Məhkəmə qərarları › İş №2(015)-182/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-182/2023

06.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-182/2023 06.09.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı oğlunun nümayəndəsi (iddiaçının oğlu) Nümayəndə, Cavabdeh Məhəmmədəli oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Məhəmmədəli oğluna qarşı “zəbt olunmuş torpağın zəbtdən azad olunması və torpağın əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məhəmmədəli oğluna qarşı “zəbt olunmuş torpağın zəbtdən azad olunması və torpağın əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iştirak etməmiş, onu nümayəndəsi Nümayəndə təmsil etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, Ağstafa rayon X1 31 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə iddiaçıya və ailə üzvlərinə Ağstafa rayonu Köhnəqışlaq kəndi ərazisindən pay torpağı və şəhid torpağı olmaqla ümumilikdə 2,17 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin ölçü ilə az olduğunu gördükdən sonra iddiaçı Ağstafa rayon Köhnəqışlaq kənd bələdiyyəsinə torpağının nə üçün az olduğunu bildirmiş və bələdiyyə də müvafiq təşkilatdan torpağ sahəsinin döngə nöqtələrinin TEKUİS məlumat bazasına əsasən rüsum odədikdən sonra ölçü işlərini həyata keçirmiş və akt tərtib edilərək onu öz qanuni torpaq sahəsi kimi göstərmişdir. Ondan sonra məlum olmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsinin 20,00 ha hissəsi Cavabdeh Məhəmmədəli oğlunun zəbtindədir. Cavabdehə isə bunu bildirdikdə o, etiraz edib demişdir ki, həmin sahədən cıxmır və orada 10 ədəd meyvə ağacları əkmiş və oradan onu heç kim çıxara bilməz. Hətta kənd bələdiyyəsinin arayışı ilə də təsdiq olunur ki, cavabdeh iddiaçının torpaq sahəsini zəbt etmişdir. Hazırda həmin torpaq sahəsini 0,20 ha hissəsi Cavabdeh Məhəmmədəli oğlu tərəfindən zəbt edilmiş və onun tərəfindən qanunsuz istifadə edilir. Cavabdehə torpaq sahəsinin boşaldılaraq azad edilməsi ilə əlaqədar dəfələrlə müraciət etsə də heç bir nəticə olmamışdir. Ona görə də Cavabdeh Məhəmmədəli oğlu tərəfindən iddiaçıya və ailə üzvlərinə məxsus zəbt olunmuş 0,20 ha torpaq sahəsinin zəbtdən azad edilməsini və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında məhkəməyə bildirdi ki, iddiaçının torpaq sahəsini zəbt etməyib, belə ki, həmin torpaq sahəsi həmişə ümumi istifadə də olub. Lakin torpaq sahəsinin onun istifadəsinə ayrılmasına dair rəsmi sənəd mövcud deyil. Heç kimin torpaq sahəsini zəbt etməyib, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki - Prosessual Məcəlləsinin (MPM) 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İş materiallarında olan Ağstafa rayon Köhnəqışlaq Bələdiyyəsinin arayışından görünür ki, İddiaçı məxsus “torpağa mülkiyyət hüququna dair” Dövlət aktındakı 0.20 ha torpaq sahəsi Köhnəqışlaq kənd sakini Cavabdeh Məhəmmədəli oğlu tərəfindən zəbt eilib. İş materiallarında olan 25 noyabr 2022-ci il tarixli Aktın surətindən görünür ki, Nümayəndə müraciətinə əsasən İddiaçı mülkiyyətində olan 0.40 ha torpaq sahəsinin döngə nöqtələri TEKUİS məlumat bazasına əsasən yerində ölçülərək tanıdılmışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/5024 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... Qərardadın birinci və ikinci sualı üzrə Cavabdeh Məhəmmədəli oğlunun istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 1502 kv.m-ə qədər hissəsinin, İddiaçı və ailə üzvlərinə verilmiş torpaq sahəsinin 0.40 ha hissəsi ilə ilə üst-üstə düşməsi müəyyən edilmişdir.” Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdur ki, Cavabdeh Məhəmmədəli oğlunun istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 1502 kv.m-ə qədər hissəsinin, İddiaçı və ailə üzvlərinə verilmiş torpaq sahəsinin 0.40 ha hissəsi ilə ilə üst-üstə düşməsi müəyyən edilmişdir. İddia ərizəsində iddiaçı Cavabdeh Məhəmmədəli oğlu tərəfindən ona və ailə üzvlərinə məxsus zəbt olunmuş 0,20 ha torpaq sahəsinin zəbtdən azad edilməsini xahiş etsə də, ekspert tərəfindən üst-üstə düşən torpaq sahəsinin 0.40 ha olduğu müəyyən edilmişdir. Lakin, iddia ərizəsinin verilməsindən sonra iddiaçı tərəf iddianı dəyişməmiş, yəni iddia tələbinin həcmini artırmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur Həmin məcələnin 152.5 -ci maddəsinə əsasən mülkiyyətçi qanunverciliklə və ya başqa şəkildə o cümlədən müqavilə məhdudiyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlakla (əşyaya) sərbəstsurətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmn əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona məxsus əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətlər edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqularını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin məcələnin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin məcələnin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. İddiaçının izahatından və işdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı Ağstafa Rayonu Kolxəlfəli kəndindəki fərdi yaşayış evinin 2/16 hissədə mülkiyyətçisidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Ona görə də Məhkəmə hesab edir ki, İddiaçı həmin yaşayış evinin 2/16 hissədə mülkiyyətçisi olduğu üçün orda yaşayıb maneəsiz istifadə hüququna malikdir və həmin evə köçürülməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının izahatından müəyyən olunur ki, iddiaçı Ağstafa rayonu Köhnəqışlaq kəndi ərazisində 2,17 ha torpağın mülkiyyətçisidir. Həmin torpaq sahəsinin 0.40 ha hissəsi Cavabdeh Məhəmmədəli oğlunun torpaq sahəsi ilə üst-üstə düşdüyündən, faktiki olaraq cavabdeh tərəfindən zəbt edildiyindən İddiaçı Cavabdeh Məhəmmədəli oğluna qarşı “zəbt olunmuş torpağın zəbtdən azad olunması və torpağın əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair tələbinə dair iddia ərizəsi qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya məxsus 0.40 ha torpaq sahəsi zəbtdən azad edilməli və əvvəlki vəziyyətinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ağstafa rayonu Köhnəqışlaq kəndi ərazisində Cavabdeh Məhəmmədəli oğlu tərəfindən zəbt etilmiş 0.40 ha torpaq sahəsi boşaldılaraq İddiaçı istifadəsinə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh Məhəmmədəli oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar