Məhkəmə qərarları › İş №2(015)-294/2024

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-294/2024

10.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-294/2024 10.01.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlu Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “doğum faktının müəyyən edilməsi tələbinə dair” ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdi: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin ərizə ilə Ərizəçi Məhkəmədən belə məzmunda xahiş etmişdir: “X* *3.02.*956-cı il tarixdə Ağstafa rayonu Muğanlı kəndində anadan olması faktının müəyyən edilməsi, X* doğum haqqında şəhadətnaməsində ata qrafasında atasının “X5, ana qrafasında atasının “X2 və X3 doğum akt qeydində soyadının “Yolçuyeva” kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirəm”. Aşağıda göstərilənlərə görə Məhkəmə hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə ki, ərizəçi ərizəsində göstərmişdir ki, övladının doğumunu təsdiq edən sənədini məhkəmədən kənar əldə edə bilməmişdir. İş materiallarından görünür ki, ərizəçi ilk növbədə doğum haqqında şəhadətnamə alınması üçün qeydiyyat şöbəsinə müraciət etməli olduğu halda bunu etməmişdir. Bununla yanaşı ərizəçi qeydiyyat şöbəsindən doğum haqqında şəhadətnaməni ala bilməsinin mümkün olmadığını göstərməmişdir, bunu sübut edən sənədləri ərizəyə əlavə etməmişdir. Beləliklə, MPM-nin 308-ci maddəsinin “məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin” müddəasına əsasən məsələyə yanaşdıqda məlum olur ki, Ərizəçi bacısı X3 *3 fevral *956-cı ildə doğulması faktını təsdiq edən sənədləri başqa qaydada almağa təşəbbüs göstərməmişdir. Şərh edilənlərə əsasən Məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən Məhkəməyə verilmiş, bacısı X3 *3 fevral *956-cı ildə doğulmasının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi barədə ərizəyə məhkəmə qaydasında baxılmalı deyil. Odur ki, MPM-in *53.2.*-ci maddəsinin tələbinə uyğun olaraq ərizənin qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə, MPM-in 263-cü maddəsinə əsasən qərara aldı: Ərizəçi “doğum faktının təsdiq edilməsi barədə” ərizəsinin qəbul edilməsindən imtina edilsin, ərizə və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra *0 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar