Məhkəmə qərarları › İş №2(015)-36/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-36/2025

10.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-36/2025 10.12.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı Ağstafa şəhər Ə.Hüseynov adına * nömrəli tam orta məktəbin nümayəndəsi, direktoru Nümayəndə*, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Ağstafa şəhər Ə.Hüseynov adına * nömrəli tam orta məktəbin cavabdehlər Cavabdeh* və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı Ağstafa şəhər Ə.Hüseynov adına * nömrəli tam orta məktəb iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa şəhər H.Əliyev prospekti 24 ünvanında yerləşən, dövlət mülkiyyəti olaraq Ağstafa şəhər Ə.Hüseynov adına * nömrəli tam orta məktəbinin ərazisi olan 76*,32 m2 torpaq sahəsində yerləşən “Ailəvi Univermaq” mağazasından cavabdehlərin çıxarılması və Ağstafa şəhər Ə.Hüseynov adına * nömrəli tam orta məktəbə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ağstafa şəhər Ə.Hüseynov adına * nömrəli tam orta məktəbin nümayəndəsi, direktoru Nümayəndə* iddia tələbini müdafiə edib göstərdi ki, 2009-cu ildə məktəbin mülkiyyətinə aid olan təxminən 700 kv.m ərazi zəbt edilərək həmin ərazidə ticarət obyekti tikilərək istifadəyə verilmişdir. Ərazi məktəbin texniki pasportunda məktəbin ərazisi kimi öz əksini tapmışdır. 2009-cu ildə məktəbə verilən texniki pasportda isə həmin ərazi ştrixlənərək mübahisəli ərazi kimi qeyd edilmişdir. Tərəflərindən hazırlıq dövründə ərazinin xəritəsinin çəkilməsi prosesi həyata keçirilib. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh* iddia tələbini qəbul etməyib izahatında göstərdi ki, o, qeyd edilən torpaq sahəsinin mülkiyyətçisi deyil. O, qeyd edilən torpaq sahəsini icarəyə götürmüş və icarə müqaviləsini də məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəfindən ikinci cavabdeh kimi işə cəlb edilən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, həmin ərazi Ağstafa Bələdiyyəsinin qərarı əsasında verilmiş, daha sonra həmin əraziyə aid torpağın plan ölçüsü verilmiş və koordinatlar da vurulmuşdur. Həmin vaxtı o, ərazinin məktəbin ərazisi olduğu qeyd olunmamış, Bələdiyyə mülkiyyətində olan ərazi olmuşdur. Daha sonra Ağstafa Rayon İcra Hakimiyyəti başcısının sərəncamı əsasında həmin ərazidə qeyri yaşayış binası tikilmişdir. Lakin orta məktəbə verilmiş texniki pasportu onlar iş materiallarına əlavə edilmiş ilkin sənədlərdə görmürlər. Nəyin əsasında məktəbə həmin ölçüdə torpaq sahəsi ayrılması barədə heç bir sənəd yoxdur. Həmçinin hesab edir ki, ekspert rəyi də qeyri müəyyəndir. Belə ki, texniki pasportda adətən ştrixlənmiş ərazi hansısa şəxsə və ya təşkilata aid olmayan ərazilər olur. Texniki pasport verilməzdən əvvəl Ağstafa Bələdiyyəsinin qərarı əsasında verilmiş torpaq sahəsi var idi və həmin vaxt məktəbə texniki pasport verilməmişdir. Həmin vaxt da torpaq sahəsi Bələdiyyə mülkiyyətində olduğu üçün satıla bilərdi. Texniki pasport sonradan çəkilib və texniki pasportda həmin ərazi ştrixlənmiş göstərilmişdir. Həmçinin rəyin 2-ci hissəsində 276 kv/metr ərazinin üst-üstə düşdüyü qeyd olunur, rəyin 3-cü hissəsində isə 36 kv/metr ərazinin üst-üstə düşdüyü qeyd olunur. Burada da qeyri müəyyənlik var. Ona görə də hesab edir ki, iddia tələbi əsassızdır.Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın rədd olunmasını xahiş etdi. Sonuncu məhkəmə baxış iclasının yeri və vaxtı barədə Cavabdeh* rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Göründüyü kimi, iddiaçə tərəf mübahisəli torpaq sahəsinin ona məxsus olmasını təqdim olunmuş texniki pasporta əsaslanıb irəli sürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti *5 saylı Ərazi İdarəsi tərəfindən *9.0*.20*7-ci il tarixində tərtib olunmuş 5020**005050-*2*0* reyestr nömrəli texniki pasportun surətindən görünür ki, Ağstafa şəhəri Əmirxan Hüseynov adına Şəhər * saylı tam orta məktəb Ağstafa şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşir və ümumi sahəsi 9352 kv.m-dir. Məhkəmə mübahisəli sahənin iddiaçıya aid olmasını müəyyən etmək üçün ekspertiza təyin etmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin *5 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş üzrə verilmiş ekspert və mütəxəssis rəylərinə əsasən *5 saylı Tovuz Ərazi İdarəsi tərəfindən Ağstafa şəhəri Ə.Hüseynov adına tam orta məktəbinə 5020**005050- *2*0* reyestr nömrəsi ilə verilmiş Texniki pasportda qeyd edilən torpaq sahəsinin cizgi planında göstərilmiş ştrixlənmiş 752 kv.m hissəsi texniki pasportda qeyd xüsusi qeydində məktəbin ümumi torpaq sahəsinə daxil edilməsi göstərildiyi müəyyən edilmişdir. Lakin elektron baza məlumatlarına əsasən Cavabdeh* istifadəsi kimi göstərilən torpaq sahəsinin 276 kv.m hissəsi Ağstafa şəhəri Ə.Hüseynov adına * nömrəli tam orta məktəbinin ərazisi kimi elektron baza məlumatlarında verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, iddia edilən ərazinin 403 kv.m hissəsinə Cavabdeh2 adına ləğv edilmiş DT və XK tərəfindən AN 288540 blank nömrəsi olan kadastr plan ölçü sənədi verilmişdir. Həmin plan ölçü sənədindəki torpaq sahəsinin 36 kv.m hissəsi baza məlumatlarına əsasən məktəbin ərazisi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək aşağıda göstərilən sübutları təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ağstafa Bələdiyyəsinin *7 mart 2006-cı il tarixli, *2 nömrəli qərarından görünür ki, Gəncə şəhəri sakini Aşırov Elxan Vəkil oğluna Ağstafa Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan *-ci zonaya aid torpaq sahəsindən sahibkarlıq məqsədi ilə 403,0 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ağstafa Rayonu İcra Hakimiyyəti başçısının *8 dekabr 2008-ci il tarixli, 242 nömrəli sərəncamından görünür ki, Aşırov Elxan Vəkil oğluna sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün Ağstafa Bələdiyyəsinin *7 mart 2006-cı il tarixli, *2 saylı qərarına əsasən Ağstafa şəhəri Heydər Əliyev prospektindən aldığı 403,0 kv.m torpaq sahəsində mağaza tikintisinə icazə verilmiş, tikinti işlərinin mövcud tikinti norma və qaydalarına uyğun, layihə smeta sənədləri əsasında aparılmasının təmin edilməsi, sərəncamın icrasına nəzarətin baş memar S.A.Mustafayevə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan DT və XK-nin Ağstafa rayon şöbəsinin müdiri Ə.İsgəndərov tərəfindən verilmiş *5.03.2006-cı il tarixli *37 nömrəli rəydən görünür ki, *ci zonaya aid torpaq sahəsinin satılması nəzərdə tutulan sahə 403,0 kv.m olmaqla Ağstafa Bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi *-ci zonaya aid sahə olmaqla sahibkarlıq məqsədi üçün satılması məqsədə uyğundur. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu ildə vəfat etmiş Aşırov Elxan Vəkil oğlunun vərəsələri Gəncə şəhəri, Səfəvilər küçəsi 4 dalan ev *-də yaşayan arvadı Cavabdeh2, oğlu Aşırov Vəkil Elxan oğlu və qızı X*r və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət torpaq və xəritəçəkmə komitəsi tərəfində verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Cavabdeh2 adına Ağstafa rayonu Ağstafa Bələdiyyəsinin *7 mart 2006-cı il tarixli *2 saylı qərarına əsasən Ağstafa şəhəri ərazisində 403 kv.m sahibkarlıq məqsədi üçün torpaq sahəsi X4 kitabında 07.*0.20*0-cu il tarixində 844 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan 2022-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Ağstafa şəhəri, H.Əliyev prospektində yerləşən ümumi sahəsi 400 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh* 05 il müddətinə, aylıq *000 manat olmaqla icarəyə vermişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ağstafa Bələdiyyəsinin *7 mart 2006-cı il tarixli, *2 nömrəli qərarına əsasən Gəncə şəhəri sakini Aşırov Elxan Vəkil oğluna Ağstafa Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan *-ci zonaya aid torpaq sahəsindən sahibkarlıq məqsədi ilə 403,0 kv.m torpaq sahəsi ayrılmış, eyni zamanda Ağstafa Rayonu İcra Hakimiyyəti başçısının *8 dekabr 2008-ci il tarixli, 242 nömrəli sərəncamına əsasən həmin bələdiyyə qərarı əsasında Ağstafa şəhəri Heydər Əliyev prospektindən aldığı 403,0 kv.m torpaq sahəsində mağaza tikintisinə icazə verilmiş, tikinti işlərinin mövcud tikinti norma və qaydalarına uyğun, layihə smeta sənədləri əsasında aparılmasının təmin edilməsi, sərəncamın icrasına nəzarətin baş memara həvalə edilməsi qərara alınmışdır. Aşırov Elxan Vəkil oğlu xx.xx.2009-cu ildə vəfat etmiş, onun vəfatından sonra vərəsələri olan arvadı Cavabdeh2, oğlu Aşırov Vəkil Elxan oğlu və qızı X3 ondan qalan miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq mərhumdan qalan miras əmlakı idarə etməyə başlamışlar. Bu səbəbdən mərhum Elxan Aşırova məxsus torpaq sahəsində mağaza tikmişlər. İddiaçı Ağstafa şəhəri Əmirxan Hüseynov adına Şəhər * saylı tam orta məktəbinə isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti *5 saylı Ərazi İdarəsi tərəfindən *9.0*.20*7-ci il tarixində tərtib olunmuş 5020**005050-*2*0* reyestr nömrəli texniki pasport əsasında Ağstafa şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən ümumi sahəsi 9352 kv.m olan torpaq sahəsi ayrılmışdır. İş üzrə iddiaçı cavabdehlərə məxsus mağazanın həmin torpaq sahəsində yerləşməsini iddia edərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iddianın mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, Ağstafa Bələdiyyəsinin *7 mart 2006-cı il tarixli, *2 nömrəli qərarına əsasən iddiaçının mübahisələndirdiyi torpaq sahəsi Cavabdeh2 əri Aşırov Elxan Vəkil oğluna sahibkarlıq məqsədi ilə ayrılmış, eyni zamanda Ağstafa Rayonu İcra Hakimiyyəti başçısının *8 dekabr 2008-ci il tarixli, 242 nömrəli sərəncamına əsasən həmin bələdiyyə qərarı əsasında ona mağaza tikintisinə icazə verilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Dövlət torpaq və xəritəçəkmə komitəsi tərəfində verilmiş torpaq sahəsinin planı və ölçüsünə əsasən həmin torpaq sahəsi Elxan Aşırovun X4 kitabında 07.*0.20*0-cu il tarixində 844 nömrə ilə uçota alınmışdır. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi cavabdehin əri Aşırov Elxan Vəkil oğluna sahibkarlıq fəaliyyəti ilə verilməsinə dair Ağstafa Bələdiyyəsinin *7 mart 2006-cı il tarixli, *2 nömrəli qərarı, həmin bələdiyyə qərarı əsasında ona mağaza tikintisinə icazə verilməsinə dair Ağstafa Rayonu İcra Hakimiyyəti başçısının *8 dekabr 2008-ci il tarixli, 242 nömrəli sərəncamı, həmçinin həmin torpaq sahəsi Elxan Aşırovun X4 kitabında qeydə alınmasına dair Azərbaycan Respublikasının Dövlət torpaq və xəritəçəkmə komitəsi tərəfində verilmiş torpaq sahəsinin planı və ölçüsü mövcuddur. Bu gün də həmin torpaq sahəsinə dair yuxarıda qeyd olunan sənədlər qüvvədədir, həmin sənədlərin ləğv olunması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş və qeyd edilən sənədlər iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas, həmin əsas üzrə aparılan daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi akt, daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı isə həmin qeydiyyatı əks etdirən sənəd kimi müəyyən etmiş və daşınmaz əmlak üzərində mülkiyyət hüququ əldə etmiş hər bir şəxsin hüququnun isə dövlət tərəfindən müdafiəsini təmin etmişdir. Azərbyacan Respublikası Mülki Məcəlləsinin *39-*.*.*-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.*–ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İV hissəsinə, 35-ci maddəsinin Vİ hissəsinə və *49-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2* oktyabr 20*6-cı il tarixli Qərarınının əsaslandırıcı hissəsində də qeyd edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən Avropa Konvensiyasının * saylı Protokolunun *-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əməkhaqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin öhdəlikləri yaranmalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, * saylı Protokolun *-ci maddəsinin *-ci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (İatridis Yunanıstana qarşı iş üzrə25 mart *999-cu iİ tarixli Qərar, № 3**07/96, § 54). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadəsinin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə * saylı Protokolun *-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 27 may 20*0-cu il tarixli Qərar, № *8768/05, § *03). Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi Cavabdeh2 əri Elxan Aşırova ayrılmasına dair qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanı tərəfindən verilmiş hüquqmüəyyənedici sənədlər mövcuddur. Aşırov Elxan Vəkil oğlu xx.xx.2009-cu ildə vəfat etmiş, onun vəfatından sonra vərəsələri olan arvadı Cavabdeh2, oğlu Aşırov Vəkil Elxan oğlu və qızı X3 ondan qalan miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq mərhumdan qalan miras əmlakı idarə edərək mərhum Elxan Aşırova məxsus torpaq sahəsində mağaza tikmişlər. Mübahisələndirilən torpaq sahəsinin Elxan Aşırova ayrılmasına əsas olan sənədlər isə mübahisləndirilən torpaq sahəsinin gələcəkdə onun vərəsələrinin adına dövlət qeydiyyatına alınması üçün əsas ola bilər. Yəni, Elxan Aşırovun vərəsələrinin mübahisələndirilən torpaq sahəsinin gələcəkdə adlarına dövlət qeydiyyatına alınması üçün qanuni gözlənti hüquqları vardır. Gözlənti hüququ isə hüquqi məna daşıyan, əsasən daşınmaz əmlakın alınması, torpaq üzərində xüsusi mülkiyyət əldə etmək və ya müqavilənin yerinə yetirilməsi kimi məsələlərdə şəxsin hüquqi bir tələbi və ya marağıdır ki, bu marağın qanunla müdafiə olunması tələb edilir; bu, adətən, rəsmi müqavilənin bağlanmaması, lakin onun bağlanacağına dair hüquqi əsasların olması zamanı meydana çıxır və məhkəmələr tərəfindən mülkiyyət hüququnun formalaşması üçün əsas götürülə bilər. Şəxsin qanuni gözləntisi olduğu torpaq sahəsindən istifadə etməsi isə həmin torpaq sahəsinin zəbt olunması kimi qiymətləndirilə bilməz. Bu səbəbdən iddia tələbinin təmin olunması qanunverciliyin tələblərinə ziddir və iddia tələbi təmin olunmamalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Ağstafa şəhər Ə.Hüseynov adına * nömrəli tam orta məktəbin cavabdehlər Cavabdeh* və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 2*3-2*4, 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Ağstafa şəhər Ə.Hüseynov adına * nömrəli tam orta məktəbin cavabdehlər Cavabdeh* və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar