Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-17/2025 19.02.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçılar Qanuni nümayəndə, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsində payların naturada ayrılaraq sərhədlərin müəyyən edilməsi, evə köçürülmə və vərəsəliyin müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçılar Qanuni nümayəndə, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsində payların naturada ayrılaraq sərhədlərin müəyyən edilməsi, evə köçürülmə və vərəsəliyin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Eyni zamanda iddiaçılar Qanuni nümayəndə, İddiaçı2 və İddiaçı3 məhkəməyə ərizə göndərərək bildirmişlər ki, onlar cavabdehlərlə öz aralarında razılığa gəlmişlər. Hazırda iddiadan imtina etdiklərini, iddiadan imtinalarının qəbul olunaraq mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iddiaçıların ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Eyni zamanda iş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı Qanuni nümayəndə tərəfindən "xxxx" ASC-nin ödəmə terminalı olan K0136013 terminalı vasitəsilə əməliyyat nömrəsi ********* olmaqla 23106 qəbz nömrəsi ilə 142213 saylı xidmət adı ilə GPP ********** qəbz nömrəsi ilə məhkəmənin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göründüyü kimi, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə iddiaçılar iddiadan imtina edərək mülki iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən, cavabdehlər etiraz etmədiyindən, mülki prosessesual qanunvericiliyə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilməsi mümkün olduğundan iddiaçılar Qanuni nümayəndə, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsində payların naturada ayrılaraq sərhədlərin müəyyən edilməsi, evə köçürülmə və vərəsəliyin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilərək mülki iş üzrə icraata xitam verilməli, iddiaçı Qanuni nümayəndə tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin ödəmə terminalı olan K0136013 terminalı vasitəsilə əməliyyat nömrəsi ********* olmaqla 23106 qəbz nömrəsi ilə 142213 saylı xidmət adı ilə GPP ********** qəbz nömrəsi ilə məhkəmənin hesabına ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 114, 261, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçılar Qanuni nümayəndə, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsində payların naturada ayrılaraq sərhədlərin müəyyən edilməsi, evə köçürülmə və vərəsəliyin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə iddiaçıların iddiadan imtinası qəbul edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddiaçı Qanuni nümayəndə tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin ödəmə terminalı olan K0136013 terminalı vasitəsilə əməliyyat nömrəsi ********* olmaqla 23106 qəbz nömrəsi ilə 142213 saylı xidmət adı ilə GPP ********** qəbz nömrəsi ilə məhkəmənin hesabına ödənilmiş 100 manat dövlət rüsumu Qanuni nümayəndə qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Ağstafa rayonu üzrə Maliyyə şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-17/2025
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-17/2025
19.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver