Məhkəmə qərarları › İş №2(015)-1777/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1777/2025

03.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1777/2025 03.02.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X21 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Ağstafa rayon Notariat Ofisinə qarşı qohumluq münasibəti faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, Müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum bibisi X5, mərhum atası X13 ilə doğma qardaş bacı olmaqlarını nəzərə alaraq, qohumluq münasibəti faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Ərizəçi işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edib bildirmişdir ki, mərhum X5 onun bibisi olması barədə fakt təstiqinin də iddia tələbində göstərilməsini istəyir. X22 ilə mərhum atası Coqulu Sadıqov doğma bacı qardaşdırlar. Ona görə də mərhum bibisi X5 onun doğma bibisi olması barədə fakt təsdiqinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi). Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1947-ci ildə Qazax rayonunun Qırılı kəndində anadan olmuşdur. Mərhum babası Məhəmmədin iki övladı, atası Coqulu Sadıqov və mərhum bibisi X11 anadan olmuşdur. Mərhum bibisi, yəni atasının doğma bacısı X14 1932-ci ildə Qazax rayonu Qırılı kəndində anadan olmuş və xx.xx.2012-ci ildə həmin kənddə vəfat etmiş və kənd qəbiristanlığında dəfn edilmişdir. Mərhum öldüyü günə qədər o və ailəsi ilə birgə yaşamışdır. Həmçinin bibisi Maral Sadıqova yaşadığı müddətdə ailə qurmamış, övladı olmamışdır. Mərhumun adına Ağstafa rayonu, Qırılı kəndində əmlaklar vardır. Hazırda o, X5 tək varisi, vərəsəsi olaraq ona miras qalmış Ağstafa rayonu, Qırılı kəndində yerləşən ev və xx.xx.1997-ci il tarixli JN:351 A KOD 50200068 saylı torpaq şəhadətnaməsində mərhum bibisi X6 adında o və ailə üzvləri ilə birlikdə şəhadətnamə vardır. JN: 457 KOD 50200068 saylı Dövlət X2 və yenə də onun özü və ailə üzvləri qeyd edilmişdir. Qohumluq münasibətini təsdiq edəcək, yəni onun doğum şəhadətnaməsində atasının adının qeyd edilməməsi səbəbindən notariat ofisi vərəsəliyi onun adına verə bilmir və xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə müraciət etməsi bildirilmişdir. O cümlədən Ağstafa rayon qeydiyyat şöbəsinə müraciət etmişdir ki, mərhum atası Coqulu Məhəmməd oğlunun və bibisi Maral Məhəmməd qızının doğum haqqında akt qeydi barədə məlumat alsın, amma Qeydiyyat şöbəsi bildirmişdir ki, doğum bərpa akt qeydləri aşkar edilməmiş və X14 ilə X7 qohumluq münasibətlərinin müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi tələbini müdafiə edib ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verib ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Ağstafa rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə Ağstafa rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. Qeyd olunur ki, mülki qanunvericilikdə hazırki tələbdə göstərilmiş hüquqi əhəmiyyətli faktın - yəni qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. İşdə olan sənədlərlə müəyyən olunur ki, X10 Ağstafa rayon Notariat Ofisinə daxil olmuş ərizəsinə cavab olaraq bildirilmişdir ki, mərhum X9 məxsus miras əmlak qalması, lakin mirasın faktiki hansı vərəsə tərəfindən qəbul edilməsinə dair təsdiq edən heç bir sənəd təqdim edə bilmədiklərindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Ona görə də ərizəçi mərhum bibisi X5, mərhum atası X13 ilə doğma qardaş bacı olmaqlarını və mərhum bibisi X5 onun doğma bibisi olması barədə fakt təsdiqinin müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Onun atası X13 ilə bibisi X14 doğma qardaş bacıdırlar. Maral Sadıqova yaşadığı müddət ərzində ailə qurmamış, övladları olmamışdır. O, uşaq vaxtlarından qardaşı oğlu, Ərizəçi böyütmüşdür. Həmçinin Ərizəçi da ailədə tək övlad olmuşdur. Maral Sadıqova ərizəçinin bibisidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 02 iyun 2012-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Ağstafa Rayon Notariat Ofisi tərəfindən X10 Ağstafa rayon Notariat Ofisinə daxil olmuş ərizəsinə cavab olaraq bildirilmişdir ki, mərhum X9 məxsus miras əmlak qalması, lakin mirasın faktiki hansı vərəsə tərəfindən qəbul edilməsinə dair təsdiq edən heç bir sənəd təqdim edə bilmədiklərindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Göründüyü kimi iş üzrə ərizəçi Vahid Coqulu oğlu X1 oğlu olmaqla onun birinci növbəli vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində qanun üzrə vərəsələr qeyd edilmiş və 1159.1-ci maddəyə əsasən birinci növbəli vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Göründüyü kimi, məhkəmə iclasında təqdim olunmuş sənədlər, şahid ifadələri və ərizəçinin izahatı ilə müəyyən olunmuşdur ki, X11 ilə X12 doğma bacı qardaş olmuş, həmçinin xx.xx.2012-ci il tarixdə vəfat etmiş X11 Ərizəçi bibisidir. X11 yaşadığı dövr ərzində ailə qurmamış və övladları olmamışdır. Hazırki vəziyyətdə ərizəçi X4 qanun üzrə birinci növbədə vərəsəsi sayılır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməli, 02 iyun 2012-ci il tarixdə Ağstafa rayonu, Qırılı kəndində vəfat etmiş X11 ilə X8 doğma bacı qardaş olmaqları, X4 Ərizəçi bibisi olması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci, 307 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə təmin edilsin. 02 iyun 2012-ci il tarixdə Ağstafa rayonu, Qırılı kəndində vəfat etmiş X11 ilə X8 doğma bacı qardaş olmaqları, X4 Ərizəçi bibisi olması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar