Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-172/2025 27.02.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı6, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı pozuçu tərəfindən zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilərək çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağstafa rayonu Xətai kəndində yerləşən onların mülkiyyətində olan 0,63 ha torpaq sahəsinin pozucu olan cavabdeh tərəfindən qeyri-qanuni şəkildə zəbt etdiyi üçün, həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, onlara Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ümumilikdə 0,63 ha torpaq sahəsi verilmişdir. Bu barədə onlara JN 1216 kod 50208018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Şikayət etdikləri şəxs həmkəndliləri Ağstafa rayon, Xətai kənd sakini Cavabdehdur. Belə ki, həmin şəxs mülkiyyətlərində olan torpaq sahəsini bir neçə ildir ki, zəbt edərək becərib qazanc əldə edir. Dəfələrlə özü ilə əlaqə saxlasalar da heç bir müsbət nəticə əldə edə bilməmişlər. Ona görə də iddiaçılar hazırki tələblə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edib göstərdi ki, atası İddiaçı2 qeyd edilən torpaq sahəsini onların icazəsi olmadan 2004-cü ildə iş üzrə cavabdehə satmışdır. Qeyd edilən aktda olan imzaları onlar çəkməmişdir. Həmçinin həmin torpaq sahəsinin vergisini özləri ödəyir. Məhkəmə iclasında iştirak edən İddiaçılar İddiaçı5, İddiaçı6, İddiaçı3 də iddia tələblərini müdafiə edib digər İddiaçı1 ilə eyni məzmunlu ifadə verərək iddia tələblərinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edib göstərdi ki, o, Cavabdeh torpaq sahəsi satmamış, ondan pul almamışdır. Həmin şəxsi ilk dəfə məhkəmədə görmüşdür. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyib ifadəsində göstərmişdir ki, iddiaçıların atası və ya digər İddiaçı2 2004-cü ildə həyat yoldaşı xəstə olduğu üçün qeyd edilən torpaq sahəsini satmaq istədiyini bildirmiş, o da həmin torpaq sahəsini almaq istədiyini bildirmişdir. Həmin dövr üçün 0,49 ha torpaq sahəsini 60 şirvan pul qarşılığında almağa razılaşmışdır. Bundan sonra bələdiyyənin yanına getmişlər. Orada akt tərtib olunmuş və İddiaçı2 həmin torpaq sahəsini ona satmışdır. İddiaçı2 həyat yoldaşına görə torpaq sahəsini satdığını uşaqlarına özü deyəcəyini bildirmişdir. Aktdan sonra torpaq sahəsini öz adına rəsmiləşdirməmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmamasını xahiş etdi. Digər İddiaçı4 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.4-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan sənədlərlə və aparılmış məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı2, İddiaçı1 (Vəliyeva), İddiaçı3, İddiaçı5, İddiaçı6, İddiaçı4 və mərhum X1 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı1 (Vəliyeva), İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı6, İddiaçı4 və mərhum X1 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Ağstafa rayonu Xətai kəndində ümumi birgə payla 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. İş üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5 və İddiaçı6 həmin torpaq sahəsinin onların xəbəri olmadan ataları İddiaçı2 tərəfindən akt ilə 2004-cü ildə Cavabdeh satılmasını, qeyd edilən aktda olan imzaların onlar tərəfindən imzalanmamasını bildirmişlər. Cavabdeh isə mübahisəli torpaq sahəsini 2004-cü ildə İddiaçı2 60 şirvan pul qarşılığında almasını, iddiaçı ilə aralarında akt imzalanmasını, lakin alqı-satqı müqaviləsinin bağlanılmamasını bildirmişdir. İş materiallarında olan Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 31 yanvar tarixli 01 nömrəli qərarı ilə JN-1216, KOD 50208018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktından görünür ki, iddiaçılar İddiaçı2, İddiaçı1 (Vəliyeva), İddiaçı3, İddiaçı5, İddiaçı6, İddiaçı4 və mərhum X3 adına Ağstafa rayonu, Xətai kəndində 0,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. İş materiallarında olan 15 oktyabr 2004-cü il tarixli aktdan görünür ki, Ağstafa rayonu Qaçaq Kərəm kənd sakini İddiaçı2 Ağstafa rayonu Xətai kənd sakini Cavabdeh Ağstafa rayonu Xətai bələdiyyəsində aktı bağlamışlar onda ötrü ki, İddiaçı2 JN-1216 saylı dövlət aktında olan torpaq sahəsinin 0,49 ha hissəsini Cavabdeh daimi istifadə üçün təhvil verir. Torpağın qiyməti tərəflər arasında razılaşma yolu ilə müəyyən edilir. Torpağın vergisini ödəməyi Cavabdeh ödəməyi öhdəsinə götürür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, İddiaçı1 (Vəliyeva), İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı6, İddiaçı4 və mərhum X1 adına xx.xx.2024-cü il qeydiyyat tarixli Ağstafa rayonu Xətai kəndində ümumi birgə payla 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Məhkəmə ilk öncə iş materiallarında olan 15 oktyabr 2004-cü il tarixli aktla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməli və həmin əqdlər yalnız notariat qaydasında təsdiqlənməlidir. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsinə dair tərəflər arasında notariat qaydasında təsdiqlənmiş alqı-satqısı barədə yazılı müqavilə mövcud deyildir və bu hal işin mübahisəsiz halıdır. Qeyd edilən aktda X3, İddiaçı1 (Vəliyeva), İddiaçı3, İddiaçı6, İddiaçı5 və İddiaçı4 adlarının qarşısında imza olsa da, iddiaçılar məhkəmə iclasında iştirak edərək həmin imzaların onlara məxsus olmamasını və həmin torpaq sahəsinin satılmasından onların məlumatının olmamasını bildirmişlər. İş üzrə Cavabdeh İddiaçı2 aralarında bağlanmış aktla torpaq sahəsini almasını bildirsə də, məhkəməyə həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsi təqdim etməmişdir. Hazırda iddiaçılar qeyd edilən torpaq sahəsinə çıxarış da almışlar. Beləliklə məhkəmədə müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıların xüsusi mülkiyyətində olan torpaq sahəsindən faktiki olaraq istifadə edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Bununla yanaşı, Torpaq Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət yaradan hərəkətlər dəqiq müəyyən olunmuşdur. Belə ki, həmin Məcəllənin 110-cu maddəsinə görə torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması və torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi və s. qadağandır. Yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, mülki və torpaq qanunvericiliklərinin qeyd olunan normalarından görünür ki, mülkiyyət formasından və hüquqi rejimindən asılı olmayaraq, bütün mülkiyyət növləri, o cümlədən Azərbaycan Respublikasının vahid torpaq fondunu təşkil edən bütün torpaq sahələri kateqoriyalarından asılı olmayaraq dövlət tərəfindən müdafiə olunur. Cavabdehin iddianı qəbul etməməsi ilə bağlı irəli sürdüyü dəlillərini məhkəmə əsaslı hesab etmir. Cavabdehin mübahisəli torpaqdan istifadə etməsi üçün heç bir hüquqi əsas müəyyən edilmir. Reyestr xidməti tərəfindən mühahisəli torpaq sahəsinə iddiaçıların hüquqları qeydiyyata alınıb. Torpaq sahəsi iddiaçıların mülkiyyətindədir. İddiaçıların mülkiyyət hüquqları müdafiə olunmalıdır. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı2, İddiaçı1 (Vəliyeva), İddiaçı3, İddiaçı5, İddiaçı6, İddiaçı4 və mərhum X1 adına xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Ağstafa rayonu, Xətai kəndində yerləşən 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməsi qanunsuz hesab edilməlidir. Mübahisəli torpaq sahəsi iddiaçıların xüsusi mülkiyyətidir. İddiaçı2, İddiaçı1 (Vəliyeva), İddiaçı3, İddiaçı5, İddiaçı6, İddiaçı4 və mərhum X1 adına xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Ağstafa rayonu, Xətai kəndində yerləşən 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh zəbtindən azad edilərək iddiaçılara qaytarılmalıdır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, iddiaçı şəhid ailəsi, cavabdeh isə müharibə veteranı olduğundan hər iki tərəf dövlət rüsumunun ödənilməsindən azad olunan şəxs olmaqla məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla iddiaçılar İddiaçı2, İddiaçı1 (Vəliyeva), İddiaçı3, İddiaçı5, İddiaçı6, İddiaçı4 və mərhum X1 adına qeydə alınmış Ağstafa rayonu, Xətai kəndində 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılsın və zəbt olunmuş torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 qaytarılsın. İş üzrə hər iki tərəf dövlət rüsumunun ödənilməsindən azad olunduğundan məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-172/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-172/2025
27.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver