Məhkəmə qərarları › İş №2(015)-342/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-342/2024

21.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-342/2024 21.02.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum akt qeydinin bərpa edilərək, doğum akt qeydində 0* iyul *95*-ci ildə Ermənistan Respublikası İcevan rayonu Polad kəndində anadan olduğuna dair hüquqi əhəmiyyətli faktın qeyd olunması, ata qarafasında X3, ana qrafasında X* göstərilməsi və ona doğum haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 0*.07.*95*-ci ildə Ermənistan Respublikası İcevan rayonunun Polad kəndində anadan olmuşdur. Onlar ordan Azərbaycan Respublikasına *988-ci ildə məcburi köçkün kimi köçürülmüşlər. Orda anadan olduğu üçün doğum akt qeydi orda açılmış və doğum haqqında şəhadətnamə o vaxtki, İcevan rayonu Polad kənd soveti icraiyyə komitəsi tərəfindən verilmişdir. Belə ki, onun xarici pasportunda 0*.07.*95*-ci il doğum tarixi düzgün göstərilmişdir, amma şəxsiyyət vəsiqəsində isə XX.XX.*95*-ci il qeyd edilmişdir. Hazırda isə onun xarici ölkəyə getməyi üçün problem yaranmışdır. Belə ki, ona doğum haqqında şəhadətnaməsinin təqdim olunması zərurəti yaranmışdır. Bundan sonra o, Maraqlı şəxsnə doğum akt qeydinin bərpası ilə əlaqədar müraciət etmiş, lakin Qeydiyyat şöbəsi ondan doğum haqqında şəhadətnamə təqdim etməsini tələb etmişdir. O, şəhadətnamə təqdim edə bilmədiyi üçün Qeydiyyat şöbəsi tərəfindən 09.0*.2024-cü il tarixdə verilən arayışda qeyd edilmişdir ki, XX.XX.*95*-ci ildə anadan olmuş Ərizəçi doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qqeydiyyat informasiya sisteminə 09.0*.2024-cü ilədək daxil edilmiş bütün vəətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Ermənistanda doğulduğu və ordan heç bir sənəd əldə edə bilmədiyi üçün Qğstafa Rayon Qeydiyyat şöbəsində yenidən doğum akt qeydinin bərpa olunması zərurəti yaranmışdır. Məhkəmə qaydasında doğum akt qeydinin bərpa olunması barədə qətnamə çıxarılması zəruridir. Ona görə də doğum akt qeydində 0* iyul *95*-ci ildə Ermənistan Respublikası İcevan rayonu Polad kəndində anadan olduğuna dair hüquqi əhəmiyyətli faktın qeyd olunması, ata qarafasında X3, ana qrafasında X* göstərilməsi və ona doğum haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə etdiyini bildirmiş və mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında Maraqlı şəxs nümayəndəsi lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Ağstafa rayon İcra Hakimiyyəti başçısının Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 08 yanvar 2023-cü il tarixli, 03 saylı arayışdan görünür ki, Ərizəçi Ağstafa şəhəri H.Arif küçəsi ev 6 mənzil **-də qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş AZE ******** seriyalı 23.0*.20*4-cü il taridə verilmiş Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.*95*-ci ildə Ermənistanın İcevan rayounda anadan olmuşdur. İş materiallarına əlavə olunmuş P536*608 nömrəli *2.06.20*3-cü il taridə verilmiş Pasportun surətindən görünür ki, Ərizəçi 0*.07.*95*-ci ildə Ermənistanın İcevan rayounda anadan olmuşdur. Beləliklə, məhkəmə iclası zamanı Ərizəçi 0*.07.*95*-ci ildə Ermənistanın İcevan rayounda anadan olması, hazırda Ərizəçi məxsus doğum haqqında şəhadətnamənin itirilməsi, doğum akt qeydiyyatı kitabının Ermənistanda olmasını, hazırda onun doğum haqqında şəhadətnaməsinin olmaması səbəbinə görə müvafiq sənədləşməni apara bilməməsi müəyyən edildi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.*-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 3*0-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Sadalanan qanunvericilik aktı normalarını hazırki mülki işə tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi doğum haqqında şəhadətnaməsi başqa qaydada bərpa edilə bilmədiyindən onun barəsində doğum akt qeydi bərpa edilməli və doğum akt qeydində Quliyeva (Məmmədova) Gilas Abdulla qızının doğum tarixi 0* iyul *95*-ci il, doğum yeri Ermənistan Respublikası İcevan rayonunun Polad kəndi, atası X3, anası X4, soyadı Məmmədova, milliyyəti azərbaycanlı kimi qeyd edilməklə, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Quliyeva (Məmmədova) Gilas Abdulla qızı barəsində Ermənistan Respublikası İcevan rayonunun Polad kəndi soveti icraiyyə komitəsində aparılmış doğum haqqında akt qeydi bərpa edilsin. Quliyeva (Məmmədova) Gilas Abdulla qızı doğum akt qeydində doğum tarixi 0* iyul *95*ci il, doğum yeri Ermənistan Respublikası İcevan rayonunun Polad kəndi, atası X3, anası X4, soyadı Məmmədova, milliyyəti azərbaycanlı kimi qeyd edilsin. Qətnamə doğumun qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar