Məhkəmə qərarları › İş №2(015)-323/2023

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-323/2023

06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-323/2023 06.04.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Həmzəlinin katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı MMC məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 44,13 manat danışıq borcu, 30 manat dövlət rüsumu olmaqla, cəmi 74,13 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Eyni zamanda İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək Cavabdeh borc məbləğini ödədiyindən mülki iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə təqdim etdiyindən, cavabdeh buna dair etirazı məhkəməyə təqdim edilmədiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Eyni zamanda, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" MMC vasitəsilə ********** qəbz nömrəsi, 142211 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba 30 manat, dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla ərizə ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göründüyü kimi hazırki ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə iddiaçının nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 259-260, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə olunmuş sənədlər İddiaçı MMC-nə qaytarılsın. İddiaçı MMC tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" MMC vasitəsilə ********** qəbz nömrəsi, 142211 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nə qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Ağstafa rayonu üzrə Maliyyə şöbəsinə həvalə edilsin Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar