Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-347/2023 18.08.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X45 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Cavabdeh* və Cavabdeh2 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı*, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3nə və Azərbaycan Respublikası DƏDKR PHŞ-in *5 saylı ərazi idarəsinə qarşı vərəsəlik paylarının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi, həmçinin iddiaçı X*4 cavabdehlər Cavabdeh*, Cavabdeh2 və Cavabdeh3nə qarşı vərəsəlik paylarının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizələri, iddiaçılar Cavabdeh* və Cavabdeh2 cavabdehlər İddiaçı*, İddiaçı2, İddiaçı3, Cavabdeh3nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi *5 saylı Tovuz Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin ləğv edilməsi, çıxarışın qismən ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka vərəsəliyin müəyyən olunması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçılar İddiaçı*, İddiaçı2 və İddiaçı3 iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh3ndən verilmiş *4 dekabr 202*-ci il tarixdə vəfat etmiş babaları X23 mirasından payların müəyyən edilməsi barədə 2* iyun 2022-ci il tarixli, 2V-2*7 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi, Cavabdeh3ndən verilmiş 07 dekabr 2009-cu il tarixdə vəfat etmiş nənələri X24 mirasından payların müəyyən edilməsi barədə 2* iyun 2022-ci il tarixli, 2V-2*6 reyestr nömrəli, 30 iyun 2V-229 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin ləğv edilməsi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin *5 saylı Ərazi İdarəsindən 0*.02.202*-ci il tarixli, 262*00*525 qeydiyyat və 5020*3093448-*030* reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Ağstafa rayonu, Xətai kəndində yerləşən ümumi sahəsi 80.60 kv.metr olan fərdi yaşayış evindən və bu yaşayış evinin yerləşdiyi 0.07 ha həyətyanı torpaq sahəsinin babaları X23 payına düşən hissəsindən atalarına münasibətdə vərəsəlik paylarının müəyyən edilməsi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin *5 saylı Ərazi İdarəsindən 0*.02.202*-ci il tarixli, 262*00*525 qeydiyyat və 5020*3093448-*030* reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Ağstafa rayonu, Xətai kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin nənələri X24 payına düşən hissəsinə atalarına münasibətdə vərəsəlik paylarının tam olaraq müəyyən edilməsi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin və 5020*3093448-*030* reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla verilmiş *3.07.2022-ci il tarixli, 262*00*525 qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. X30 da müstəqil iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh3ndə təsdiq edilmiş 2* iyun 2022-ci il tarixli, 2V-2*6 və 2V-2*7 reyestr nömrəli, 30 iyun 2022-ci il tarixli, 2V-2229 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin və 5020*3093448-*030* reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən *3.07.2022-ci il tarixli, 262*00*525 qeydiyyat nömrəsi ilə verilmiş çıxarışın ləğv edilməsi və həmin çıxarışa əsasən Ağstafa rayonu Xətai kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinin, qeyd edilən torpaq sahəsinin üzərindəki ümumi sahəsi 80,6 kv.m olan fərdi yaşayış evinin X9nun payına düşən hissəsindən və nənəsi X24 payına düşən hissəsindən X2na çatası vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh* və Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı*, İddiaçı2 və İddiaçı3 onlara qarşı olan ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, Cavabdeh3ndə təsdiq edilmiş 30 iyun 2022-ci il tarixli, 2V-230 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin *5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş *3.07.2022-ci il tarixli, 5020*3093448-*030* reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Ağstafa rayonu Xətai kəndində yerləşən, 0.07 ha həyətyanı torpaq sahəsinin 3/*8 hissəsinin cavabdeh İddiaçı*, 3/*8 hissəsinin cavabdeh İddiaçı2 və 2/*8 hissəsinin cavabdeh İddiaçı3 adına qeydə alınmasına dair aparılmış 26220**730 nömrəli qeydiyyatın (çıxarışın həmin hissədə) ləğv edilməsi, Ağstafa rayonu Xətai kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin 0*.*2.2020-ci il tarixdə vəfat etmiş mərhum qardaşları X*2 payına düşən hissəsindən *4.*2.202*-ci il tarixdə vəfat etmiş mərhum ataları X28 çatası vərəsəlik payının müəyyən edilməsi, Ağstafa rayonu Xətai kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin 0*.*2.2020-ci il tarixdə vəfat etmiş mərhum qardaşları X*2 payına düşən hissəsindən *4.*2.202*-ci il tarixdə vəfat etmiş mərhum ataları X28 çatası vərəsəlik payının qəbul edilməsi faktının müəyyən olunması və bu torpaq sahəsinin həmin hissəsindən vərəsəlik paylarının artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmənin *7 may 2023-cü il tarixli, 2(0*5)-347/2023 saylı qərardadları ilə qarşılıqlı iddia icraata qəbul edilmiş, həmçinin Ülkər Mustafayevanın iddiası ilkin iddia ilə bir icraata birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən X*5, İddiaçı2 və İddiaçı3 nümayəndəsi Vəkil* iddia tələblərini müdafiə edib izahatında göstərmişdir ki, Azərbaycan Respublikası DƏDKR PHŞ-in *5 saylı ərazi idarəsindən 0*.02.202*-ci il tarixli, 262*00*525 qeydiyyat və 5020*3093448-*030* reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Ağstafa rayonu, Xətai kəndində yerləşən ümumi sahəsi 80,60 kv.metr olan fərdi yaşayış evi tam iddiaçıların X9nun ümumi birgə mülkiyyətində olmuşdur. 07 dekabr 2009-cu il tarixdə babaları vəfat etmişdir. İddiaçılar varislər olaraq mirası faktiki olaraq qəbul etmişlər. Babalarının mirasından onlar pay almalı olduqları halda onlara Cavabdeh3 tərəfindən miras payı müəyyən edilməmiş və 2* iyun 2022-ci il tarixli 2V-2*7 reyestr nömrəsi ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında babasının mirasından cavabdehlərin hər birinə ½ hissədə pay verilmişdir. Onlar babasının mirasından atasına düşən hissəsində payları müəyyən edilmişdir. Atasının vəfatından sonra onlar əmlakı idarə etmişlər. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddalarının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X30 iddia tələbini müdafiə edib göstərmişdir ki, 3*.*2.2020-ci il tarixdə vəfat etmiş mərhum X2 07.*2.2009-cu ildə vəfat etmiş mərhum nənəsi X33 ilə *4.*2.202*-ci il tarixdə vəfat etmiş mərhum X9nun birgǝ nikahlarından doğulmuş övladıdır. İddiaçılar İddiaçı*, İddiaçı2 və İddiaçı3 mübahisələndirdiyi, Ağstafa rayonu Xətai kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 80.6 kvm olan fərdi yaşayış evi DƏDRX-nin *5 saylı Ərazi İdarəsinin verdiyi 0* fevral 202*-ci il tarixli, 262*00*525 qeydiyyat nömrəli çıxarışa əsasən mərhum X9nun (fərdi yaşayış evi tam və torpaq sahəsi), mərhum nənəsi X24 (torpaq sahəsi) və mərhum dayısı X*3 (torpaq sahəsi) ümumi birgə mülkiyyəti kimi qeydə alınmışdır. X2 nənəsi X33 vəfat etiyi gündən etibarən mütəmadi olaraq həmin evə gələrək yaşlı və xəstə atası X28 qulluq etmiş, evin və həyətyanı torpaq sahəsinin təmizlik işlərini yerinə yetirmiş, anasından miras qalmış torpaq sahəsini əkib-becərmiş və bununla da anasının mirasını faktiki qəbul etdiyini nümayiş etdirmişdir. X2 3*.*2.2020-ci il tarixdə vəfat etmişdir. X9 isə *4.*2.202*-ci il tarixdə vəfat etmişdir. Belə olduğu halda hesab edir ki, iddiaçıların mübahisələndirdiyi, Ağstafa rayonu Xətai kəndində yerləşən, 0.07 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 80.6 kv.m olan fərdi yaşayış evindən ibarət mirasdan 3*.*2.2020-ci il tarixdə vəfat etmiş mərhum X2na çatası paydan miras almalıdır. Çünki, o da qanunvericiliyin tələbinə əsasən 07.*2.2009-cu ildə vəfat etmiş mərhum nənəsi X24 və *4.*2.202*-ci il tarixdə vəfat etmiş mərhum X9nun qanun üzrə vərəsəsi sayılır. Belə ki, mirasın açıldığı vaxt nənəsinin və babasının vərəsəsi olacaq mərhum X2 sağ olmamışdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh* və Cavabdeh2 nümayəndəsi Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edib izahatında göstərdi ki, onlar *3 iyul 2022-ci il tarixdə verilmiş şəhadətnaməni İddiaçı*, İddiaçı2 və İddiaçı3 münasibətdə ləğv edilməsini tələb edirlər. Belə ki, 0,07 ha torpaq sahəsindən onların payı müəyyən olunarkən, mərhum qardaşları Əkrəmin payı nəzərə alınsa da, mərhum atalarının payı torpaq sahəsində nəzərə alınmamışdır. Əkrəm, İddiaçı3 həyat yoldaşıdır, İddiaçı* və İddiaçı2 isə atalarıdır. Əkrəmin payına münasibətdə, mərhum atalarının payı müəyyən olunmadığından həmin şəhadətnamənin ləğv edilməsini xahiş edirlər. Onlar 2* iyul 2022-ci il tarixli 2V-230 reyestr nömrəli şəhadətnaməsinin ləğv edilməsini tələb edirlər, Ülkər Mustafayeva isə 2V-2*6, 2V-2*7 və 2V-229 reyestr nömrəli şəhadətnamələrinin ləğvini tələb edir. İş üzrə 4, yəni 2* iyun 2022-ci il tarixli, 2V-2*6 reyestr və 2V-2*7 reyestr nömrəli, 30 iyun 2022-ci il tarixli 2V-229 və 2V-230 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə mövcüddur. Ona görə də qeyd etdiklərini nəzərə alıb qarşılıqlı iddanın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə X20, İddiaçı2, İddiaçı3, onun nümayəndəsi Vəkil*, X2*, Cavabdeh3nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi *5 saylı Tovuz Ərazi İdarəsinə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, ilkin və qarşılıqlı iddialar qismən təmin olunmalıdır. Məhkəmə ilk növbədə miras əmlak toplusu ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Göründüyü kimi, X34 vəfat etdikdən sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin *5 saylı Ərazi İdarəsindən 0*.02.202*- ci il tarixli, 262*00*525 qeydiyyat və 5020*3093448-*030* reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Ağstafa rayonu, Xətai kəndində yerləşən ümumi sahəsi 80.60 kv.metr olan fərdi yaşayış evi tam və 0.07 ha həyətyanı torpaq sahəsinin isə */3 (üçdə bir) hissəsi, X24 vəfatından sonra Ağstafa rayonu, Xətai kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin */3 (üçdə bir) hissəsi, X*2 vəfatından sonra isə Ağstafa rayonu, Xətai kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin */3 (üçdə bir) hissəsi miras qalmışdır. Bundan başqa məhkəmə miras əmlakın faktiki olaraq qəbul edilmiş hesab olunması tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qanunvericiliyin tələblərinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Miras isə istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. İşdə olan sənədlərlə müəyyən edilir ki, X23 və X24 birgə nikahdan X25, X*0, X29 və X8 adlı 4 uşaqları olmuşdur. X33 07.*2.2009-cu il tarixdə, X29 0*.*2.2020-ci il tarixdə, X8 3*.*2.2020-ci il tarixdə, X34 isə *4.*2.202*-ci il tarixdə vəfat etmişdir. X4, yəni 20.04.202*-ci il tarixdə özünə məxsus bütün əmlakını qızı Cavabdeh* vəsiyyət etmiş, həmin vəsiyyətnamə Bakı şəhəri 35 saylı notariat ofisində 2V/59 reyestr nömrə ilə təsdiq edilmiş və hal-hazırda da qüvvədədir. Musayeva (İsmayılova) Sveta Süleyman qızı və Ağayeva (İsmayılova) X22 rayon Notariat ofisinə müraciət edərək anaları X*7 qalmış yuxarıda qeyd olunan miras əmlakın */3 (üçdə bir) hissəsinə dair 2*.06.2022-ci il tarixli, 2V-2*6 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Eyni zamanda Musayeva (İsmayılova) Sveta Süleyman qızı və Ağayeva (İsmayılova) X22 rayon Notariat ofisinə müraciət edərək ataları X*8 qalmış yuxarıda qeyd olunan miras əmlakın əmlakın (yaşayış evinin və torpaq sahəsinin) ½ (ikidə bir) hissəsinə dair 2*.06.2022-ci il tarixli, 2V-2*7 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Göründüyü kimi, vərəsəlik payı rəsmiləşdirilən zaman vəsiyyətnamə nəzərə alınmamışdır. Cavabdeh qeyd edir ki, vəsiyyətnamə notarius ofisinə təqdim edilməmişdir. Bundan başqa, İddiaçı* və İddiaçı2 Cavabdeh3nə müraciət edərək nənələri X*7 qalmış yuxarıda qeyd olunan miras əmlakın əmlakın (torpaq sahəsinin) */*8 (on səkkizdə bir) hissəsinə dair xx.xx.2022-ci il tarixli, 2V-229 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Həmçinin, X*2 arvadı İddiaçı3, övladları İddiaçı* və İddiaçı2 Cavabdeh3nə müraciət edərək Əkrəm İsmayılovdan miras qalmış yuxarıda qeyd olunan əmlakın (torpaq sahəsinin) */9 (doqquzda bir) hissəsinə dair xx.xx.2022-ci il tarixli, 2V-230 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Yuxarıda qeyd olunan şəhadətnamələr verildikdən sonra varislər Ağstafa rayonu Xətai kəndində yerləşən fərdi yaşayış evi tam, 0.07 ha həyətyanı torpaq sahəsinin *0/*8 (on səkkizdə on) hissəsinə Cavabdeh* adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin *5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 26220**296 qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin çıxarışda əlavə olaraq qeyd olunur ki, torpaq sahəsinin 2/*8 (on səkkizdə iki) hissəsinə İddiaçı3, 3/*8 (on səkkizdə üç) hissəsinə İddiaçı*, 3/*8 (on səkkizdə üç) hissəsinə isə İddiaçı2 adına qeydiyyata alınmasına dair *3.07.2022-ci il tarixli 26220**730 qeydiyyat nömrəli çıxarışlar almışlar. Hazırda iddiaçılar İddiaçı*, İddiaçı2 və İddiaçı3 əlavə olaraq mirasdan Ağstafa rayonu, Xətai kəndində yerləşən ümumi sahəsi 80.60 kv.metr olan fərdi yaşayış evindən və bu yaşayış evinin yerləşdiyi 0.07 ha həyətyanı torpaq sahəsinin X23 payına düşən hissəsindən Əkrəm İsmayılova münasibətdə vərəsəlik paylarının müəyyən edilməsi, eyni zamanda həmin torpaq sahəsindən X24 payına düşən hissəsinə Əkrəm İsmayılova münasibətdə vərəsəlik paylarının tam olaraq müəyyən edilməsini tələb edirlər. Cavabdehlər Cavabdeh* və Cavabdeh2 Ağstafa rayonu Xətai kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin 0*.*2.2020-ci il tarixdə vəfat etmiş mərhum qardaşları X*2 payına düşən hissəsindən *4.*2.202*-ci il tarixdə vəfat etmiş mərhum ataları X28 çatası vərəsəlik payının müəyyən edilməsini tələb edirlər. Miras əmlakdan payı müəyyən olunmamış X30 isə Ağstafa rayonu Xətai kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinin, qeyd edilən torpaq sahəsinin üzərindəki ümumi sahəsi 80,6 kv.m olan fərdi yaşayış evinin X9nun payına düşən hissəsindən və nənəsi X24 payına düşən hissəsindən X2na çatası vərəsəlik payının müəyyən edilməsini tələb edir. Bununla bağlı məhkəmə aşğıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, MM-nin **5*.*-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə miras əmlakın faktiki olaraq qəbul etməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qanunvericiliyin tələblərinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Belə ki, MM-nin *243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi, Musayeva (İsmayılova) Sveta Süleyman qızı və Ağayeva (İsmayılova) Gülçiçək Süleyman qızı ata və analarından miras qalmış əmlaka dair, X*2 arvadı İddiaçı3, övladları İddiaçı* və İddiaçı2 ondan qalmış mirasa qanun üzrə vərəsəlik şəhadətnamələri alaraq faktiki idarə etməyə başlamışlar. Eyni zamanda nə ilkin iddiada, nə də qarşılıqlı iddiada vərəsələr tərəfindən vərəsələyin qəbulu mübahisələndirilməmişdir. Vərəsələr ayrı-ayrılıqda mirasın bir hissəsinə sahiblik etmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, qanun üzrə vərəsələr olan Musayeva (İsmayılova) Sveta Süleyman qızı və Ağayeva (İsmayılova) Gülçiçək Süleyman qızı ata və analarından qalmış miras əmlaka, X6 miras tələb edən övladı X30 nənə və babasından qalmış miras əmlaka, X*2 pay tələb edən varisləri isə həm ondan, həm də Səyalı İsmayılova və Süleyman İsmayılovdan qalmış miras əmlakı qəbul etmiş hesab olunmalı, onların həmin miras əmlak kütləsinə uyğun payları müəyyən olunmalıdır. Məhkəmə miras əmlaklardan pay almaq hüququ olan vərəsələrə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, MM-nin **59.*.*-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). MM-nin **59.*.2-ci maddəsinə əsasən Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. MM-nin **59.*.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. MM-nin *252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Göründüyü kimi, Səyalı İsmayılova 2009-cu ildə vəfat etdikdən sonra Əkrəm İsmayılov anasından qalmış mirası faktiki idarə etməklə mirası qəbul etmişdir. Əkrəm İsmayılov 2020-ci ildə vəfat edən zaman atası Süleyman İsmayılov sağ olmuşdur. Süleyman İsmayılov 202*-ci ildə vəfat etdikdə oğlu Əkrəm İsmayılov sağ olmadığı üçün onun birinci dərəcəli övladları MM-nin **59.*.3-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alır. Bu səbəbdən Əkrəm İsmayılovun pay tələb edən uşaqları isə həm atalarından, həm də Səyalı İsmayılova və Süleyman İsmayılovdan qalmış miras əmlakdan pay almalıdır. İddiaçı3 isə MM-nin **59.*.3-cü maddəsində nəzərdə tutulan vərəsələrə aid olmadığı üçün ona Süleyman İsmayılovdan və Səyalı İsmayılovadan vərəsəlik payı düşmür. X5 Mustafayevadan əvvəl, atası Süleyman İsmayılov isə qızı Gülbənizdən sonra vəfat etmişdir. Gülbəniz Mustafayeva X4*dan mirası faktiki qəbul etmiş sayılır. Süleyman İsmayılov 202*-ci ildə vəfat etdikdə qızı Gülbəniz Mustafayeva sağ olmadığı üçün onun birinci dərəcəli övladları MM-nin **59.*.3-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alır. Bu səbəbdən Gülbəniz Mustafayevanın pay tələb edən övladı X30 isə həm Səyalı İsmayılova və həm də Süleyman İsmayılovdan qalmış miras əmlakdan pay almalıdır. Musayeva (İsmayılova) Sveta Süleyman qızı, Ağayeva (İsmayılova) Gülçiçək Süleyman qızının qardaşlarının ölümündən sonra atalarına çatası mirasa vərəsəlik hüququ faktiki mirasın qəbul edilməsi ilə hayata keçdiyindən məhkəmə hesab edir ki, həmin hissədə adıçəkilən şəxslərin vərəsəlik hüququ tanınmalıdır. Bundan başqa məhkəmə iddia tələblərinin qanun üzrə vərəsəlik şəhadətnamələrinin və çıxarışların ləğv edilməsi hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, həmin şəhadətnamələr verilərkən digər vərəsələrin dairəsi müəyyən edilməmiş, mərhumun digər vərəsələrinin olması gizlədilmiş və bununla da onların hüquqlarını pozulmuşdur. Həmçinin, X*, yəni 20.04.202*-ci il tarixdə özünə məxsus bütün əmlakını qızı Cavabdeh* vəsiyyət etməsi barədə hal-hazırda da qüvvədə olan Bakı şəhəri 35 saylı notariat ofisində 2V/59 reyestr nömrə ilə təsdiq edilmiş vəsiyyətnamənin mövcud olmasına heç bir hüquqi qiymət verilməmişdir. Qeyd edilən şəhadətnamələr əsasında isə çıxarışlar verilmişdir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın *3-cü hissəsinə əsasən notariat hərəkətinin aparılması zamanı X27nın qeydiyyatına (doğumun, nikahın, nikahın pozulmasının, ölümün qeydə alınması və s.) dair məlumatların yoxlanılmasına zərurət olduqda, notarius bu məlumatları “X27” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Həmin Təlimatın *02-ci hissəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın *3cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Mülki Məcəllənin **57-*.*-ci maddəsinə əsasən miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Məcəllənin *249-cu maddəsinə əsasən digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, mirasın açıldığı gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək mirasa dair sərəncam verə bilməz. Həmin Məcəllənin *292.*-ci maddəsinə əsasən hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir. Həmin Məcəllənin *30*.* və *30*.2-ci maddələrinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin *304-cü maddəsinə əsasən üstünlük hüququnun həyata keçirilməsi zamanı miras bölgüsündə iştirak edən digər vərəsələrin əmlak hüquqları nəzərdə tutulmalıdır. Əgər əmlak onlara çatası payı almağa kifayət etməzsə, üstünlük hüququnu həyata keçirən vərəsələr onlara müvafiq pul və ya əmlak kompensasiyası verməlidirlər. Göründüyü kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən digər vərəsələr barədə tam məlumat verilməmiş, onlar vərəsəliyə çağırılmamış, olduqları yer müəyyənləşdirilməmiş, onlara mirası bölüşdürmək niyyətləri barəsində bildiriş göndərilməmiş, digər vərəsələrinin olması gizlədilmiş, onların mövcudluğu barədə notarius tərəfindən notariat hərəkətinin aparılması zamanı X27nın qeydiyyatına sorğu göndərilməmiş, həmçinin, X23 20.04.202*-ci il tarixdə özünə məxsus bütün əmlakını qızı Cavabdeh* vəsiyyət etməsi barədə hal-hazırda da qüvvədə olan Bakı şəhəri 35 saylı notariat ofisində 2V/59 reyestr nömrə ilə təsdiq edilmiş vəsiyyətnamənin mövcud olmasına heç bir hüquqi qiymət verilməmiş bununla da “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın və Mülki Məcəllənin tələbləri pozulmuşdur. Bu səbəbdən həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli, həmin şəhadətnamələrdə göstərilmiş əmlaklar da qanun və vəsiyyət üzrə vərəsələr arasında paylara uyğun şəkildə bölünməlidir. Məhkəmə təqdim olunmuş vəsiyyətnamə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qanunvericiliyə əsasən vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır. Vərəsəlik münasibətlərinin yaranmasında əsas kimi mirasqoyanın vəsiyyəti, qanunda nəzərdə tutulmuş əsaslardan daha üstün qüvvəyə malikdir. Belə ki, qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vəsiyyətnamə miras əmlakın hamısını əhatə etməsə və ya vəsiyyətnamə qismən etibarsız sayılarsa, miras əmlakın vəsiyyətnamə ilə əhatə edilməmiş hissəsinə və ya vəsiyyətnamənin etibarsız sayılmış hissəsində nəzərdə tutulmuş miras əmlaka qanun üzrə vərəsəlik qüvvədə olur. Qeyd olunduğu kimi, Mülki Məcəlləyə görə vərəsəliyin qanun və vəsiyyət üzrə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həm qanun üzrə vərəsə, həm də vəsiyyət üzrə vərəsə miras qoyanın öldüyü məqamda sağ olan şəxslər və onun ölümündən sonra doğulmuşlar ola bilərlər. Vərəsəlik yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsəlik sırasından, həm də kənar adamlar sırasından bir və ya neçə şəxsə qoyması barədə öz iradəsinin şəxsən yazılı formada ifadəsidir. Şəxsin bu iradəsi vəsiyyətnamədə ifadə olunur. Vəsiyyətin edilməsi üçün bir tərəfin, yəni vəsiyyət edənin iradə ifadəsi yeterlidir. Qeyd edək ki, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Göründüyü kimi, X34 hələ sağlığında özünə məxsus bütün əmlakını 20.04.202*-ci il tarixdə Bakı şəhəri 35 saylı notariat ofisində 2V/59 reyestr nömrə ilə təsdiq edilmiş vəsiyyətnamə ilə qızı Cavabdeh* vəsiyyət etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, X*8 miras əmlakın yarısı vəsiyyət üzrə vərəsəlik qaydasında Cavabdeh* çatmalıdır. İddia tələbində vəsiyyətnamə nəzərə alınmadan Cavabdeh* tələb irəli sürməsinə baxmayaraq məhkəmə hesab edir ki, qüvvədə olduğu halda qeyd edilən vəsiyyətnamə nəzərə alınmaqla paylar müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) **33-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-nin **66-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. MM-nin **67-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. MM-nin **7*-ci maddəsinə əsasən əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar. MM-nin **79.* və **79.2-ci maddələrinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Məhkəmə miras əmlakdan vərəsələrin paylarının müəyyən edilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məlum olduğu kimi, qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Miras isə istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Azərbaycan Respublikasının mülki qanunvericiliyi vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətlərinin iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır. Göründüyü kimi, məcburi pay bəzən miras qoyanın iradəsinin tam əksinə də alına bilər. MM-nin **34.*-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. MM-nin **46-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-nin **47.*-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. MM-nin **5*.*-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-nin **93-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. MM-nin **94-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. MM-nin **95-ci maddəsinə əsasən Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X*8 miras qalmış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin *5 saylı Ərazi İdarəsindən 0*.02.202*- ci il tarixli, 262*00*525 qeydiyyat və 5020*3093448-*030* reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Ağstafa rayonu, Xətai kəndində yerləşən ümumi sahəsi 80.60 kv.metr olan fərdi yaşayış evinin 5/8 (səkkizdə beş) hissəsinə Ağayeva (İsmayılova) Gülçiçək Süleyman qızının həm qanun, həm də vəsiyyət üzrə, */8 (səkkizdə bir) hissəsinə Musayeva (İsmayılova) Sveta Süleyman qızının, */8 (səkkizdə bir) hissəsinə X*9, */8 (səkkizdə bir) hissəsinə İddiaçı* və İddiaçı2 qanun üzrə, X23 X24 və X*2 adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin *5 saylı Ərazi İdarəsindən 0*.02.202*- ci il tarixli, 262*00*525 qeydiyyat və 5020*3093448-*030* reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən qeydə alınmış Ağstafa rayonu, Xətai kəndində yerləşən 0,07 ha torpaq sahəsinin 5/*8 (on səkkizdə beş) hissəsinə Ağayeva (İsmayılova) Gülçiçək Süleyman qızının həm qanun, həm də vəsiyyət üzrə, 4/*8 (on səkkizdə dörd) hissəsinə Musayeva (İsmayılova) Sveta Süleyman qızının, 4/*8 (on səkkizdə dörd) hissəsinə X*9, 4/*8 (on səkkizdə dörd) hissəsinə İddiaçı*, İddiaçı2, */*8 (on səkkizdə bir) hissəsinə isə İddiaçı3 qanun üzrə vərəsəlik payı müəyyən edilməlidir. Məhkəmə ilk iddia üzrə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin *5 saylı Ərazi İdarəsindən 0*.02.202*-ci il tarixli, 262*00*525 qeydiyyat və 5020*3093448-*030* reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Ağstafa rayonu, Xətai kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin nənələri X24 payına düşən hissəsinə Əkrəm İsmayılovaya münasibətdə vərəsəlik paylarının tam olaraq müəyyən edilməsi hissəsində isə qeyd etməyi zəzuri hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən X24 payına düşən torpaq sahəsinə bütün vərəsələrin vərəsələk payları müəyyən olunduğundan, həmçinin İddiaçı3 Süleyman İsmayılovdan və Səyalı İsmayılovadan vərəsəlik payı müəyyən olunmadığından ilk iddia həmin hissədə təmin oluna bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinin ilk iddianın təmin olunmaması hissəsində hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən ilk iddia üzrə iddiaçıların vərəsələk payları müəyyən edildiyindən qarşılıqlı iddia həmin hissədə təmin oluna bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İlk və qarşılıqlı iddialar qismən təmin edilsin. Cavabdeh3 tərəfindən verilmiş Musayeva (İsmayılova) Sveta Süleyman qızına və Ağayeva (İsmayılova) Gülçiçək Süleyman qızına X*7 qalmış əmlaka dair 2*.06.2022-ci il tarixli, 2V-2*6 reyestr nömrəli, X*8 qalmış əmlaka dair 2*.06.2022-ci il tarixli, 2V-2*7 reyestr nömrəli, İddiaçı* və İddiaçı2 X*7 qalmış miras əmlaka dair xx.xx.2022-ci il tarixli, 2V-229 reyestr nömrəli və İddiaçı3, İddiaçı* və İddiaçı2 X** qalmış miras əmlaka dair xx.xx.2022-ci il tarixli, 2V-230 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və həmin şəhadətnamələr əsasında verilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin *5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 26220**296 qeydiyyat nömrəli və *3.07.2022-ci il tarixli 26220**730 qeydiyyat nömrəli çıxarışlar ləğv edilsin. X*8 miras qalmış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin *5 saylı Ərazi İdarəsindən 0*.02.202*- ci il tarixli, 262*00*525 qeydiyyat və 5020*3093448-*030* reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Ağstafa rayonu, Xətai kəndində yerləşən ümumi sahəsi 80.60 kv.metr olan fərdi yaşayış evinin 5/8 (səkkizdə beş) hissəsinə həm qanun, həm də vəsiyyət üzrə Ağayeva (İsmayılova) Gülçiçək Süleyman qızının, habelə */8 (səkkizdə bir) hissəsinə Musayeva (İsmayılova) Sveta Süleyman qızının, */8 (səkkizdə bir) hissəsinə X*9, */8 (səkkizdə bir) hissəsinə İddiaçı* və İddiaçı2 qanun üzrə vərəsəlik payı müəyyən edilsin. X23 X24 və X*2 adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin *5 saylı Ərazi İdarəsindən 0*.02.202*-ci il tarixli, 262*00*525 qeydiyyat və 5020*3093448-*030* reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən qeydə alınmış Ağstafa rayonu, Xətai kəndində yerləşən 0,07 ha torpaq sahəsinin 5/*8 (on səkkizdə beş) hissəsinə həm qanun, həm də vəsiyyət üzrə Ağayeva (İsmayılova) Gülçiçək Süleyman qızının, 4/*8 (on səkkizdə dörd) hissəsinə Musayeva (İsmayılova) Sveta Süleyman qızının, 4/*8 (on səkkizdə dörd) hissəsinə X*9, 4/*8 (on səkkizdə dörd) hissəsinə İddiaçı*, İddiaçı2, */*8 (on səkkizdə bir) hissəsinə isə İddiaçı3 qanun üzrə vərəsəlik payı müəyyən edilsin. Qətnamə əmlak üzrə paylara dair qanun və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 0* (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-347/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-347/2023
18.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver