Məhkəmə qərarları › İş №2(015)-35/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-35/2025

28.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-35/2025 28.10.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı ünvan 2rəli tam orta məktəbin direktoru Nümayəndə iştirakı ilə, İddiaçı ünvan 2rəli tam orta məktəbin Cavabdeh və üçüncü şəxs Ağstafa Bələdiyyəsinə qarşı torpağ sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı ünvan 2rəli tam orta məktəb iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa şəhər A.Ələsgər 65 ünvanında yerləşən dövlət mülkiyyəti olaraq ünvan 2rəli tam orta məktəbinin ərazisi olan 0.3566 ha torpaq sahəsindən cavabdehin çıxarılması və ünvan 2rəli tam orta məktəbə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ünvan 2rəli tam orta məktəbin direktoru Nümayəndə iddia tələbini müdafiə edib göstərdi ki, o, 20*7-ci ildən ünvan 2rəli tam orta məktəbin direktoru vəzifəsində işləyir. ünvan 2rəli tam orta məktəbin torpaq sahəsi məktəb binası ilə birlikdə 2675 m2-dir. Bu barədə məktəbin texniki pasportunda müvafiq qeyd aparılmışdır. Cavabdeh məktəbə aid olan torpaq sahəsinin 0.03566 ha sahəsini qanunsuz olaraq zəbt edərək mişar daşından divar çəkmişdir. Nəticədə həmin torpaq sahəsinə münasibətdə dövlət müəssisəsi olaraq iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək ifadəsində göstərdi ki, qeyd edilən ərazi məktəbin ərazisi deyil. Belə ki, o, ərazini kadastrda ölçdürmüşdür. Orada göstərilən ərazi ona həyətyanı torpaq sahəsi kimi 2006-cı ildə verilmiş və o, həmin ərazini daşla hasarlatmışdır. Həmin ərazi əvvəllər zibillik olmuşdur. O, qeyd olunan ərazini Bələdiyyədən almışdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Ağstafa Bələdiyyəsinin nümayəndəsi X* bildirdi ki, 2006-cı ildə torpaq sahəsinin ayrılması barədə qərar verilmişdir. İddiaçının qeyd etdiyi torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması barədə məlumatı yoxdur. Sonuncu məhkəmə baxış iclasının yeri və vaxtı barədə Cavabdeh və üçüncü şəxs Ağstafa Bələdiyyəsinə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, Ağstafa Bələdiyyəsinin sədri məhkəməyə məktub göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti *5 saylı Tovuz Ərazi İdarəsi tərəfindən *6.*2.20*9-cu il tarixində tərtib olunmuş 5020**005*6*-*2*0* reyestr nömrəli texniki pasportun surətindən görünür ki, ünvan 2rəli tam orta məktəb Ağstafa şəhəri, Aşıq Ələsgər küçəsində yerləşir və ümumi sahəsi 26575 kv.m-dir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət torpaq və xəritəçəkmə komitəsi tərəfində verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Cavabdeh adına Ağstafa şəhəri ərazisində 664 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi X2 kitabında 29.03.20**-ci il tarixində 979 nömrə ilə uçota alınmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti *5 saylı Tovuz Ərazi İdarəsi tərəfindən *6.*2.20*9-cu il tarixində tərtib olunmuş 5020**005*6*-*2*0* reyestr nömrəli texniki pasportun surətindən görünür ki, ünvan 2rəli tam orta məktəb Ağstafa şəhəri, Aşıq Ələsgər küçəsində yerləşir və ümumi sahəsi 26575 kv.m-dir. Azərbaycan Respublikasının Dövlət torpaq və xəritəçəkmə komitəsi tərəfində verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Cavabdeh adına Ağstafa şəhəri ərazisində 664 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi X2 kitabında 29.03.20**-ci il tarixində 979 nömrə ilə uçota alınmışdır. İş üzrə iddiaçı ünvan 2rəli tam orta məktəb iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa şəhər A.Ələsgər 65 ünvanında yerləşən dövlət mülkiyyəti olaraq ünvan 2rəli tam orta məktəbinin ərazisi olan 0.3566 ha torpaq sahəsindən cavabdehin çıxarılması və ünvan 2rəli tam orta məktəbə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin *5 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş üzrə verilmiş ekspert və mütəxəssis rəylərinə əsasən *5 saylı Tovuz Ərazi İdarəsi tərəfindən *6.*2.20*9-cu il tarixində tərtib olunmuş 5020**005*6*-*2*0* reyestr nömrəli texniki pasportla iddiaçı ünvan 2rəli tam orta məktəbə təhvil verilmiş və elektron baza məlumatlarında məktəbin ərazisi kimi verilmiş torpaq sahəsi ilə ləğv edilmiş DT və XK tərəfindən Cavabdeh verilmiş kadastr plan ölçü sənədində göstərilən 664 kv.m torpaq sahəsinin üst-üstə düşməsi halı müəyyən edilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iddiaçının zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad olunması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Hazırki iddia predmetinə aid olan mübahisəli torpaq sahəsinə dair iddiaçının cavabdehə qarşı hər hansı bir tələbin irəli sürülməsi üçün üç şərt müəyyən olunmalıdır. Birinci şərt ondan ibarətdir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə aid olmalıdır. İkinci şərt ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmalıdır. Üçüncü şərt ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz zəbt olunaraq iddiaçının mülkiyyət hüquqları pozulmalıdır. Lakin birinci şərtin mövcud olmaması, yəni mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətinə aid olmaması digər iki şərtin araşdırılmasına zərurət yaratmır. İddiaçı özünə aid torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb edə bilər. Qeyd olunur ki, qanunvericiliyin tələbinə görə iddiaçının həmin torpaq sahəsi üzərində hüququnun yaranması üçün torpaq sahəsinin sərhədləri yerində müəyyən edilməli, torpaq sahəsinin yerquruluşu və planları və təsvirləri tərtib edilməli, torpaq sahəsinin təhvil verilməsi barədə müqavilə bağlanmalı, həmin sahə müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının *3-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəllənin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən *52.*-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəllənin *52.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Bununla yanaşı, Torpaq Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət yaradan hərəkətlər dəqiq müəyyən olunmuşdur. Belə ki, həmin Məcəllənin **0-cu maddəsinə görə torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması və torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi və s. qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin *** və **2-ci maddələrində isə Azərbaycan Respublikasında özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması və vurulan zərərin ödənilməsi tənzimlənir. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar. Yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, mülki və torpaq qanunvericiliklərinin qeyd olunan normalarından görünür ki, mülkiyyət formasından və hüquqi rejimindən asılı olmayaraq, bütün mülkiyyət növləri, o cümlədən Azərbaycan Respublikasının vahid torpaq fondunu təşkil edən bütün torpaq sahələri kateqoriyalarından asılı olmayaraq dövlət tərəfindən müdafiə olunur. Göründüyü kimi, hazırki mülki iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin *5 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş üzrə verilmiş ekspert və mütəxəssis rəylərinə əsasən *5 saylı Tovuz Ərazi İdarəsi tərəfindən *6.*2.20*9-cu il tarixində tərtib olunmuş 5020**005*6*-*2*0* reyestr nömrəli texniki pasportla iddiaçı ünvan 2rəli tam orta məktəbə təhvil verilmiş və elektron baza məlumatlarında məktəbin ərazisi kimi verilmiş torpaq sahəsi ilə ləğv edilmiş DT və XK tərəfindən Cavabdeh verilmiş kadastr plan ölçü sənədində göstərilən 664 kv.m torpaq sahəsinin üst-üstə düşməsi halı müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı ünvan 2rəli tam orta məktəbin Cavabdeh və üçüncü şəxs Ağstafa Bələdiyyəsinə qarşı torpağ sahəsindən çıxarılma tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 2*3-2*4, 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı ünvan 2rəli tam orta məktəbin Cavabdeh və üçüncü şəxs Ağstafa Bələdiyyəsinə qarşı torpağ sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar