Məhkəmə qərarları › İş №2(015)-1517/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1517/2025

02.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1517/2025 02.12.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X15 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, Müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X7 adlı şəxs ilə birgə yaşadıqları dövrdə xx.xx.2017-ci il tarixdə bir oğlan övladının, xx.xx.2019-cu il tarixdə bir oğlan övladının və xx.xx.2022-ci il tarixdə bir qız övladının Ağstafa rayonu, Poylu qəsəbəsində ev şəraitində doğmağının müəyyən edilməsi və bu barədə doğum haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi tələbini müdafiə edib izahatında göstərdi ki, o, Gürcüstan vətəndaşı olan X7 ilə 2016-cı il tarixdə qeyri rəsmi qaydada ailə qurmuşdur. Onunla aralarında nikah rəsmiləşməmişdir. Onunla birgə yaşadıqları dövrdə ev şəraitində dörd övlad dünyaya gətirmişdir. Həmin uşaqlardan xx.xx.2024-cü il təvəllüdlü X1 doğum haqqında şəhadətnaməsini əldə etsə də, səhlənkarlıq edib xx.xx.2017-ci il tarixdə dünyaya gətirdiyi bir oğlan övladının, xx.xx.2019-cu il tarixdə tarixdə dünyaya gətirdiyi bir oğlan övladının və xx.xx.2022-ci il tarixdə dünyaya gətirdiyi bir qız övladının doğum haqqında şəhadətnamələrini almamışdır. Bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Hal-hazırda həyat yoldaşı X7 ailəsini atıb Gürcüstanda yaşayır. Uşaqlar hazırda özünün himayəsindədir. Ona görə də qeyd etdiklərini nəzərə alıb ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclaslarının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Qeyd olunur ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsində uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Mülki qanunvericilikdə isə hazirki tələbdə göstərilmiş hüquqi əhəmiyyətli faktadoğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxılır. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 20 iyul 2024-cü il tarixdə Ağstafa rayonunda doğulmuş, atası X6, anası Ərizəçidır. İş materiallarında 19 avqust 2025-ci il tarixli, 18-1-24/3-1158/2025 nömrəli tibbi arayışdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X5 xx.xx.2025-ci il tarixdə Ağstafa RMX PHŞ-in İSX (ASM) şöbəsində həkim-pediatr müayinəsindən keçmiş, “Pr sağlam” diaqnozu qoyulmuşdur. İş materiallarında 19 avqust 2025-ci il tarixli, 18-1-24/3-1160/2025 nömrəli tibbi arayışdan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Ağstafa RMX PHŞ-in İSX (ASM) şöbəsində həkim-pediatr müayinəsindən keçmiş, “Pr sağlam” diaqnozu qoyulmuşdur. İş materiallarında 19 avqust 2025-ci il tarixli, 18-1-24/3-1161/2025 nömrəli tibbi arayışdan görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Ağstafa RMX PHŞ-in İSX (ASM) şöbəsində həkim-pediatr müayinəsindən keçmiş, “Pr sağlam” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 22 avqust 2025-ci il tarixli məktubdan müəyyən edilir ki, onun ərizəsində qeyd etdiyi xx.xx.2017-ci ildə ev şəraitində doğulmuş oğlan, xx.xx.2019-cu ildə doğulmuş oğlan, xx.xx.2022-ci ildə doğulmuş qız övladının doğumu Maraqlı şəxsndə qeydiyyata alınmamış, uşaqların doğum qeydiyyatının aparılması üşağın tibb müəssisəsində doğmasını təsdiq edən sənəd və ya doğuma kömək göstərmiş həkimin verdiyi sənəd olmadığı üçün qeydiyyat şöbəsində doğumun qeydiyyat aparılması mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, iş üzrə Ərizəçi onun qızıdır. Onun dörd uşağı var. Uşaqlarından biri, yəni Ulduza adlı uşaq xəstəxanada anadan olmuş, qalan üç uşaq isə ev şəraitində anadan olmuşdur. Həmin uşaqlar anadan olan zaman Reyhana o, köməklik etmişdir. Reyhanın həyat yoldaşı hazırda Gürcüstanda yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iş üzrə Ərizəçi 2016-cı ildə X7 ilə qeyri rəsmi qaydada ailə qurmuş, onların birgə yaşadıqları dövrdə xx.xx.2017-ci il tarixdə Elxan, xx.xx.2019-cu il tarixdə Nəriman, xx.xx.2022-ci il tarixdə Şahnaz və xx.xx.2024-cü il tarixdə Ulduza adlı 4 uşaqları anadan olmuşdur. Ulduza adlı uşağa doğum haqqında şəhadətnamə alınmış, Elxan, Nəriman və Şahnaz adlı uşaqlar isə tibb müəssisəsindən kənarda ev şəraitində yaşadığı Ağstafa rayonunun Poylu qəsəbəsində doğulduğundan, doğum haqqında arayış verilməsi mümkün olmadığından Maraqlı şəxs uşaqların doğumunu qeydə almaqdan imtina etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 4.4-cü bəndində qeyd olunub ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Göründüyü kimi Ərizəçi tibb müəssisəsindən kənarda ev şəraitində yaşadığı Ağstafa rayonunun Poylu qəsəbəsində xx.xx.2017-ci il tarixdə Elxan, xx.xx.2019-cu il tarixdə Nəriman və xx.xx.2022-ci il tarixdə Şahnaz adlı 3 uşaq doğmuş, bu səbəbdən uşaqlara doğum haqqında arayış verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Həmin Məcəllənin 53.5-ci maddəsinə əsasən atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. Ona görə də məhkəmə hesab edir ki, uşağa doğum haqqında şəhadətnamə verilərkən uşağın soyadı iddiaçının soyadına uyğun, ata qrafası isə iddiaçının göstərişi üzrə yazılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, xx xxxx 2000-ci il tarixdə Ağstafa şəhərində anadan olmuş, Ağstafa rayonunun Poylu qəsəbəsində qeydiyyatda olan Ərizəçi xx.xx.2017-ci il tarixdə Elxan, xx.xx.2019-cu il tarixdə Nəriman və xx.xx.2022-ci il tarixdə Şahnaz adlı uşaqları tibb müəssisəsindən kənarda ev şəraitində yaşadığı Ağstafa rayonunun Poylu qəsəbəsində doğması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilərək, Elxan adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Məmmədov”, adı “Elxan”, doğulduğu yer “Ağstafa rayonu Poylu qəsəbəsi”, doğulduğu tarix “02 may 2017-ci il”, ana qrafasında “Ərizəçi”, ata adı və ata qrafası isə ərizəçinin göstərişi üzrə, Nəriman adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Məmmədov”, adı “Nəriman”, doğulduğu yer “Ağstafa rayonu Poylu qəsəbəsi”, doğulduğu tarix “26 yanvar 2019-cu il”, ana qrafasında “Ərizəçi”, ata adı və ata qrafası isə ərizəçinin göstərişi üzrə, Şahnaz adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Məmmədova”, adı “Şahnaz”, doğulduğu yer “Ağstafa rayonu Poylu qəsəbəsi”, doğulduğu tarix “16 fevral 2022-ci il”, ana qrafasında “Ərizəçi”, ata adı və ata qrafası isə ərizəçinin göstərişi üzrə qeyd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Qanunvericiliyə əsasən, doğumun qeydə alınması müvafiq tibbi sənəd əsasında və yaxud doğum faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi əsasında aparılır. Qeydiyyat orqanı faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi əsasında doğum haqqında səhadətnamə verməlidir. Bunun üçün doğum faktının müəyyən edilməsi haqqında işə xüsusi icraatda baxılan zaman “doğum haqqında şəhadətnamənin verilməsi” barədə qərar qəbul edilməsinə zərurət yaranmır. Bu səbəbdən ərizə “doğum haqqında şəhadətnamənin verilməsi” hissəsində təmin edilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə qismən təmin edilsin. xx xxxx 2000-ci il tarixdə Ağstafa şəhərində anadan olmuş, Ağstafa rayonunun Poylu qəsəbəsində qeydiyyatda olan Ərizəçi xx.xx.2017-ci il tarixdə Elxan, xx.xx.2019-cu il tarixdə Nəriman və xx.xx.2022-ci il tarixdə Şahnaz adlı uşaqları tibb müəssisəsindən kənarda ev şəraitində yaşadığı Ağstafa rayonunun Poylu qəsəbəsində doğması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilsin. Elxan adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Məmmədzadə”, adı “Elxan”, doğulduğu yer “Ağstafa rayonu Poylu qəsəbəsi”, doğulduğu tarix “02 may 2017-ci il”, ana qrafasında “Ərizəçi”, ata adı və ata qrafası isə ərizəçinin göstərişi üzrə, Nəriman adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Məmmədzadə”, adı “Nəriman”, doğulduğu yer “Ağstafa rayonu Poylu qəsəbəsi”, doğulduğu tarix “26 yanvar 2019-cu il”, ana qrafasında “Ərizəçi”, ata adı və ata qrafası isə ərizəçinin göstərişi üzrə, Şahnaz adlı uşağın doğum aktı qeydləri kitabında soyadı “Məmmədzadə”, adı “Şahnaz”, doğulduğu yer “Ağstafa rayonu Poylu qəsəbəsi”, doğulduğu tarix “16 fevral 2022-ci il”, ana qrafasında “Ərizəçi”, ata adı və ata qrafası isə ərizəçinin göstərişi üzrə qeyd edilsin. Qətnamə doğum qeydiyyatının aparılması və doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizə qalan hissədə təmin edilməsin Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar