Məhkəmə qərarları › İş №2(015)-289/2023

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-289/2023

12.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-289/2023 12.04.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı İmanəliyeva (Həsənova) İlahə Məqsəd qızının nümayəndəsi X1 və cavabdeh Həsənova (Yolçuyeva) Minarə Kəmaləddin qızının iştrakı ilə, İddiaçı İmanəliyeva (Həsənova) İlahə Məqsəd qızının cavabdehlər Həsənova (Yolçuyeva) Minarə Kəmaləddin qızına, Cavabdeh1 və Cavabdeh3 qarşı “cavabdehlər tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması barədə” mülki işin məhkəmədə baxılmağa hazırlanması üzrə keçirilən məhkəmə iclasında, məhkəmə müəyyən etdi: Həmin iddia ərizəsi xx.xx.2023-cü il tarixində Ağstafa Rayon Məhkəməsinə daxil olmuş və ərizənin əsasında mülki iş başlanmışdır. İddiaçı xx.xx.2023-cü il tarixində ərizə (vəsatət) ilə Məhkəməyə müraciət edərək iddia ərizəsinin qaytarılmasını xahiş etmişdir. Ona görə də Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin göstərişinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Ona görə də iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 114.1.3 və 263-cü maddələrinin göstərişini rəhbər turaraq, məhkəmə qərara aldı: İddiaçı İmanəliyeva (Həsənova) İlahə Məqsəd qızının cavabdehlər Həsənova (Yolçuyeva) Minarə Kəmaləddin qızına, Cavabdeh1 və Cavabdeh3 qarşı “cavabdehlər tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması barədə” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçı İmanəliyeva (Həsənova) İlahə Məqsəd qızına qaytarılsın. İmanəliyeva (Həsənova) İlahə Məqsəd qızı tərəfindən "xxxx" ASC-nin Ağstafa filialının mədaxil kassasında xx.xx.2023-cü il tarixli, büdcə təsnifatı kodu 14221107 olan və AZ03TURA******************** nömrəli hesaba ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İmanəliyeva (Həsənova) İlahə Məqsəd qızına geri qaytarılsın. Bank xidmət haqqı olan 0,40 AZN iddiaçının özünə aid edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar