Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-1531/2023 22.12.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlu iddiaçılar Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “miras payın verilməsi tələbi barədə” iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdi: İddiaçılar Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “miras payın verilməsi tələbi barədə” iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək belə məzmunda xahiş etmişdir: “Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)-180/2019 saylı qətnaməsində göstərilmiş vərəsələrinin, yəni indiki iddiaçılarının mərhum X1, mərhum X3, mərhum X2 açıq qalmış paylarının verilməsinə dair qətnamə çıxarasınız”. Məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1274-cü maddəsinə görə miras onu qəbul etmiş vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Hakimlər notarius fuksiyasını yerinə yetirmir. Ona görə də iddiaçı vərəsə kimi əvvəlcə mirası qəbul etməli, notariat orqanından vərəsəlik hüququ haqqında şəhadətnamə almalıdır. Vərəsəliyə çağırılmış vərəsənin mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb etmək hüququ var (MM, maddə 1321.1; “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 57-60). Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. (MM, 1321.3). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarına əsasən: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər”. Notarius notariat hərəkətini aparmaqdan imtina etdiyi təqdirdə isə iddiaçı bu barədə məhkəmədə mübahisə qaldıra bilər. Beləliklə, Məhkəmə bir daha qeyd edir ki, MM-in 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Miras əmlakın tərkibini və olduğu yeri yoxlamaq, miras əmlaka paylara müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamə vermək notarusların səlahiyyətinə aiddir. Ona görə də miras əmlakda payların müəyyən olunması barədə tələbə məhkəmə qaydasında baxılmalı deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə belə halda hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə həmçinin qeyd edir ki, iddia icraatı qaydasında baxılan işlərdə cavabdeh işdə iştirak edən şəxsdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2ci maddəsində görə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Bununla da iddia ərizəsinin MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş məzmuna riayət edilməmişdir. MPM-in 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə, MPM-in 263-cü maddəsinə əsasən qərara aldı: İddiaçılar Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “miras payın verilməsi tələbi barədə” iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-1531/2023
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-1531/2023
22.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver