Məhkəmə qərarları › İş №2(015)-2/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-2/2025

27.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-2/2025 27.01.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkil Nümayəndə Müşaviq oğlunun, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, X5 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və ailə üzvləri Cavabdeh2, X7, X1 Ağstafa rayonu Aşağı Kəsəmən kəndində yerləşən ona məxsus çıxarış əsasında mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İş üzrə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edib Cavabdeh1, Cavabdeh2 ailə üzvləri ilə birlikdə və Cavabdeh3 Ağstafa rayonu Aşağı Kəsəmən kəndində yerləşən ona məxsus çıxarış əsasında mülkiyyətində olan fərdi yaşayış evindən və yaşayış sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ağstafa rayonu Aşağı Kəsəmən kəndində ona məxsusdur və dövlət çıxarışına əsasən onun mülkiyyətindədir. Bir müddət əvvəl Cavabdeh1 və ailə üzvlərinin yaşamağa yeri olmadığından müvəqqəti Bakı şəhərində yaşadığı üçün onlara evi vermiş, hazırda həmin evə köçmək istəmiş, lakin cavabdeh evi ona təhvil vermək istəmir və evdən çıxmırlar. Bu barədə cavabdehə rəsmi müraciət etsə də cavabdeh onun mülkiyyətindən çıxmır.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, həmçinin bildirdi ki, cavabdehlərdən könüllü onun evindən çıxmaqlarını istəmiş, əvəzində onlara on min manat civarında kompensasiya təklif etsə də, lakin onların istədiyi məbləğ çox olduğundan aralarında razılıq əldə edilməmişdir. Cavabdehin və ailə üzvlərinin həmin əmlakda heç bir hüququ yoxdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəımədən xahiş etdi.

5. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı onların çətin şəraitlər keçirdiyi zaman həmin evə köçməsini təklif etmiş, onlar da həmin evə köçüb o evi düzəldərək yaşamışlar. O evdə bir çox əlavələr edilib təmir olunmuşdur. Evi təmir etməyə 28000 xərc çəkmişdir, iddiaçının ona təklif etdiyi on min manata razılaşmadığını bildirdi.

6. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı tərəfindən onların çətin vəziyyətində həmin evə köçməsi təklif edilmiş, onlar da həmin evə köçüb evi düzəldərək yaşamışlar. Evdə bir çox əlavələr edilib təmir olunmuşdur. Həmin evi təmir etməyə 28000 xərc çəkildiyi üçün on min manata razılaşmırlar.

7. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Müşaviq oğlu iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclasının yeri və vaxtı barədə digər Cavabdeh3 rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

9. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır.

10. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

11. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağstafa rayonu Aşağı Kəsəmən kəndində 0,13 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 109,1 kv.m olan fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır.

12. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-1035/2024 saylı qətnaməsinin surətindən görünür ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-73/2023 nömrəli qətnaməsi iddia tələbinin qismən təmin edilmiş, X2 miras qalmış Ağstafa rayonu Aşağı Kəsəmən kəndində yerləşən yaşayış evi və torpaq sahəsinə dair cavabdeh İddiaçı adına 14 yanvar 2022-ci il tarixli V-428/2021 saylı reyestrlə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən cavabdeh İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 13.Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ağstafa rayon Notarlat Ofisi tərəfindən verilmiş 14 yanvar 2022-ci il tarixli V-428/2021 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.1994-ci il tarixdə ölmüş X4 vərəsəsi Bakı şəhəri ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı miras əmlakdan tam hissədə pay almış və Azərbaycan Respublikası Ərnlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı ilə, İddiaçı adına Ağstafa rayonu Aşağı Kəsəmən kəndidə yerləşən 109.1 kv/m olan fərdi yaşayış evi və mülkiyyətində olan 0.130020 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixdə, ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı cavabdehlərin və onların ailə üzvlərinin ona məxsus fərdi yaşayış evində yaşadıqlarını və beləliklə mülkiyyət hüququna müdaxilə edildiyni əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

15. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

16. Azərbaycan Respublikası MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

18. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

19. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

20. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

21. Göründüyü kimi, cavabdehlərin və onların ailə üzvlərinin hazırda yaşadığı fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış əsasında İddiaçı məxsusdur. Cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evindən könüllü olaraq çıxmaması nəticəsində iddiaçının həmin yaşayış evinə münasibətdə mülkiyyətçi kimi əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu məhdudlaşdırır. Belə olduğu təqdirdə, cavabdehlər hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus fərdi yaşayış evində yaşayırlar ki, bu hal da iddiaçının qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarını qanunsuz olaraq məhdudlaşdırır. Ona görə də iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində 0,13 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 109,1 kv.m olan fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmış fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, ailə üzvləri Cavabdeh2, X7, X5 və Cavabdeh3 çıxarılmalıdır.

22. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Nəticə hissəsi:

25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı adına qeydiyyata alınmış Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində 0,13 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 109,1 kv.m olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, ailə üzvləri Cavabdeh2, X7, X5 və Cavabdeh3 çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar