Məhkəmə qərarları › İş №2(015)-308/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-308/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-308/2024 20.02.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı tərəf Ağstafa Rayon Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ilə onun arasında Ağstafa rayonu Qaçaq Kərəm (Xətai kəndi) kəndində yerləşən JN:345F nömrəli şəhadətnamə ilə verilmiş 0.04 ha həyətyanı torpaq sahəsinin və onun üzərində yerləşən yaşayış evinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Ağstafa rayonu Qaçaq Kərəm kənd sakini Cavabdeh məxsus 0.04 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evini 2002-ci il tarixdə həmin dönəmin valyutası ilə 5.000.000 manata almışdır. Həmin zaman savadsız olduğundan və ailə vəziyyəti çətin olduğundan və evin hüquqmüəyyənedici sənədləri olmadığından həmin yaşayış evini və həyətyanı torpaq sahəsini alqı-satqı yolu ilə əldə etməmişdir. Lakin o, həmin zaman Cavabdeh əl yazması ilə qəbz almışdır. Bundan başqa evin bu günə kimi təmirlərini onlar etdirmişlər. Evin döşəməsini və tavanını yeniləmişdir. Həmin tarixdən bu yana həmin evin bütün kommunal xərcləri mərhum ərinin adına qeydə alınsa da o, ödəmişdir. Həmin yaşayış evinin onların alması ilə bağlı bütün sakinlər şahiddirlər. Övladı vətən müharibəsi iştirakçısı olmaqla qazidir. Ona görə də Cavabdeh ilə onun arasında Ağstafa rayonu Qaçaq Kərəm (Xətai kəndi) kəndində yerləşən JN:345F nömrəli şəhadətnamə ilə verilmiş 0.04 ha həyətyanı torpaq sahəsinin və onun üzərində yerləşən yaşayış evinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəni müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında Cavabdeh və maraqlı tərəf Ağstafa Rayon Notariat Ofisinin nümayəndəsi lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 185.5 və 185.6-ci maddələrinə uyğun olaraq işə cavabdehin və maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 25 sentyabr 2002-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh özünə məxsus Ağstafa rayonu Xətai (Qaçaq Kərəm) kəndində yerləşən 0.04 ha torpaq sahəsini və üzərində yerləşən yaşayış evini 5.00.000 manata İddiaçı satmışdır. Bununla bağlı heç bir tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırki iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibətləri 24 iyun 2005-ci il tarixdən əvvəl, yəni 09 yanvar 2005-ci il tarixdə yarandığından həmin münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsi tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarı xx.xx.2005-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası MM-nin 335, 647-ci maddələri ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin Qərarında ifadə etdiyi mövqeyinə görə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Məhkəmə, iş materiallarını araşdırıb sübutları məcmu halında qiymət berərək hesab edir ki, Cavabdeh özlünə məxsus Ağstafa rayonu Xətai kəndində yerləşən torpaq sahəsini İddiaçı satmışdır. Ona görə də iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 25 sentayabr 2002-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : İddia tələbi təmin edilsin. Ağstafa rayonu Xətai (Qaçaq Kərəm) kəndində yerləşən Cavabdeh qız;na məxsus 0.04 ha (JN-345F) torpaq sahəsinə dair Cavabdeh qız ilə İddiaçı arasında 25 sentyabr 2002-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar