Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-200/2023 17.04.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə Müşafiq oğlunun Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Nürəddin qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 Nürəddin qızına və Cavabdeh1 qarşı «yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun tanınması, onun və ailə üzvləri ilə birlikdə həmin evə köçrülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Nürəddin qızının istifadəsində olan Ağstafa şəhəri, 20 yanvar küçəsi 12 ünvanında yerləşən yaşayış evinin tərkib hissəsindən istifadə hüququnnun bərpa edilməsi, ailəsi ilə birlkikdə həmin yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı bildirdi ki, Ağstafa şəhəri, 20 yanvar küçəsi 12 ünvanında onun atasından miras qalmışdır. Ailədə 4 uşaq olsalar da onların hərbirinin ondan başqa yaşayış evi vardır. O və onun ailə üzvləri həmin evdə yaşamışlar. 2015-ci il tarixdə cavabdehlərin mübahiəsi düşmüşdür. Bu səbəbdən də miras qalmış Ağstafa şəhəri, 20 yanvar küçəsi 12 ünvanında ( indiki ünvan 1nda müəyyən olunması ilə bağlı Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. O əmin zaman qardaşı Cavabdeh2 saxta vədlərinə inanıb öz payından onun xeyrinə imtina etmişdir. Onu inandırmışdır ki, guya pay üstünlüyü onun olduğu halda bacısı X4 miras əmlakdan məhrum edə biləcəkdir. Bundan başqa aralarında olan razılaşmaya görə o da həmin evdə ailəsi ilə birlikdə yaşamışdır. Bundan sonra Ağstafa Rayon Məhkəməsinin 2(015)-2/2016 saylı, 14 yanvar 2016-cı il tarixli qətnaməsinə əsasən mərhum atası X3 miras qalmış Ağstafa şəhəri, 20 yanvar küçəsi 12 saylı fərdi yaşayış evinin ¼ hissədə X5 (bacısı) vərəsəlik payları müəyyən edilmiş və həmin paylara uyğun mülkiyyət hüquqları tanınmışdır. Halbuki Cavabdeh2 mülkiyyətində Bakı şəhərində də yaşayış evi vardır. Bundan sonra o ailəsini dolandırmaq məqsədi ilə ailə üzvləri ilə Bakı şəhərinə kirayəyə köçmüşdür. Hal-hazırda da kirayədə yaşayır. Lakin həmin zaman hesab edir di ki istənilən vaxt o həmin yaşayış evə ailəsi ilə birgə qayıtdiqdan sonra yaşaya biləcək. Artıq Bakı şəhərində kirayə evində yaşamaqları mümkünsüzdür. Bu səbəbdən də məcburiyyət qarşısında qalıb mübahisəli qeydiyyatda olduğu evə ailəsi ilə birlikdə qayıtmışdır. Lakin onları qarşılayan Cavabdeh2 və onun həyat yoldaşı digər Cavabdeh3 Nürəddin qızı onu və onun həyat yoldaşını evdən qovdular. Mübahisəni sülh yolu ilə həll etmeyə çalışsalarda da heç bir müsbət nəticə əldə edə bilməmişdir.Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Nürəddin qızının istifadəsində olan Ağstafa şəhəri, 20 yanvar küçəsi 12 ünvanında yerləşən yaşayış evinin tərkib hissəsindən istifadə hüququnnun bərpa edilməsi, ailəsi ilə birlkikdə həmin yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə Müşafiq oğlu iddia tələbini müdafiə ediərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, iddia tələbini qəbul etmir, iddiaçının hazırkı iddia tələbini qaldırmaqda subyektiv hüququ yoxdur. Belə ki, mərhum atası onlara çatası həmin evi Ağstafa Rayon Məhkəməsinin 14 yanvar 2016-cı il tarixli qətnaməsi ilə ¼ hissədə bacısı Cavabdeh1 və ¼ hissədə onun xeyrinə tanınmışdır. İddiaçı isə 23 iyun 2013-cü ildə Ağstafa Rayon Notariat Ofisində ərizə verərək məhrum atası Zahid Lalayevdən ona çatası miras əmlakdan onun xeyrinə imtina etmişdir. Eyni zamanda digər bacısı da X2 eyni zamanda iddiaçı kimi mirasdan imtina etmişdir. Həmin vaxtlarda ev təmirsiz və pis vəziyyətdə olduğu üçün iddiaçı öz payından onun xeyrimə imtina etdi və ailəsi ilə birlikdə Bakı şəhərinə getdi. Ona görə də qeyd etdiklərini nəzər alınmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh3 Nürəddin qızı bildirdi ki, iddia tələbini qəbul etmir, iddiaçının iddia tələbi əsassızdır. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə prosesində Cavabdeh1 ərizə təqdim edərək bildir di ki, iddia tələbini qəbul edir ona görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatını dinləyib, iş materilallarını araşdıraraq belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 14 yanvar 2016-cı il tarixli 2(015)2/2016 saylı qətnaməsindən görünür ki, X3 miras qalmış Ağtafa şəhərinin 20 Yanvar küçəsində 12 saylı fərdi yaşayış evinin ¼ hissəsi üzərində Cavabdeh2 və ¼ hissədə Cavabdeh1 vərəsəlik payları müəyyən edilmiş və həmin paylara uyğun mülkiyyər hüquqları tanınması gət edilmişdir. İş materiallarında olan 23 iyul 2013-cü il tarixli ərizədən görünür ki, İddiaçı miras qalmış evdən ona düşən pay qardaşı Cavabdeh2 vermişdir. İş materiallarında olan ərizədən görünür ki, Cavabdeh1 iddia tələbini qəbul edir. İş materiallarında Ağstafa Rayon Məhkəməsinin 17 iyul 2013-cü il tarixli 2(015)- 403/2013 saylı qətnaməsindən görünür ki, X1 şəhəri, 20 yanvar küçəsi 12 unvanında yerləşən yaşayış evinin mülkiyyətində olmsası faktımüəyyən edilmişdir. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan yaşayış evinə iddiaçının köçürülməsinin mümkünlüyü məsələsinə hüquqi qiymət verməzdən əvvəl, həmin yaşayış evinə tərəflərin hansı hüquqlarının olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, mübahisəli yaşayış evi və onun üzərindəki hüquq mövcud olmadığı halda iddiaçının həmin yaşayış sahəsinə köçürülməsindən söhbət gedə bilməz. İş materiallarından göründüyü kimi iddiaçı Ağstafa şəhəri H.Əliyev pr-ti ev 12 ünvanında qeydiyyatdadır. Məhkəmə hesab edir ki, mənzilə və ya fərdi yaşayış evinə köçürülmə tələbi barədə mübahisələrə hüquqi qiymət verilərkən başlıca olaraq aşağıdakı əsas üç meyar tədqiq edilməlidir: 1) mübahisə obyektinin (yaşayış sahəsinin) hüquqi statusu; 2) İddiaçı mübahisəli yaşayış sahəsindən istifadə hüququna malikdirmi; 3) İddiaçı hazırda qoyulmuş tələblə mübahisə predmeti olan yaşayış sahəsindən çıxarıla bilərmi; Məhkəmə yuxarıda göstərilən hallar üzrə gəlinəcək nəticənin anlaşılan olmasının təmin edilməsindən ötrü hesab edir ki, birinci hal üzrə ayrıca hüquqi dəyərləndirmə aparmalı, ikinci və üçüncü hallar bir-biri ilə əlaqəli olduğundan bu hallar üzrə isə iddiaçının işin halları barədə izahatnı, tərəflərin təqdim etdikləri sübutlar birlikdə əlaqəli şəkildə tədqiq edilərək hüquqi dəyərləndirmə aparılmalı və vahid yekun hüquqi nəticəyə gəlinməlidir. Çünki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 saylı qərarının 5-ci bəndində qeyd edilir ki, “Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir.” Məhkəmə iddiaçının cavabdehə qarşı yaşayış sahəsinə köçürülməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri və əsaslı hesab edir. Qeyd olunur ki, qanunvericiliyə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsi). Göründüyü kimi iş üzrə İddiaçı 1958-ci ildə mübahisəli yaşayış evində anadan olmuşdur. Yəni, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun 01 oktyabr 2009-cu il tarixədək yarandığı işin mübahisəsiz halıdır. Ona görə də mübahisəyə həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş keçmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixdən yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Qeyd edilən Məcəllənin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır”. Qeyd olunan müddəaların mənası baxımından məhkəmə hesab edir ki, İddiaçı 1958ci il oktyabrın 13-də mərhum atası X6 məxsus Ağstafa şəhəri, 20 yanvar küçəsi 12 ünvanında (indiki ünvan 2undan, adıçəkilən yaşayış evində mülkiyyətçi ilə ailə münasibətlərində olmaqla orada yaşayaraq boya-başa çatdığından, mülkiyyətçi ilə birgə təsərrüfat apardığından, həmin yaşayış evində X7 ilə ailə həyatı qurduğundan, snuncunun həmin yaşayış evinə mülkiyyətçinin razılığı ilə gəlin köçdüyündən, orada özünə məxsus əşyarı yerləşdirdiyindən, həmin evdə onların birgə nikahından övladları anadan olduğundan və hal-hazırda iş üzrə iddiaçının mübahisəli yaşayış evinə qeydiyyatı olmaqla orada yaşadıqlarından onun həmin mənzilə köçürülməməsi qanunverciliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Məhkəmə da qeyd edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Cavabdehlər öz ailələri ilə birlikdə mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da ailəsi ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüquqları vardır. Bu yanaşmanın əksi, yəni onların həmin mənzildən çıxarılmaları hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, iddia üzrə iddiaçıya münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Beləliklə, Məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı və onun ailə üzvləri cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Nürəddin qızının və Cavabdeh1 istifadəsində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Nürəddin qızına və Cavabdeh1 qarşı “yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun tanınması, onun və ailə üzvləri ilə birlikdə həmin evə köçrülməsi” tələbinə dair dair iddiası əsaslı olduğu üçün təmin edilsin. İddiaçı və onun ailə üzvləri cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Nürəddin qızının və Cavabdeh1 istifadəsində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağstafa rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-200/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-200/2023
17.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver