Məhkəmə qərarları › İş №2(015)-135/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-135/2024

01.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-135/2024 01.10.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, iddiaçı Ağstafa rayon Qırılı Bələdiyyəsinin nümayəndəsi (sədri) X4, Cavabdeh iştirakı ilə, İddiaçı Ağstafa rayon Qırılı Bələdiyyəsinin Cavabdeh qarşı «bələdiyyə mülkiyyətinə aid zəbt olunmuş torpaq sahəsinin azad olunması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı Ağstafa rayon Qırılı Bələdiyyəsi məhkəmədə iddia qaldıraraq Cavabdeh tərəfindən özbaşına bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində olan əsaslı tikintinin təmizlənərək zəbtdən azad olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı Ağstafa rayon Qırılı Bələdiyyəsinin nümayəndəsi X5 iddianı müdafiə edərək bildirdi ki, Qırılı kənd ərazisində əhalinin ümumi istifadəsində olan, piyada və texnikanın hərəkəti üçün istifadə edilən yolu, kənd sakini Cavabdeh öz başına və heç kimə məhəl qoymadan həmin yolu əsaslı tikinti işləri apararaq, tamamilə zəbt etmiş, hərəkəti dayandırmışdır.Dəfələrlə şifahi şəkildə tərəfimizdən tapşırıq verilməsinə və 0*.0*.2023-cü il tarixli 0* saylı Qırılı Bələdiyyəsinin müraciəti və tələbinə heç bir məhəl qoymamış və məktuba əsasən tərəfimizdən həmin tikintinin *0 gün ərzində həmin ərazidən götürülüb vətəndaşların istifadəsinə verilməsi tələb olunmasına baxmayaraq, vətəndaş tərəfindən təmin edilməmişdir. Odur ki, kənd sakini Cavabdeh vətəndaşların və bələdiyyəmizin hüquqlarını özbaşına tapdalaması və qeyri-qanuni olaraq bələdiyyəyə məxsus torpaq sahəsini zəbt yolu ilə hasara alaraq istifadə etməsi yol verilməzdir. Odur ki, Cavabdeh tərəfindən özbaşına bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində olan əsaslı tikintinin təmizlənərək zəbtdən azad olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək bildirdi ki, tərəfindən heç bir torpaq sahəsi zəbt olunmayıb. Həmin yol deyilən torpaq sahəsini digər qonşusuda istifadə edərək yolun bir hissəsini zəbt etmişdir. Əgər o şəxs yolu açarsa cavabdehdə həmin yoldakı maneəni aradan qaldıracağını bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi *5 saylı Tovuz Ərazi İdarəsi *6 avqust 2024-cü il tarixli, 3-2*-3-37/2- 5650/2024 saylı mütəxəssis rəyindən görünür ki, “Ağstafa rayonu Qırılı bələdiyyəsinə məxsus vətəndaşların yol kimi ümumi istifadəsində olan torpaq sahəsinin cənub tərəfi Cavabdeh tərəfindən daş hasar və dəmir darvaza inşa edilərək bağlanmışdır. Bağlanmış yol 6.3 metr enində 2*.0 metr uzunluğunda ərazini əhatə edir”. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin *03.*-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Həmin Məcəllənin **0-cu maddəsinə əsasən bu Məcəllənn *09-cu maddəsində göstərilən əqdlərin bağlanılması, torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması və digər hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin ***-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *52.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» «İnsan Hüquqlarının və X3 X2 müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X3 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci il aprel ayının *5-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X* haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə arşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə tərəflərə məxsus torpaq sahəslərinin hüquqi və texniki vəziyyəti ilə bərabər əsaslandırılmış sübut olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi *5 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssis rəyi obyektiv və qərəzsiz sübut olaraq qəbul edilməlidir. Bununla bağlı tərəflərə aidiyyəti sənədlərin təqdim edilməsi və sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi təklif edilsə də, yalnız iş materiallarında olan sənədlər təqdim edilmişdir. Məhkəmə müvafiq rəy və təqdim edilmiş sənədlər əsasında hazırkı işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında iddiaçı Ağstafa rayon Qırılı Bələdiyyəsinə məxsus vətəndaşların yol kimi ümumi istifadəsində olan torpaq sahəsinin cənub tərəfi Cavabdeh tərəfindən daş hasar və dəmir darvaza inşa edilərək bağlanıldığı üçün iddia tələbi təmin olunması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin*4.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi haları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin **9.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.*.*4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə *00 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də Cavabdeh *00 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Həmçinin işə baxılması ilə əlaqədar mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin *5 saylı Tovuz Ərazi İdarəsinin bank hesabına Ağstafa rayon Qırılı Bələdiyyəsinin nümayəndəsi (sədri) X5 tərəfindən 95 (doxsan beş) manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Ağstafa rayon Qırılı Bələdiyyəsinə məxsus torpaq sahəsinin 6.3 metr enində 2*.0 metr uzunluğunda hissəsi (mütəxəsis rəyinə əlavə olunmuş sxemə müvafiq olaraq) Cavabdeh tərəfindən zəbtdən azad edilsin. Cavabdeh *00 (bir yüz) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülsün. İş üzrə keçirilmiş mütəxəsis rəyinin dəyəri olan 95 (doxsan beş) manat məbləğində pul Cavabdeh alınaraq Ağstafa rayon Qırılı Bələdiyyəsinin büdcəsinə köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar