Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-303/2023 02.05.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X7 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vərəsəliyin müəyyən edilməsilə mirasın tam olaraq mülkiyyətə verilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək 15 fevral 2022-ci il tarixdə vəfat etmiş miras qoyan atası X6 və 12 fevral 2016-ci ildə vəfat etmiş miras qoyan anası X1 ümumi birgə mülkiyyətində olan Ağstafa rayonu Köçəsgər kəndində 0,08 ha həyətyani torpaq sahəsində və 15 fevral 2022-ci il tarixdə vəfat etmiş miras qoyan atası X6 tam mülkiyyətində olan həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 111,1 kvm. evə vərəsəliyin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirdi ki, 15 fevral 2022-ci il tarixdə vəfat etmiş miras qoyan atası X6 və 12 fevral 2016-ci il tarixdə vəfat etmiş miras qoyan anası X1 adına Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Ərazi idarəsindən verilmiş xx.xx.2017-ci il tarixli, **********68-10301 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydityyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyətində Ağstafa rayonu Köçəsgər kəndində 0,08 ha həyətyani torpaq sahəsi və atasının tam mülkiyyətində ümumi sahəsi 111,1 kvm. ev qalmışdır. Miras qalmış əmlakları o qəbul etmiş anası və atası vəfat etdiyi vaxtdan bu günədək o sahiblənərək idarə etmiş və həmin ev onun həyətyani torpaq sahəsi onun istifadəsində olmuşdur. Cavabdeh mirası qəbul etməmişdir. Əmlakı varis olaraq o idarə və istifadə edərək sahiblənmişdir. Ona görə də 15 fevral 2022-ci il tarixdə vəfat etmiş miras qoyan atası X6 və 12 fevral 2016-ci ildə vəfat etmiş miras qoyan anası X1 ümumi birgə mülkiyyətində olan Ağstafa rayonu Köçəsgər kəndində 0,08 ha həyətyani torpaq sahəsində və 15 fevral 2022-ci il tarixdə vəfat etmiş miras qoyan atası X4 tam mülkiyyətində olan həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 111,1 kvm. evə vərəsəliyin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlara əsaslandırır. İş materiallarında olan arayışdan görünür ki, İddiaçı xx xxxxxxx 1974-cü il tarixdə Ağstafa rayonu Köçəsgər kəndində anadan olmuşdur. İş materiallarında olan arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X6 15 fevral 2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan arayışdan görünür ki, X6 ölən günədək ünvan 1 ünvanında yaşamışdır. Ölümündən sonra ailə üzvləri həyat yoldaşı X2, Sumqayıt şəhərində qediyyatda olan qızı- Cavabdeh, ünvan 1 ünvanında qeydiyyatda olan oğlu İddiaçı qalmışdır. İş materiallarında olan çıxarışdan görünür ki, Ağstafa rayonu Köçəsgər kəndində xüsusi mülkiyyət hüququ əsasında X6 məxsus olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrdən görünür ki, iddiaçının atası Rəşid Rəhimov xx.xx.2022-ci il tarixində, anası Minayə Rəhimova xx.xx.2016-cı il tarixdə ölmüşdür. Qanunvericiliyin tələblərinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi iddiaçının atası Rəşid Rəhimov xx.xx.2022-ci il tarixində, anası Minayə Rəhimova xx.xx.2016-cı il tarixdə ölmüşdür. İddiaçının anası atasından əvvəl – xx.xx.2016-ci ildə ölmüşdür. Mülkiyyətçinin ölümündən sonra onun 2 nəfər birinci növbə vərəsəsi (övladı) olan Cavabdeh və İddiaçı qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-nin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. MM-nin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-nin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-nin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. MM-nin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-nin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-nin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Eyni zamanda iddiaçının valideynlərinin birinci dərəcəli vərəsəsi olduğundan mirası qəbul etmiş sayılmalı olması barədə dəlillərini müzakirə edərək, məhkəmə onu da əsassız hesab edir, belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna qanunvericiliklə müəyyən olunmuş müddət ərzində ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İş üzrə iddiaçı isə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, mirası qəbul etməsi barədə notariat kontoruna ərizə verməsinə dair heç bir sübut Məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdə isə iddiaçının bacısı olan iş üzrə Cavabdeh mirası qəbul etməsi barədə notariat kontoruna müraciət edərək vərəslər arasında mübahisə olduğundan vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunması barədə məktubunu əlavə etmişdir. Göründüyü kimi iddiaçı miras açıldıqdan sonra mirasın qəbulu üçün notariat kontoruna qanunla müəyyən edilmiş müddətdə müraciət etməmiş, habelə mirasın faktiki idarəçiliyini həyata keçirməmişdir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «vərəsəliyin müəyyən edilməsilə mirasın tam olaraq mülkiyyətə verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı «vərəsəliyin müəyyən edilməsilə mirasın tam olaraq mülkiyyətə verilməsi» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-303/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-303/2023
02.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver