti keçdikdə məhkəmə yalnız bu fakta əsaslanaraq iddianı rədd etməlidir. Azərbaycan Republikası MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırkı işin materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı ən geci xx.xx.2018-ci tarixədək ona işlədiyi dövrdə əmək haqqı ödənilməməsi tələbi ilə məhkəməyə (mediasiyaya) müraciət etməli olduğu halda, xx.xx.2023-cü il tarixdə mediasiyaya təşkilatına, xx.xx.2023-cü il tarixdə isə məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçının fərdi əmək mübahisəsi üzrə pul və digər əmlak tələbləri ilə əlaqədar tələbin irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Eyni zamanda cavabdeh iddia müddətinin keçməsini bildirərək iddianın müddətinin tətbiqi barədə ərizə vermişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin izahatı nəzərə alınaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinin və Mülki Məcəllənin 375.2-ci maddəsinin tələblərinə əsasən iddiaçının fərdi əmək mübahisəsi üzrə pul və digər əmlak tələbləri ilə əlaqədar tələbinə iddia müddəti tətbiq edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı əmək haqqının və ödənişinin gecikdirilməsinə görə maddi və mənəvi zərərin tutulması tələbinə dair iddiası təmin olunmamalıdır. “X4 Azərbaycan Respublikası Qanunu”nun 9.1.1. və 9.1.14-cü maddələrinin tələblərinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə məhkəmələrə verilən iddia ərizələrinə dair iddiaçılar, həmçinin məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Hər iki tərəf dövlət rüsumu ödəməkdən azad edildiyindən dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdehnə qarşı əmək haqqının və ödənişinin gecikdirilməsinə görə maddi və mənəvi zərərin tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar