Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-14/2025 11.06.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pozuçu tərəfindən zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilərək çıxarılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh Ağstafa rayonu Köçəsgər kəndində yerləşən onun və ailə üzvlərinin mülkiyyətində olan 0,08 ha torpaq sahəsinin pozucu olan cavabdeh tərəfindən qeyri-qanuni şəkildə zəbt etdiyi üçün həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək bildirmişdir ki, onlar, iş üzrə Cavabdeh ilə aralarında razılığa gəlmişlər. Ona görə də iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Eyni zamanda, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün "xxxx" ASC-nin ödəmə terminalı olan K0152012 terminalı vasitəsilə əməliyyat nömrəsi ********* olmaqla 3138 qəbz nömrəsi ilə 142213 saylı xidmət adı ilə GPP ********** qəbz nömrəsi ilə məhkəmənin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə iddiaçı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, cavabdeh buna etiraz etmədiyindən, İddiaçı Cavabdeh qarşı pozuçu tərəfindən zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilərək çıxarılması tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalı, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin ödəmə terminalı olan K0152012 terminalı vasitəsilə əməliyyat nömrəsi ********* olmaqla 3138 qəbz nömrəsi ilə 142213 saylı xidmət adı ilə GPP ********** qəbz nömrəsi ilə məhkəmənin hesabına ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 manat məbləğində pul da İddiaçı tutularaq Dövlət xəzinədarlığı agentliyinin hesabına keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 114.1.3, 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı Cavabdeh qarşı pozuçu tərəfindən zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilərək çıxarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı qaytarılsın. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin ödəmə terminalı olan K0152012 terminalı vasitəsilə əməliyyat nömrəsi ********* olmaqla 3138 qəbz nömrəsi ilə 142213 saylı xidmət adı ilə GPP ********** qəbz nömrəsi ilə məhkəmənin hesabına ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. İş üzrə məhkəmə ekspertizası təqdiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq Dövlət xəzinədarlığı agentliyi, VÖEN **********, Kod 210005, м/h АZ41NАBZ********************, SWİFТ. Bik: CТRЕАZ22, VÖEN **********, hesab АZ34CТРЕ******************** saylı hesabına keçirilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-14/2025
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-14/2025
11.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver