Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-1931/2025 19.12.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ İş № 2(015)-1931/2025 AZƏRBAYCAN RESPUBLİKASİ Ağstafa Rayon Məhkəməsi QƏRARDAD 19 dekabr 2025-ci il Ağstafa şəhəri Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən və torpaq sahəsindən kompensasiya verilməsi yolu ilə çıxarılma tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən və torpaq sahəsindən kompensasiya verilməsi yolu ilə çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aşağıdakılara əsasən geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən kompensasiya verilməsi yolu ilə çıxarılması tələb olunan Asğatafa şəhəri C.Cabbarlı küçəsi 59 saylı fərdi yaşayış evindən və torpaq sahəsindən iddiaçı və cavabdehin hüquqlarının olmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmiş, ərizəyə əlavə edilmiş çıxarışda isə qeyd edilən əmlaklarda başqa şəxslərin payları olması göstərilmişdir. Belə ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulmuş forma və məzmununa uyğun olaraq verilməmişdir. Eyni zamanda, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası MPM-nin 108.1 və 108.1.1-ci maddələrinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 150.1 və 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1 və 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən və torpaq sahəsindən kompensasiya verilməsi yolu ilə çıxarılma tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 149-152, 263- 264, 267-268 və 309.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən və torpaq sahəsindən kompensasiya verilməsi yolu ilə çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Heyran Mürsəlov
Məhkəmə qərarları › İş №2(015)-1931/2025
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-1931/2025
19.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver