Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-298/2024 10.01.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlu İddiaçı Ağstafa şəhəri Əmirxan Hüseynov adına şəhər 1 saylı tam orta məktəbin direktoru İddiaçı Cavabdeh qarşı “məktəbin mülkiyyətində olan cavabdeh tərəfindən zəbt olunan ərazilərin boşaldılması və həmin şəxsin qanunsuz hərəkətlərindən çəkinməsi tələbinə dair” iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdi: İddiaçı xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 149.2.5-ci maddəsinə görə iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Göründüyü kimi, qanun iddia ərizəsinin məzmununda “sənədlərin” siyahısının göstərilməsini nəzərdə tutur. Hazırkı iddia ərizəsinə sənədlərin kserosurətləri əlavə edilmiş, lakin notarial qaydada təsdiq edilməmişdir. Məhkəmə qeyd edir ki, “sənədin surəti” deyiləndə sənədin əsli ilə düzgünlüyü təsdiq olunmuş əksi başa düşülür. Əgər sənədin əksinin sənədin əsli ilə düzgünlüyü təsdiq olunmursa o, sənədin surəti hesab olunmur. İddia ərizəsinə əlavə olunan kserosurətlərin əsli ilə düzgünlüyü təsdiq olunmadığından onlar adı çəkilmiş sənədlərin surəti hesab olunmur. Nəzərə alınmalıdır ki, sənədlər siyahısı iddia ərizəsinin məzmununa dair qanunun müəyyən etdiyi tələblərdən biridir. Odur ki, əgər iddia ərizəsinə hər hansı sənədin əsli və ya əsli ilə düzgünlüyü lazımi qaydada (notariat qaydasında) təsdiq olunmuş surəti əlavə olunmursa, buna baxmayaraq sənədlər siyahısında həmin sənədin və ya onun surətinin guya iddia ərizəsinə əlavə edildiyi göstərilirsə, bu artıq iddia ərizəsinin məzmununa dair qanunun tələbinin pozulmasıdır. Çünki, qanunun tələbinə görə sənədlər siyahısında yalnız o sənədlər göstərilə bilər ki, həmin sənədlər (və ya onların surəti) iddia ərizəsinə əlavə olunur. Beləliklə, iddiaçı iddia ərizəsinin məzmununu müəyyən edən MPM-in 149-cu maddəsinin sənədlər siyahısı ilə bağlı tələbinə əməl etməmişdir. MPM-in 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin həmin iddia ərizəsi imzalanmamışdır. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə görə iddia ərizəsi imzalanmadıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin qanunvericiliklə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ağstafa şəhəri Əmirxan Hüseynov adına şəhər 1 saylı tam orta məktəbin direktoru İddiaçı Cavabdeh qarşı “məktəbin mülkiyyətində olan cavabdeh tərəfindən zəbt olunan ərazilərin boşaldılması və həmin şəxsin qanunsuz hərəkətlərindən çəkinməsi tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-298/2024
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-298/2024
10.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver