Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-260/2023 19.04.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 iştrakı ilə, İddiaçı Cavabdeh qarşı «evin yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun tanınmaqla evə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəmədə iddia qaldıraraq, onun, azyaşlı uşaqlarının xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 ilə birlikdə mərhum X8 məxsus, Qazax rayonunun Qarapapaq kəndində yerləşən evin yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun tanınmaqla, həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X3 ilə 2004-cu ildə evlənmişlər. Nikahlarını xx.xx.2008-ci il tarixdə Qazax rayon qeydiyyat şöbəsində bağlayaraq 192 nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından iki övladları xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 anadan olmuşlar. Həmin uşaqlar hal-hazırda onun himayəsindədirlər.X1 ilə 2004-cu ildə evlənərkən, onun mərhum anasına məxsus olan, Qazax rayonunun Qarapapaq kəndində yerləşən evə gəlin köçmüş, əmlakını həmin evə yerləşdirmişdir. Qeyd olunan vaxtdan etibarən sözügedən evdə yaşamış, orada iki uşaq dünyaya gətirmiş. X1 xx.xx.2022-ci il tarixdə saata 03:30 radələrində mübahisəli evdə balta ilə onuna müxtəlif sayda cərrahiyyə əməliyyatları aparıldığından üzün müddət xəstəxanada qalmışdır. Sağaldıqdan sonra uşaqları ilə birlikdə ər evinə qayıdanda qaynı iş üzrə Cavabdeh onu və uşaqlarını evə buraxmamış, evin kilidini dəyişdirərək onları evə daxil olmağa imkan verməmişdir. İki azyaşlı uşaqla birlikdə yaşamaqları üçün başqa yaşayış sahəsi yoktur. Ona məxsus olan cehiz əşyaları və başqa əmlaklarə həmin mübahisəli evdə yerləşirmiş.Uşaqları ilə birlikdə 2004-cu ildən gəlin köçüb üzün müddət ərzində yaşadığı Qazax rayon Qarapapaq kəndində yerləşən evin yaşayış sahəsindən istifadə hüququ məhkəmə tərəfindən tanınmalı və onlar həimn evə köçüməlidir. Ona görə də o, və azyaşlı uşaqları xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 ilə birlikdə mərhum X8 məxsus, Qazax rayonunun Qarapapaq kəndində yerləşən evin yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun tanınmaqla, həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi X9 iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh 20 ildi həmin evdən çıxıb, orada yaşamır. İddiaçı 2004-cü ildən həmin evdə yaşayıb. Cavabdehin qardaşı tutulanan sonra evin açarlarını dəyişib iddiaçını və uşaqları həmin evə buraxmamışdır.Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materilallarını araşdıraraq belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhədətnamənin surətindən görünür ki, X3 ilə İddiaçı 27 may 2008-cu il tarixdə 192 nömrəli qeydi ilə nikahlarını rəsmiləşdirmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı ilə X2 birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 adlı iki uşaqları anadan olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xx-xx/1319 nömrəli arayışdan görünür ki, X3 və onun ailə üzvləri Qazax rayonu Qarapapaq kəndində qeydiyytada olmaqla həmin evdə yaşamışlar. İş materiallarında olan 21 iyul 2022- ci il tarixli 2(023)-52/2022 saylı qərardan görünür ki, X3 4 ay müddətə yəni 20 noyabr 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X16 15 saylı Tovuz Ərazi İdarəsinin məktubundan görünür ki, 15 saylı Tovuz Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv məlumatlarına, Əmlak Məslələri Dövlət Xidməti tətrəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr və elektron baza məlumatlarına əsasən Cavabdeh və ailə üzvlərinin adına Qazax rayonu Ağköynək (Qiyasbəyli) kəndində JN 1582 nömrəli dövlət aktı ilə 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmiş, qeyd edilən torpaq sahəsi Qazax rayon Dövlət Notariat Kontorunun xx.xx.2005-ci il tarixli, 4Ə-2-288 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə özgəninkiləşdirilmiş, JN 158F saylı torpağın mülkiyyıtə verilməsinə dair şəhadətnamə ilə isə 0,11 ha həyətyanı torpaq sahəsi qeyd edilmiş, X7 adına keçmiş DTİ və MHQİ-si tərəfindən 15 nömrəli qeydiyyat vəsiqəsi verilərək texniki pasport tərtib edilmiş, həmin fərdi yaşayış evi Ağstafa rayon Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli, 2-V-87 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh adına qeyd edilmişdir. Cavabdeh adına digər əmlakların qeydə alınması aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, mənzilə və ya fərdi yaşayış evinə köçürülmə tələbi barədə mübahisələrə hüquqi qiymət verilərkən başlıca olaraq aşağıdakı əsas üç meyar tədqiq edilməlidir: 1) mübahisə obyektinin (yaşayış sahəsinin) hüquqi statusu; 2) İddiaçı mübahisəli yaşayış sahəsindən istifadə hüququna malikdirmi; 3) İddiaçı hazırda qoyulmuş tələblə mübahisə predmeti olan yaşayış evinə köçürülə bilərmi; Məhkəmə yuxarıda göstərilən hallar üzrə gəlinəcək nəticənin anlaşılan olmasının təmin edilməsindən ötrü hesab edir ki, birinci hal üzrə ayrıca hüquqi dəyərləndirmə aparmalı, ikinci və üçüncü hallar bir-biri ilə əlaqəli olduğundan bu hallar üzrə isə iddiaçının və cavabdehlərin işin halları barədə izahatları, tərəflərin təqdim etdikləri sübutlar birlikdə əlaqəli şəkildə tədqiq edilərək hüquqi dəyərləndirmə aparılmalı və vahid yekun hüquqi nəticəyə gəlinməlidir. Çünki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 saylı qərarının 5-ci bəndində qeyd edilir ki, “Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir.” Birinci hal (mübahisə obyektinin (yaşayış sahəsinin) hüquqi statusu) üzrə: Məhkəmə iclası zamanı müəyyən edildi ki, mübahisə predmeti olan fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə əldə edilməmişdir. Bundan başqa Qazax rayonunun Qarapapaq kəndində yerləşən mübahisəli yaşayış evi Cavabdeh və ya X7 adına qeydiyyatına alınmamışdır. İkinci və üçüncü hallar (İddiaçı mübahisəli yaşayış sahəsindən istifadə hüququ vardırmı və həmin yaşayış sahəsinə köçürülməsi tələbində haqlıdırmı) üzrə; Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi hüququ beynəlxalq hüquqi aktlarda da ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi konkret təminatların mövcudluğunu nəzərdə tutur. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr, X.Məmmədovanın şikayəti üzrə 2014-cü il 11 iyul tarixli və s. Qərarları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (bundan sonra – Mənzil Məcəlləsi) yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: özəl mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu (Mənzil Məcəlləsinin 17.2-ci maddəsi). Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Qazax rayonu Qarapapaq kəndində yerləşən və cavabdehin istifadəsində olan fərdi yaşayış evi üzərində hər hansı əşya hüququ (mülkiyyət, istifadə, icarə və s. hüquq) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayıb. İddiaçının köçmək istədiyi evə heç kəsin mülkiyyət hüququ tanınmayıb, həmin evin mülkiyyətçisi yoxdur. Üzərində mülkiyyət hüququ olmayan tikiliyə istifadə hüququ yarana bilməz, çünki istifadə hüququ mülkiyyət hüququ ilə üzvi surətdə bağlı olmaqla bu hüquqdan törəyir. Qanunverici də digər şəxslərin yaşayış sahəsinə istifadə hüququnun yaranmasını mülkiyyətçinin iradəsindən, yəni mülkiyyət hüququndan asılı etmişdir (Mənzil Məcəlləsi, maddə 30; Mülki Məcəllə, maddə 228). Habelə, qeyd olunmalıdır ki, iddiaçının köçmək istədiyi ev müvafiq dövlət orqanı tərəfindən istismara qəbul olunmamışdır, oranın tikintisində istifadə edilən inşaat materialları və konstruksiyaların keyfiyyətinin qüvvədə olan dövlət standartlarına uyğun olub-olmaması, inşaat işləri aparılarkən tikinti norma və qaydalarının tələblərinə əməl edilib-edilməməsi, tikilinin fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradıb-yaratmaması, tikilinin yaşamaq üçün yararlı olub-olmaması məlum deyil. İddiaçının evdən istifadə hüququ mövcud olmadığından o, evə köçürülməsini tələb edə bilməz, çünki evə köçürülmə istifadə hüququnun müdafiəsi, evdə yaşama isə istifadə hüququnun realizəsidir, mövcud olmayan hüququn müdafiəsi və realizəsi mümkün deyil. Məhkəmə həmçinin iddiaçının mübahisəli mənzildə qeydiyyatda olması ilə bağlı qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun adından göründüyü kimi, bu Qanunun tənzimlədiyi məsələlər vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının aparılması ilə bağlıdır. Qanunun müddəalarına əsasən qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir (Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə” 2003-cü il 31 yanvar tarixli Qərarı). Beləliklə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun mənzillə bağlı münasibətləri tənzimləmir və yaşayış sahəsinə qeydiyyata alınmış şəxsin həmin yaşayış sahəsinə mütləq köçürülməsi üçün əsas deyildir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmusuna və iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan hüquq normalarının tələblərinə uyğun obyektiv və qərəzsiz qiymət verib belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı «evin yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun tanınmaqla evə köçürülmə» tələbinə dair iddiası təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4-cü bəndində əsasən mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə yuğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə müvafiq olaraq iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı Cavabdeh qarşı «evin yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun tanınmaqla evə köçürülmə» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağstafa rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-260/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-260/2023
19.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver