Məhkəmə qərarları › İş №2(015)-127/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-127/2025

14.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-127/2025 14.01.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ağstafa rayonu Qaçaq Kərəm kənd İbrahim Həsənov adına tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa rayonu Qaçaq Kərəm kənd İbrahim Həsənov adına tam orta məktəbin 27 iyun 2024-cü il tarixli, 94 nömrəli əmrinin ləğv edilməsi və işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib göstərdi ki, o, ibtidai sinif müəlliməsi olsa da əslində *6 il ərzində müxtəlif fənlərdən dərslər keçmişdir. Öz ixtisasını tədris etməmişdir. İlk dəfə imtahan verəndə 23 bal toplamış, lakin ikinci imtahana hazırlaşaraq *6 bal toplamışdır. İmtahan vaxtı nəzarətçi tərəfindən bir neçə dəfə yerini dəyişdirmişlər. Özündən asılı olmadan imtahanda həyəcanlanmışdır. Əslində isə suallar çox asan olmuş, lakin komputerdə olan nasazlıq səbəbindən imtahandan kəsilmişdir. Hal-hazırda işinə bərpa olunmaq istəyir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında cavabdeh Ağstafa rayonu Qaçaq Kərəm kənd İbrahim Həsənov adına tam orta məktəbin nümayəndəsi Nümayəndə göstərdi ki, iddia tələbini qəbul qəbul etmir. Belə ki, İddiaçı sertifikasıya nəticələri ikinci dəfə zəif olduğuna görə işdən azad olunması barədə əmr vermişdir. İddiaçı birinci imtahandan kəsiləndə ona hazırlaşmaq üçün bir il müddət verilmiş, lakin o, yenə də imtahandan keçə bilməmişdir. Ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Ağstafa rayonu Qaçaq Kərəm kənd İbrahim Həsənov adına tam orta məktəbin nümayəndəsinə məhkəmə baxış iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını, cavabdehin nümayəndəsini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, İddiaçı *5.09.2008-ci il tarixdə Ağstafa rayonu Qaçaq Kərəm kənd İbrahim Həsənov adına tam orta məktəbin sinif müəllimi müəllimi təyin edilmiş, sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamadığı üçün təkrar sertifikatlaşdırmaya cəlb olunmuş, lakin həmin sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamadığından 27 iyun 2022-ci il tarixli əmrə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” maddəsinə əsasən işdən azad olunmuşdur. Bu hal münahisəsizdir və həmin hal iş materialları, eyni zamanda məhkəmə iclasında iştirak edən şəxslərin izahatları ilə təsdiq olunur. Məhkəmə qeyd edir ki, Təhsil haqqında Qanuna əsasən sertifikatlaşdırma – dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Əmək qanunvericiliyinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2 ci maddəsinin *-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. Həmin Məcəllənin 67-2 ci maddəsinin 4-cü bəndinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əsaslarla ləğv edilə bilər. Həmin maddənin Qeyd hissəsinə əsasən bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Göründüyü kimi, iddiaçı peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasına dair sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamadığı üçün təkrar sertifikatlaşdırmaya cəlb olunmuş, lakin həmin sertifikatlaşdırma prosesində də müvafiq keçid balını toplamadığından 27 iyun 2022-ci il tarixli əmrə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” maddəsinə əsasən işdən azad olunmuşdur. İddiaçının işdən azad olunması barədə əmr verilərəkən qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilmiş və əmək qanunverciliyinin tələbləri pozulmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Ağstafa rayonu Qaçaq Kərəm kənd İbrahim Həsənov adına tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası təmin olunmamalıdır. “X*” Azərbaycan Respublikası Qanunu”nun 9.*.*-ci maddəsinin tələblərinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə məhkəmələrə verilən iddia ərizələrinə dair iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia təmin edilmədiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 2*3-2*4, 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh Ağstafa rayonu Qaçaq Kərəm kənd İbrahim Həsənov adına tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 0* (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar