Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1960/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: ləyaqətsiz vərəsə hesab edilmə, vərəsəlik və məcburi pay hüququndan məhrumetmə tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, Şadiyev Namik Ənvər oğlunun katibliyi, İddiaçı nümayəndəsi (qızı) X2, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilmə, vərəsəlik və məcburi pay hüququndan məhrumetmə tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 2(001)-812/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524-cü məhəllə ev 5, mənzil 61 (Yeni qaydalarla AZ 1118 ünvan 1) xx.xx.2019-cu il tarixdən X5 mülkiyyətindədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1329/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən müəyyən olunur ki, Cavabdeh arvadı X6 qısqanclıq zəmnində qisas almaq niyyəti ilə öldürdüyü üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli sərəncamının surətindən görünür ki, X3 xx.xx.2014-cü il təvəllüdlü bacısı oğlu X7 üzərində qəyyumluq təyin edilməsi barədə Qəyyumluq və himayəçilik komissiyasının qərarı təsdiq edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1329/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilmə, vərəsəlik və məcburi pay hüququndan məhrumetmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi, cavabdehin mərhum X5 mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524-cü məhəllə ev 5, mənzil 61 Yeni qaydalarla AZ 1118 ünvan 1 ünvanına münasibətdə vərəsəlik hüququndan məhrum edilməsi, cavabdeh mərhum X5 mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524-cü məhəllə ev 5, mənzil 61 Yeni qaydalarla AZ 1118 ünvan 2 ünvanına münasibətdə məcburi pay hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum qızı X1 Anar Malik oğlu tərəfindən xüsusi amansızlıqla qəsdən öldürülmüş, yəni qəsdən həyatdan məhrum edilmişdir. Sonuncunun cinayəti törətməsi ilə əlaqədar barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1329/2024 saylı, xx.xx.2024-cü il hökmü qəbul edilmişdir. Onların birgə nikah dövründə qızı tərəfindən alınmış mənzilləri mövcuddur. Həmin Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524-cü məhəllə ev 5, mənzil 61 Yeni qaydalarla AZİ 118 ünvan 1 ünvanı qızı mərhum X5 adına dövlət qeydiyyatından keçmişdir. Onların birgə nikahdan dünyaya gəlmiş övladları X13 üzərində qızı yəni xalası X2 qəyyum təyin edilməsi məsələsinə baxılır. Bu səbəbdən də Cavabdeh Malki oğlunun ləyaqətsiz vərəsə olduğunu hesab edir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1329/2024 saylı xx.xx.2024-cü il hökmündən kiçik bir çıxarış təqdim edir ki, cavabdehin həqiqətən də ləyaqətsiz vərəsə olmasına sual yeri qalmasın. “...aralarında baş vermiş mübahisə zamanı o, qısqanclıq zəminində qisas almaq niyyəti ilə arvadı Yaqut Həşimovaya əzab, işgəncə verməklə xüsusi amansızlıqla qəsdən öldürmək məqsədilə əvvəlcə xüsusi ağrılar yetirmək üçün mənzilin yataq otağında olan zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı bokalı götürüb həmin bokal ilə Yaqut Həşimovanın baş nahiyyəsindən 2 dəfə vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid başın sağ alın-gicgah-təpə və ənsə nahiyələrini əhatə edən hematoma və sıyrıq xəsarətlərini yetirdikdən sonra mənzilin yataq otağında olan rəfdə saxladığı, zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı qara rəngli açılıb-bağlanan cib bıçağını götürərək onun hərəkətlərindən qorxub mənzilin yataq otağında küncə çəkilmiş Yaqut Həşimovanın həyatı üçün dönə-dönə aman diləyən yalvarışlarına baxmayaraq verdiyi əzabları davam eləmək üçün həmin bıçaqla ilkin olaraq sonuncunun qarın nahiyyəsinin sol yarısının ön səthinə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid 8,Ox 1,0 ölçülü kəsilmiş yara xəsarətini yetirərək müstəsna dərəcədə qəddarlıqla xüsusi ağrılar vermiş, daha sonra Yaqut Həşimovanın saçlarından tutub dartmaqla əlində olan bıçaqla sonuncunun həyat üçün vacib olan orqanlarının yerləşdiyi boğaz, döş qəfəsi, qarın və digər nahiyyələrdən zərbələr vuraraq Yaqut Həşimovaya həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid ölümü ilə birbaşa səbəbli əlaqəsi olan sol qoltuqaltı nahiyənin daxilə nüfuz edərək ağciyərləri zədələyən 2 ədəd, sağ körpücüküstü nahiyənin daxilə nüfuz edərək sag ağciyəri zədələyən 1 ədəd boynun iri qan damarlarını zədələyən 1 ədəd deşilmiş-kəsilmiş yaraları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, daxilə nüfuz etməyən sol körpücüküstü nahiyənin 1 ədəd, qarnın ön divarının xəncərəbənzər çıxıntı proyeksiyasının 1 ədəd, sağ qabırğa qövsü nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ qaşüstü nahiyənin 1 ədəd, sol bazunun 1 ədəd, sol saidin 1 ədəd və dərəcəsi təyin edilməyən sol bazunun qançırı xəsarətlərini yetirdikdən sonra otaqda çarpayı üzərində oturaraq təqribən 10 dəqiqə ərzində onun yetirdiyi xəsarətlərdən Yaqut Həşimovanın qan itirməklə ağrı və əzab çəkdiyinə rəhmsizliklə baxıb ölümünü gözləmiş və Yaqut Həşimova onun yetirdiyi boynun iri kalibrli damarlarının, hər iki ağciyərinin zədələnməsi nəticəsində massiv daxili və xarici qanaxma səbəbindən ölmüş, bununla da o Yaqut Həşimovanı xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir”. Göründüyü kimi, onun övladı cavabdeh tərəfindən qəsdlə qətlə yetirilmişdir. Cavabdeh məhkəməyə iddiaya etiraz ünvanlayaraq bildirmişdir ki, keçmiş həyat yoldaşı X10 ilə birgə nikah dövründə alınmış Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524-cü məhəllə ev 5, mənzil 61 Yeni qaydalarla AZ 1118 Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 231, M 10, 5 saylı mənzildən miras payından oğlunun xeyrinə imtina edir, yəni ona düşən payın oğlu Bünyaminə verilməsini xahiş edir. Lakin onun ləyaqətsiz vərəsə hesab edilməsi ilə qəti razı deyildir. Onun həyat yoldaşı ona dəfələrlə xəyanət etdiyinə görə qətlə yetirmişdir. Onun xəyanət etməsi məhkəmə iclaslarında öz təsdiqini tapmışdır. Mübahisəli mənzildən o heç bir pay istəmir, ona düşən payı oğluna bağışlayır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1329/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündə həyat yoldaşının ona xəyanət etməsi faktı öz təsdiqini tapmışdır. Ona görə də, onun ləyaqətsiz vərəsə hesab edilməsinə etiraz edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 2(001)- 812/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilmə, vərəsəlik və məcburi pay hüququndan məhrumetmə” tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki,”Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Qanunvericiliyə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, burada şəxsin ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Məhkəmə qeyd etmişdir ki, nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Hazırda isə iddiaçının cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi üçün gətirdiyi arqument sonuncunun arvadını qəsdən qətlə yetirməsidir. Lakin bu hal iddianı o zaman əsaslı edər ki, cavabdehin törətdiyi əməlin birbaşa mirasa yönəlmiş olması öz təsdiqini tapsın, daha aydın desək cinayətin törədilmə səbəbi məhz mirasa sahib olmaq məqsədi daşısın. Hazırki işdən isə görünür ki, cavabdehin törətdiyi cinayət əməli qısqanclıq zəmnində baş vermişdir ki, bu hal cinayətin cavabdeh tərəfindən şəxsi duyğuları və emosiyaları səbəbindən törədilməsi sayılır və bu, miras əldə etmək üçün miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş planlı bir hərəkət olaraq qiymətləndirilə bilməz. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia bu hissədə əsassızdır və rədd edilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, gəlmiş olduğu qənaətə uyğun olaraq məhkəmə, digər tələblərin (vərəsəlik və məcburi pay hüququndan məhrum edilməsi tələbinin) də əsassız olduğu qənaətinə gəlir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayaraq bu mövqeyini prosessual qənaət prinsipinə də uyğun sayır, çünki bu tələb ilk tələbdən törəmədir, ilk tələb təmin edilmədiyindən bu hissədə də iddia əsaslı hesab oluna bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 1137, 1139, 1143, 1203.1-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-812/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya ṣikayəti onunla əsaslandırılır ki, İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilmə, vərəsəlik və məcburi pay hüququndan məhrumetmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi, cavabdehin mərhum X5 mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524-cü məhəllə ev 5 mənzil 61 Yeni qaydalarla AZ 1118 ünvan 1 ünvanına münasibətdə vərəsəlik hüququndan məhrum edilməsi, cavabdeh mərhum X5 mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524-cü məhəllə ev 5, mənzil 61 yeni qaydalarla AZ 1118 Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 231, M 10, mənzil ünvanına münasibətdə məcburi pay hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-812/2025 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilmə, vərəsəlik və məcburi pay hüququndan məhrumetmə” tələbinə dair iddiası rədd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən işin faktiki halları müəyyən edilməmişdir. Belə ki, mərhum qızı X1 Anar Malik oğlu tərəfindən xüsusi amansızlıqla qəsdən öldürülmüş, yəni qəsdən həyatdan məhrum edilmişdir. Sonuncunun cnayəti törətməsi ilə əlaqədar barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1329/2024 saylı, xx.xx.2024-cü il hökmü qəbul edilmişdir. Onların birgə nikah dövründə qızı tərəfindən alınmış mənzilləri mövcuddur. Həmin Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524-cü məhəllə ev 5, mənzil 61 (Yeni qaydalarla AZ 118 ünvan 1 ünvanı) qızı mərhum X5 adına dövlət qeydiyyatından keçmişdir. Onların birgə nikahdan dünyaya gəlmiş övladları X13 üzərində qızı, yəni xalası X2 qəyyum təyin edilməsi məsələsinə baxılır. Bu səbəbdən də Cavabdeh ləyaqətsiz vərəsə olduğunu hesab edir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1329/2024 saylı xx.xx.2024-cü il hökmündən kiçik bir çıxarış təqdim edir ki, cavabdehin həqiqətən də ləyaqətsiz vərəsə olmasına sual yeri qalmasın. “...aralarında baş vermiş mübahisə zamanı o. qısqanclıq zəmnində qisas almaq niyyəti ilə arvadı Yaqut Həşimovaya əzab, işgəncə verməklə xüsusi amansızlıqla qəsdən öldürmək məqsədilə əvvəlcə xüsusi ağrılar yetirmək üçün mənzilin yataq otağında olan zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı bokalı götürüb həmin bokal ilə Yaqut Həşimovanın baş nahiyyəsindən 2 dəfə vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid başın sağ alın-gicgah-təpə və ənsə nahiyələrini əhatə edən hematoma və sıyrıq xəsarətlərini yetirdikdən sonra mənzilin yataq otağında olan rəfdə saxladığı, zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı qara rəngli açılıb-bağlanan cib bıçağını götürərək onun hərəkətlərindən qorxub mənzilin yataq otağında küncə çəkilmiş Yaqut Həşimovanın həyatı üçün dönə-dönə aman diləyən yalvarışlarına baxmayaraq verdiyi əzabları davam elmək üçün həmin bıçaqla ilkin olaraq sonuncunun qarın nahiyyəsinin sol yarısının ön səthinə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid 8,0 x 1,0 ölçülü kəsilmiş yara xəsarətini yetirərək müstəsna dərəcədə qəddarlıqla xüsusi ağrılar vermiş, daha sonra Yaqut Həşimovanın saçlarından tutub dartmaqla əlində olan bıçaqla sonuncunun həyat üçün vacib olan orqanlarının yerləşdiyi boğaz, döş qəfəsi, qarın və digər nahiyyələrdən zərbələr vuraraq Yaqut Həşimovaya həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid ölümü ilə birbaşa səbəbili əlaqəsi olan sol qoltuqaltı nahiyənin daxilə nüfuz edərək ağciyərləri zədələyən 2 ədəd, sağ körpücüküstü nahiyənin daxilə nüfuz edərək sag ağciyəri zədələyən 1 ədəd boynun iri qan damarlarını zədələyən 1 ədəd deşilmiş-kəsilmiş yaraları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, daxilə nüfuz etməyən sol körpücüküstü nahiyənin 1 ədəd, qarnın ön divarının xəncərəbənzər çıxıntı proyeksiyasının 1 ədəd, sağ qabırğa qövsü nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ qaşüstü nahiyənin 1 ədəd, sol bazunun 1 ədəd, sol saidin 1 ədəd və dərəcəsi təyin edilməyən sol bazunun qançırı xəsarətlərini yetirdikdən sonra otaqda çarpayı üzərində oturaraq təqribən 10 dəqiqə ərzində onun yetirdiyi xəsarətlərdən Yaqut Həşimovanın qan itirməklə ağrı və əzab çəkdiyinə rəhmsizliklə baxıb ölümünü gözləmiş və Yaqut Həşimova onun yetirdiyi boynun iri kalibrli damarlarının, hər iki ağciyərinin zədələnməsi nəticəsində massiv daxili və xarici qanaxma səbəbindən ölmüş, bununla da o Yaqut Həşimovanı xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir.” Göründüyü kimi, onun övladı cavabdeh tərəfindən qəsdlə qətlə yetirmişdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 1.3-cü maddəsinin birinci bəndində qeyd edilənlərdən də açıq-aydın görünür ki, məhkəmə tərəfindən çəkişmə prinsipinin tələbləri pozulmaqla mübahisəli qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bütün sübutlar dəqiq və tam qiymətləndirilməmişdir. Məhkəmə tərəfindən qətnamədə mülki prosessual qanunvericiliyin normaları qeyd olunmuş lakin düzgün şərh verilməmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (Mülki Prosessual Məcəllənin 8.1, və 9.3-cü maddələri). Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə müvafiq olaraq, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları). Ona görə də, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-812/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiṣ olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 2(001)-812/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verən İddiaçı onun ləyaqətsiz vərəsə hesab edilməsi ilə bağlı tələbinə etirazını bildirir, ləyaqətsiz vərəsə hesab edilməsinə qəti razı deyildir. O, yoldaşını ona dəfələrlə xəyanət etməsinə görə qətlə yetirmişdir. Yoldaşının ona xəyanət etməsi məhkəmə iclaslarında öz təsdiqini tapmışdır, buna dair sübutlar, telefon danışıqları, videoçəkilişlər, fotoşəkillər təqdim edə bilər. Birgə nikah övründə alınmış Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524-cü məhəllə ev 5 mənzil 61 Yeni qaydalarla AZ 1118 Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 231, M10 ünvanında yerləşən 5 saylı mənzildən ona düşən miras payından oğlunun xeyrinə imtina edir, yəni ona düşən miras payın oğlu Bünyaminə verilməsini xahiş edir. Hesab edir ki, iddiaçının mənzili kənar şəxslərə satmaq niyyəti var, ona görə də, ona düşən miras payından oğlunun xeyrinə imtina edir, lakin onun kənar şəxslərə satılmasına etiraz edir. Mənzil onun oğluna məxsusdur. Ona görə də ədalətli və obyektiv qərar qəbul edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (qızı) X3 və nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 11 saylı Cəzaçəmə müəssisəsində cəza çəkən cavabdeh apellyasiya şikayətinə qarşı etirazını məhkəməyə təqdim etsə də, məhkəmə iclasında iştirak etmək niyyətinin olmasını məhkəməyə bildirməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Maddə 1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Maddə 1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Maddə 1203.3. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli Qərarı: 1.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının nümayəndələrinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin hallarına uyğun olmayan nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Kollegiya qeyd edir ki, miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Azərbayсan Rеspublikası Konstitusiya Məhkəməsi Plеnumu 13 dеkabr 2011-сi il tarixli qərarı ilə “vərəsəlik hüququndan məhrumеtməyə səbəb olan hallar”la bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, Azərbayсan Rеspublikası Mülki Məсəlləsinin 1203.1-сi maddəsinin “vərəsəlik hüququndan məhrumеtməyə səbəb olan hallar” müddəası bu Məсəllənin 1137 (ləyaqətsiz vərəsə) və 1138-сi (vərəsə ola bilməyən validеynlər) maddələrində göstərilən halları əhatə еdərək, nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da еhtiva еdir. Yəni miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs də vərəsəlik hüququndan məhrum edilə bilər. Hazırkı mülki iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, miras qoyan X5 birinci növbəli vərəsəsi (atası) olan İddiaçı miras qoyanın birinci növbəli vərəsəsi (əri) olan Cavabdeh miras qoyana qarşı qəsdən cinayət əməli törədərək onu həyatından məhrum etdiyindən ləyaəqtsiz vərəsə elan edilməsini və miras əmlakda məcburi pay almaq hüququndan məhrum edilməsini xahiş edir. Cavabdeh isə miras qoyanın ona xəyanət etməsini bildirib iddia tələblərinə qarşı etiraz etməklə yanaşı miras əmlakda vərəsə olaraq payından oğlunun xeyrinə imtina etməsini qeyd edir. Birinci instansiya məhkəməsi iddia tələblərini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, “cavabdehin törətdiyi cinayət əməli qısqanclıq zəminində baş vermişdir ki, bu hal cinayətin cavabdeh tərəfindən şəxsi duyğuları və emosiyaları səbəbindən törədilməsi sayılır və bu, miras əldə etmək üçün miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş planlı bir hərəkət olaraq qiymətləndirilə bilməz. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia bu hissədə əsassızdır və rədd edilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, gəlmiş olduğu qənaətə uyğun olaraq məhkəmə, digər tələblərin (vərəsəlik və məcburi pay hüququndan məhrum edilməsi tələbinin) də əsassız olduğu qənaətinə gəlir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayaraq bu mövqeyini prosessual qənaət prinsipinə də uyğun sayır, çünki bu tələb ilk tələbdən törəmədir, ilk tələb təmin edilmədiyindən bu hissədə də iddia əsaslı hesab oluna bilməz.” Göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehin miras qoyana münasibətdə ləyaqətsiz vərəsə elan edilməsinə dair iddia tələbi ilə bağlı sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə miras qoyana qarşı qəsdən cinayət törətməklə onu həyatından məhrum edən cavabdehin ləyaqətsiz vərəsə olmadığı qənaətinə gəlmişdir. Baxmayaraq ki, cavabdehin əməli qanuni qüvvəsini alan məhkəmə aktı ilə öz təsdiqini tapmışdır. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin bu nəticəsi ilə razılaşmır. Kollegiya eyni zamanda iddiaçının cavabdehə qarşı miras qoyanın mirasından məcburi pay almaq hüququndan məhrum edilməsi tələbinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə qaydasında da vərəsə məcburi pay almaq hüququndan məhrum edilə bilər. Lakin bu tələblə miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etməlidir. Birinci instansiya məhkəməsi isə iddiaçının bu tələbini rədd edərkən onun bu tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olub-olmamasını araşdırmamışdır. Kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında “mirasda məcburi pay hüququ” ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən mirasda məcburi pay sosial-iqtisadi və əxlaqi yükü olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Azərbaycan Respublikasının mülki qanunvericiliyi vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətlərinin iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır. Mirasda məcburi pay hüququ olan şəxslərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində məhdud qaydada göstərilmişdir. Həmin maddəyə müvafiq olaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil edir. Mülki qanunvericilik məcburi pay almaq hüququndan məhrumetmənin yalnız məhkəmə qərarı əsasında həyata keçirilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Göründüyü kimi, məcburi pay almaq hüququndan məhrumetmə, ümumi qaydada vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda həyata keçirilə bilər. Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu və 1203.2-ci maddələri ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin 1139-cu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə özü həyata keçirə bilər. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh miras qoyan X8 qarşı qəsdən törətdiyi cinayət əməli nəticəsində onu həyatından məhrum etməklə miras qoyana münasibətdə vərəsəlik hüququndan məhrum etməyə əsas olan halın baş verməsinə səbəb olduğundan, iddiaçı cavabdehin məcburi pay almaq hüququndan məhrum edilməsini tələb etmək üçün subyektiv hüquqa malik olmadığından, ləyaqətsiz vərəsə elan olunan şəxsin miras kütləsinə daxil olan əmlaka dair vərəsəlik hüququndan məhrum edilməsi barədə məhkəmə aktının çıxarılmasına zərurət olmadığından iddia tələbi qismən təmin edilərək Cavabdeh miras qoyan X8 münasibətdə ləyaqətsiz vərəsə elan edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-812/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh miras qoyan X8 münasibətdə ləyaqətsiz vərəsə elan edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1960/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1960/2025
06.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver