Məhkəmə qərarları › İş №2(015)-37/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-37/2024

28.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-37/2024 28.03.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçılar İddiaçı1, X2 və İddiaçı3, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, X2 və İddiaçı3 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağstafa Rayon Notariat Ofisinə qarşı “miras əmlakın vərəsə tərəfindən qəbul edilmiş hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi, vəsiyyətnamənin etibarlı sayılması, şəxsin ləyaqətsiz vərəsə sayılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçılar İddiaçı1, X5 və İddiaçı3 məhkəmədə iddia qaldıraraq, mərhum anaları X1 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evi və torpaq sahəsinə vərəsəliyin müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi, Cavabdeh atası X9 ləyaqətsiz vərəsə sayılmasını, X6 tərəfindən verilmiş olan xx.xx.2004-cü il tarixli vəsiyyətnamənin etibarlı sayılması, İddiaçı3 X7 vərəsəsi olaraq pay alması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, X5 və İddiaçı3 tələbini onunla əsaslandırmışlar ki, mərhum anaları X6 xx.xx.2011-ci il tarixində vəfat etmişdir. Vəfat etdikdən sonra onun adına ünvan 1 ünvanda yerləşən yaşayış evi torpaq sahəsi ilə birlikdə miras qalmışdır. Onlar yəni, İddiaçı1 və X5 mərhumun övladları, İddiaçı3 və Cavabdeh isə nəvələridir. Belə ki, İddiaçı3 X3 qızı olan X7, Cavabdeh isə oğlu X8 qızıdır. X6 vəfat etməmişdən öncə X10 vəsiyyətnamə versə də sonradan həmin vəsiyyətnamə ləğv edilmişdir. Həmin vəsiyyətnamədə X3 imzası yoxdur, hal şahidi əlavə edilməklə mərhumun imza ata bilməməsi qeyd edilmişdir. Həmin vəsiyyətnamə əsassız olaraq ləğv edildiyi üçün etibarlı sayılmalıdır. Eyni zamanda Cavabdeh ləyaqətsiz vərəsə sayılmalıdır. Ona görə də məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, X5 və İddiaçı3 iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək miras əmlakdan onun da payının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağstafa rayonunun Notariat Ofisi lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 5-ci bəndinə müvafiq olaraq, dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə miras əmlak toplusu ilə bağlı isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun surətindən görünür ki, İddiaçı1 adına ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə, ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 229/g saylı arayışından, həmçinin doğum və ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X6 xx.xx.2011-ci il tarixində vəfat etmiş, həmin günədək ünvan 1 evdə yaşamışdır. Vəfatından sonra yoldaşı – X13 (xx.xx.1991-ci il tarixdə vəfat edib), oğlu X19 (xx.xx.1993-cü il tarixdə vəfat edib), qızı X14 (xx.xx.2017-ci il tarixdə vəfat edib), qızı X11 (xx.xx.2019-cu il tarixdə vəfat edib), oğlu X15 (xx.xx.2020-ci il tarixdə vəfat edib), qızı İddiaçı1 (xx.xx.1950-ci ildə anadan olub), qızı İddiaçı2 (xx.xx.1955-ci ildə anadan olub) adlı ailə üzvləri qalmışdır. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 2(015)-901/2021 №-li qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh nənəsi mərhum X6 və atası mərhum X16 vəfat edərkən miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşadığından onun miras əmlak üzrə payı müəyyən olunmuş, X1 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evi və torpaq sahəsinə dair İddiaçı1 Həşti qızının adına xx.xx.2020-ci il tarixində 2V-260 saylı reyestrlə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmiş, miras əmlak vərəsələr tərəfindən qəbul edilmiş hesab edimiş, X1 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi vərəsələr arasında paylara mütənasib şəkildə bölünmüş, vərəsələrin vərəsəliyi müəyyən edilmiş və onlara müvafiq şəhadətnamə verilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi miras əmlak toplusuna ünvan 1 ünvanda yerləşən yaşayış evi və torpaq sahəsi aiddir. Məhkəmə iddia tələbinin miras əmlakın vərəsə tərəfindən qəbul edilmiş hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi, vəsiyyətnamənin etibarlı sayılması və şəxsin ləyaqətsiz vərəsə sayılması hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Göründüyü kimi miras əmlakın vərəsə tərəfindən qəbul edilmiş hesab edilmiş, vərəsəlik şəhadətnaməsinin verilməsi, vəsiyyətnamənin etibarlı sayılması və şəxsin ləyaqətsiz vərəsə sayılması hissəsi başqa məhkəmə prosesində mübahisələndirilmiş Ağstafa Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə Cavabdeh nənəsi mərhum X6 və atası mərhum X16 vəfat edərkən miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşadığından onun miras əmlak üzrə payı müəyyən olunmuş, X1 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evi və torpaq sahəsinə dair İddiaçı1 Həşti qızının adına xx.xx.2020-ci il tarixində 2V-260 saylı reyestrlə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmiş, miras əmlak vərəsələr tərəfindən qəbul edilmiş hesab edimiş, X1 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi vərəsələr arasında paylara mütənasib şəkildə bölünmüş, vərəsələrin vərəsəliyi müəyyən edilmiş və onlara müvafiq şəhadətnamə verilmişdir. Buna görə də miras əmlakın vərəsə tərəfindən qəbul edilmiş hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi, vəsiyyətnamənin etibarlı sayılması və şəxsin ləyaqətsiz vərəsə sayılması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan bu halın yenidən araşdırılmasına əsas yoxdur. Eyni zamanda iddiaçıların iddia ərizəsindən də görünür ki, mərhum X6 hələ sağlığında özü şəxsən vəsiyyətnaməni ləğv etdirmişdir. İddiaçılar tərəfindən həmin vəsiyyətnamənin qüvvədə olması barədə məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. İddiaçılar Cavabdeh atası X9 ləyaqətsiz vərəsə sayılmasını tələb etmişlər. Həmin şəxsin isə yuxarıda qeyd olunduğu kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə miras əmlaka vərəsəliyi müəyyən edilmişdir. Həmçinin, iddiaçılar tərəfindən cavabdehin miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmədsi, bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməsi, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Halbuki, Mülki Məcəllənin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Məhkəmə İddiaçı3 X7 vərəsəsi olaraq pay alması hissəsində isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Göründüyü kimi, X14 miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək vəfat etmişdir. Bu səbəbdən onun miras əmlakda olan payı İddiaçı3 çatmalıdır. Məhkəmə hesab edir ki, vərəsələrin dairəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi, X3 vəfatından sonra oğlu X15, qızlarıX14, X11, İddiaçı1 və İddiaçı2 olmaqla 5 nəfər birinci dərəcəli vərəsəsi qalmışdır. Həmin varislərdən X14 xx.xx.2017-ci il tarixdə, X15 (xx.xx.2020-ci il tarixdə, X11 xx.xx.2019-cu il tarixdə vəfat etmişlər. X7 və X8 övladları valideynlərindən qalan miras əmlakı tələb etmiş, lakin X4 vərəsələri ona aid miras əmlakdan pay tələb etməmişlər. Lakin, məhkəmə hesab edir ki, Tamella Quliyevanın da vərəslərinin payı nəzərə alınmalı və həmin pay açıq saxlanılmalıdır. X7 miras əmlakda olan payı İddiaçı3, X8 miras əmlakda olan payı isə Cavabdeh çatmalıdır. Bu səbəbdən X3 vərəsələrinin dairəsi beş nəfərdən ibarət olmaqla, ondan miras qalmış əmlaklar beş bərabər hissəyə bölünməlidir. Beləliklə, Məhkəmə iş üzrə sübutlara məcnu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, X1 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evi və torpaq sahəsinin 1/5 (beşdə bir) hissəsinə İddiaçı1, 1/5 (beşdə bir) hissəsinə İddiaçı2, 1/5 (beşdə bir) hissəsinə İddiaçı3, 1/5 (beşdə bir) hissəsinə isə Cavabdeh qanun üzrə vərəsəlik hüquqları tanınmalı və həmin əmlak paylarına dair onlara müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, X1 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evi və torpaq sahəsinin birinci dərəcəli vərəsə X4 payına düşən 1/5 (beşdə bir) hissəsinə onun vərəsələri tərəfindən pay tələb edilmədiyindən açıq saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X1 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evi və torpaq sahəsinin 1/5 (beşdə bir) hissəsinə İddiaçı1, 1/5 (beşdə bir) hissəsinə İddiaçı2, 1/5 (beşdə bir) hissəsinə İddiaçı3, 1/5 (beşdə bir) hissəsinə isə Cavabdeh qanun üzrə vərəsəlik hüquqları tanınsın. X1 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evi və torpaq sahəsinin birinci dərəcəli vərəsə X4 payına düşən 1/5 (beşdə bir) hissəsinə onun vərəsələri tərəfindən pay tələb edilmədiyindən açıq saxlanılsın. Qətnamə əmlak üzrə paylara dair İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar