Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1218/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh2 qarşı “vərəsə payının müəyyən edilməsi, evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 fevral 2025-ci il tarixli 2(106)-1526/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1, X12 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, İmişli şəhəri, Z.Əliyeva küçəsi, 77 ünvanındakı evdə vərəsə payının müəyyən edilməsi, atası X7 və anası X1 münasibətdə ikinci dərəcəli vərəsə olmaqla, onlardan miras qalan İmişli şəhəri, Z.Əliyeva küçəsi, 77 saylı evdə pasport qeydiyyatında olmayan X4 və Cavabdeh2 evdən çıxarılmaları barədə qətnamə, cavabdeh X4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən qanunsuz yolla xx.xx.2017ci tarixli, **********10-10301 saylı mövcud olmayan çıxarış əsasında anası X3 və qardaşı X8 tərəfindən xx.xx.2014-cü ildə bağışlama müqaviləsi əsasında faktiki olaraq iddiaçını vərəsəlik hüququndan istifadə etməsinin qarşısını alaraq, həmin evdə ailə üzvləri ilə yaşamasına imkan vermədiyinə görə Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə MPM-in 265ci maddəsinin tələbinə uyğun olaraq xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları
2. İmişli Rayon Məhkəməsinin 6 iyun 2024-cü il tarixli 2(036)-926/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (X11)
3. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunması iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X10 və X5 ibarət tərkibdə) 30 oktyabr 2024-cü il tarixli 2(106)-1526/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 6 iyun 2024-cü il tarixli 2(036)-926/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı və onun vəkili Vəkil tərəfindən qətnamədən kassasiya şikayəti verilmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X14 və X2 ibarət tərkibdə) 22 yanvar 2025-ci il tarixli 2(106)-1526/2024 nömrəli qərardadı ilə İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti qanunla müəyyən olunan prosessual müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır.
7. İddiaçı və onun vəkili Vəkil Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2024 -cü il tarixli 2(106)-1526/2024 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsindən ötrü buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, kassasiya şikayətinin gecikməsilə bağlı müddətin bərpa olunmasını xahiş etmişlər.
8. Ərizə onunla əsaslandırılmışdır ki, elektron sistemdən başı çıxmayan savadsız adamdır və elektron kabinet barədə heç bir məlumatı yoxdur. Həmçinin elektron kabinetinin olub-olmamasını da bilmir. Eyni zamanda ailəsində xəstə olduğu üçün başı ona qarışmışdı və sözü gedən qətnamə poçtla rəsmi olaraq təhvil verilən vaxta uyğun kassasiya şikayəti vermişdir. Əlavə olaraq qeyd etmişdir ki, qətnamə poçt vasitəsi ilə ona 21 noyabr 2024-cü il tarixində təqdim edilmişdir. Ona görə də hesab edir ki, buraxılan müddət üzürlü hesab edilməlidi r.
9. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1526/2024 nömrəli 19 fevral 2025-ci il tarixli qərardadı ilə İddiaçı və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli 2(106)-1526/2024 saylı qətnaməsindən kassasiya şikayəti verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının gətirdiyi arqumentlər kassasiya şikayətinin verilməsi müddətinin buraxılmasının üzürlü səbəblərdən baş verməsini təsdiq etmir. İddiaçı elektron kabinet üzərindən elektron imzadan istifadə etməklə apellyasiya şikayəti vermiş, qətnamə onun iştirakı ilə elan edilmiş və iddiaçıya qətnamədən şikayət vermə müddəti, qaydası bilavasit ə izah olunmuşdur.
11. Apellyasiya məhkəməsi qərardadını Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1, 10-1.2, 10-1.3, 10-1.5, 129.3, 130.1, 133.1, 135.5, 135.6, 405.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2025-ci il tarixli 2(106)-1526/2024 nömrəli qəradadının ləğv edilməsi və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəradad qəbul edərkən məhkəmə qərarlarının əsaslılıq meyarı ilə bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş göstərişlərə riayət etməmiş, bununla da Mülki Prosessual Məcəllənin göstərilən maddələrinin tələblərinin pozulması ilə nəticələnən qərar qəbul etmişdir.
14. Elektron sistemdən başı çıxmayan savadsız adamdır və elektron kabinet barədə heç bir məlumatı yoxdur. Həmçinin elektron kabinetinin olub-olmamasını da bilmir. Eyni zamanda ailəsində xəstə olduğu üçün başı ona qarışmışdı və qətnamə poçtla rəsmi olaraq ona təhvil verilən vaxta uyğun kassasiya şikayəti vermişdir. Əlavə olaraq qeyd etmişdir ki, Şirvan Apelyasiya Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli 2(106)-1526/2024 nömrəli qətnaməsi poçt vasitəsi ilə ona xx.xx.2024-cü il tarixində təqdim edilmişdir. Ona görə də hesab edir ki, buraxılan müddət üzürlü hesab e dilməlidir.
15. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 8, 9, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.
18. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının A zərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
19. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
20. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
21. Maddə 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hər əkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər.
22. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
23. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
24. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
25. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
26. Maddə 405.0.1 Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərində n və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
29. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi barədə nəticəyə gələrkən prosessual hüquq normalarının tələbinə əməl etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələn ən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
36. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 fevral 2025-ci il tarixli 2(106)-1526/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.