Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-44/2025 20.08.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiaçı X31, onun nümayəndəsi və vəkili Vəkil, iddia predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxslər X28 və X22, Cavabdeh4 qanuni nümayəndəsi və Cavabdeh2, iddia predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 iştirakı ilə İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxslər X28, X22 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Oğuz rayon Notariat Ofisinə qarşı (X36, X32, X23 və X42, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh2 Ruşanəli oğlunun və Cavabdeh3 ləyaqətsiz vərəsə hesab edilməsi, vəsiyyətnamənin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X47 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Oğuz rayon Notariat Ofisinə qarşı Cavabdeh2 Ruşanəli oğlu və Cavabdeh3 ləyaqətsiz vərəsə hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və X29 ləyaqətsiz vərəsə hesab edilməsi, Oğuz rayon notariat ofisi tərəfindən Cavabdeh2 və X33 reyestr 2 V-460 saylı və reyestr 2 V 461 saylı, 01 dekabr 2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, 27 avqust 2001-ci il tarixdə vəfat etmiş mərhum X12ndan, 25 avqust 2015-ci il tarixdə vəfat etmiş atası X7 miras qalmış Oğuz rayonu Cavanşir küçəsi, 3 dalanda yerləşən 1 saylı evə və miras əmlak olan Oğuz şəhərində kənd təsərrüfatı təyinatlı 0.46 ha çıxarışlı torpaq sahələrinin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X12 xx.xx.2001-ci il tarixdə, atası X24 xx.xx.2015-ci il tarixdə vəfat etmişlər. Mərhumlardan Oğuz rayonu Cavanşir küçəsi 3 dalanda yerləşən 1 saylı ev və Oğuz şəhərində kənd təsərrüfatı təyinatlı 0.46 ha çıxarışlı torpaq sahəsi miras qalmışdır. Oğuz rayonu Cavanşir küçəsi 3 dalanda yerləşən 1 saylı evin 50 faizi anasına məxsus olub və anasının vəfatından sonra həmin miras əmlakı faktiki qəbul edərək idarə etmişdir. xx.xx.2024-cü il tarixdə Oğuz rayon notariat ofisinə vərəsəliklə əlaqədar müraciət edən zaman, Oğuz rayon notariat ofisinin 327 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda, ona məlum olmuşdur ki, qardaşları Cavabdeh2 və Cavabdeh3 ona bildirmədən atasından miras qalmış pay torpaqlarına xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Belə qanunsuz hal Mülki Məcəllənin 1137-ci maddəsində ləyaqətsiz vərəsə kimi öz əksini tapmışdır. Həmin maddədə qeyd edilir ki, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Ləyaqətsiz adam mənəvi keyfiyyətlərdən məhrum və əxlaqi davranış qaydalarına yad bir fərd kimi, öz qanunla uzlaşmayan şəxsi marağı naminə istənilən hüquq pozuntusunu törətməyə hazır olan subyektdir. Buna görə də qardaşları Cavabdeh2 və Cavabdeh3 miras əmlaka və digər vərəsələrə ləyaqətsiz hərəkət etdikləri üçün vərəsə ola bilməzlər. Bundan başqa, qardaşı X18 ona, güya atası X24 tərəfinfən X25 qoyulmuş vəsiyyətnamənin surətini vermişdir. Belə bir vəsiyyətnamə mövcuddursa, həmin vəsiyyətnamə qanunla müəyyən edilmiş qaydada tərtib edilməmişdirsə etibarsızdır. Atası tam kor əlildir və belə vəsiyyətnamələri, əgər vəsiyyət edən lal-kardırsa və ya lal-kar və savadsızdırsa, vəsiyyət sərəncamını o, notariusda iki şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib edilməlidir. Kor və ya savadsız olan vəsiyyət sərəncamını notariusda 3 şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılıb ona oxunmalıdır. Əgər vəsiyyət edən lal, kar, kordursa və ya lal, kar, kor və savadsızdırsa, vəsiyyət sərəncamını notariusda dörd şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib edilməlidir. Vəsiyyətnaməni şahidlər yaza və oxuya bilərlər, lakin vəsiyyətnaməni onu yazan oxumamalıdır. İddiaçı X47 məhkəmə prosesinin gedişində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh2 və X29 ləyaqətsiz vərəsə hesab edilməsi, Oğuz rayon notariat ofisi tərəfindən Cavabdeh2 və X33 reyestr 2 V-460 saylı və reyestr 2 V 461 saylı, 01 dekabr 2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, atası X24 tərəfindən X19 verilmiş, notariat qaydada təsdiq edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, 27 avqust 2001-ci il tarixdə vəfat etmiş mərhum X12ndan, 25 avqust 2015-ci il tarixdə vəfat etmiş atası X7 miras qalmış Oğuz rayonu Cavanşir küçəsi, 3 dalanda yerləşən 1 saylı evə və miras əmlak olan Oğuz şəhərində kənd təsərrüfatı təyinatlı 0.46 ha çıxarışlı torpaq sahələrinin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə yazılı vəsatət verərək X20 cavabdeh qismində işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesi gedişində X43 və X38 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Oğuz rayon Notariat Ofisinə qarşı Cavabdeh2 Ruşanəli oğlu və Cavabdeh3 ləyaqətsiz vərəsə hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbi barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər qismində işə qoşulmuşlar. İddia tələbi barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər, Cavabdeh2 və X29 ləyaqətsiz vərəsə hesab edilməsi, Oğuz rayon notariat ofisi tərəfindən Cavabdeh2 və X33 reyestr 2 V-460 saylı və reyestr 2 V 461 saylı, 01 dekabr 2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, 27 avqust 2001-ci il tarixdə vəfat etmiş mərhum X12ndan, 25 avqust 2015-ci il tarixdə vəfat etmiş atası X7 miras qalmış Oğuz rayonu Cavanşir küçəsi, 3 dalanda yerləşən 1 saylı evə və miras əmlak olan Oğuz şəhərində kənd təsərrüfatı təyinatlı 0.46 ha çıxarışlı torpaq sahələrinin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X43 və X38 iddia tələbini onunla əsaslandırmışlar ki, məlum hadisələrlə əlaqədar Ermənistandan qaçqın düşərək Azərbaycanın Oğuz rayonuna gəlmişlər. 1989-cu il tarixdə Oğuz (Vartaşen) notariat kontorunda erməni əsilli olan X14 məxsus olan hazırki mübahisəli evi alqı-satqı yolu ilə 22000 rubla ataları adına almışlar. Həmin mübahisəli evin alınmasına ödənilən 22000 rublun 6000 rublunu X13 və X43 isə 5000 rubla yaxın pul ödəmişlər. X12 xx.xx.2001-ci il tarixdə, atası X24 xx.xx.2015-ci il tarixdə vəfat etmişlər. Mərhumlardan Oğuz rayonu Cavanşir küçəsi 3 dalanda yerləşən 1 saylı ev və Oğuz şəhərində kənd təsərrüfatı təyinatlı 0.46 ha çıxarışlı torpaq sahəsi miras qalmışdır. Oğuz rayonu Cavanşir küçəsi 3 dalanda yerləşən 1 saylı evin 50 faizi anasına məxsus olub və anasının vəfatından sonra həmin miras əmlakı faktiki qəbul edərək idarə etmişlər. Yaxın günlərdə məlum olmuşdur ki, qardaşları Cavabdeh2 və Cavabdeh3 ona bildirmədən atasından miras qalmış pay torpaqlarına xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Belə qanunsuz hal Mülki Məcəllənin 1137-ci maddəsində ləyaqətsiz vərəsə kimi öz əksini tapmışdır. Həmin maddədə qeyd edilir ki, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Ləyaqətsiz adam mənəvi keyfiyyətlərdən məhrum və əxlaqi davranış qaydalarına yad bir fərd kimi, öz qanunla uzlaşmayan şəxsi marağı naminə istənilən hüquq pozuntusunu törətməyə hazır olan subyektdir. Buna görə də qardaşları Cavabdeh2 və Cavabdeh3 miras əmlaka və digər vərəsələrə ləyaqətsiz hərəkət etdikləri üçün vərəsə ola bilməzlər. Bundan başqa, qardaşı X18 ona, güya atası X24 tərəfinfən X25 qoyulmuş vəsiyyətnamənin surətini vermişdir. Belə bir vəsiyyətnamə mövcuddursa, həmin vəsiyyətnamə qanunla müəyyən edilmiş qaydada tərtib edilməmişdirsə etibarsızdır. Atası tam kor əlildir və belə vəsiyyətnamələri, əgər vəsiyyət edən lal-kardırsa və ya lal-kar və savadsızdırsa, vəsiyyət sərəncamını o, notariusda iki şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib edilməlidir. Kor və ya savadsız olan vəsiyyət sərəncamını notariusda 3 şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılıb ona oxunmalıdır. Əgər vəsiyyət edən lal, kar, kordursa və ya lal, kar, kor və savadsızdırsa, vəsiyyət sərəncamını notariusda dörd şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib edilməlidir. Vəsiyyətnaməni şahidlər yaza və oxuya bilərlər, lakin vəsiyyətnaməni onu yazan oxumamalıdır. X36, X32, X23 və X42, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işdə iştirak etməyə cəlb olunmuşlar. İddiaçı X47 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun 6 qardaşı və 2 bacısı vardır. Qardaşlarından biri Qazaxıstanda yaşayır. O, 1992- 1998-ci illər ərzində Oğuz rayonun Bucaq kəndində baytar işləmişdir. O, 2000-ci ilə qədər Oğuz rayonunda valideynlərinin qayğısına qalmışdır. 2000-ci ildə qardaşları Niyammədin və Turan əsgərlikdə olan zaman da o, taksi fəaliyyəti ilə məşğul olaraq ailəsinə baxmışdır. Həmin vaxt Bərdə şəhərindən aldığı avtomobili sataraq xəstə anasının müalicəsi üçün xərcləmişdir. Bakı şəhərində yaşamağa başladıqdan sonra da işləyib qazanc əldə edərək valideynlərinə baxmış, atasının gözünü müalicə etdirmişdir. O, Oğuz şəhərində yerləşən evə gəldiyi zaman 15-20 gün müddətində orada qalmışdır. O, sonuncu dəfə həmin evə 2024-cü ilin avqust ayında getmişdir. O, Bakı şəhərində yaşasa da qeydiyyatı Oğuz şəhəridir. O, mübahisəli evə daima gəlib-getmişdir. Mübahisəli evdə ona məxsus televizor qalmışdır. Onun həmin evdən daimi çıxmaq fikri olmamışdır. Ailəsi bakıya köçəsə də o həmin evə gedib gəlmişdir. Onun hazırda evə getməməyinə səbəb cavabdehlərin Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng etməyi olmuşdur. Həmçinin onunun atasının gözləri demək olar ki görməmişdir. Belə ki, onun atasının bir gözü tamamilə görməmiş, bir gözü isə 1 faiz görmüşdür. Həmçinin bildirdi ki, Oğuz şəhərində kənd təsərrüfatı təyinatlı 0.46 ha çıxarışlı torpaq sahəsi qardaşı Cavabdeh3 istifadəsində olmuşdur. O, 2016-cı il və 2024-cü illərdə vərəsəliklə bağlı notariat ofisinə müraciət etmiş, lakin onun müraicətlərinə cavab verilməmişdir. Hesab edir ki, cavabdehlə vərəsəlik şəhadətnaməsini qanunsuz əldə etmişlər. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı X31 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. Hesab edir ki, hazırki mübahisənin əsas səbəbkarı Oğuz rayon Notariat Ofisidir. Belə ki, iddiaçının valideynləri vəfat etdikdən sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müraciəti ilə əlaqədar vərəsəlik işi açılan zaman vərəsə tərkibi müəyyən edilməmiş və bütün vərəsələr çağrılmamışdır. Eyni zamanda həmin şəxslər digər vərəslər barədə məlumat verməyərək miras əmlakı mənimsədikləri üçün Cavabdeh2 və Cavabdeh3 ləyaqətsiz vərəsə hesab edilməlidirlər. Buna görə də Cavabdeh2 və Cavabdeh3 verilmiş qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamələr ləğv edilməlidir. O, iddia tələbinin X25 verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi ilə əlaqədar hissəsi ilə bağlı qeyd edir ki, vəsiyyətnamə tərtib edilən zaman iddiaçının mərhum atasının gözləri görməmişdir və bununla bağlı sənədlər də vardır. Belə ki, miras qoyan şəxsin həmin tarixdə bir gözünün görmə faizi sıfır, digər gözünün görmə faizi isə 0,1 olmuşdur. Kor bir adam o vəziyyətdə necə yazı yaza bilər. İmza etməyi başa düşülə bilər. Eyni zamanda mərhumun iş materiallarında olan imzası ilə, vəsiyyətnamədə olan imza arasında kəskin fərqlər vardır. Eyni zamanda, notarius Şamil Yusubov əvvəl vəsiyyətnamənin Notariat Ofisində imzalandığı desə də, sonradan vəsiyyət edənin göz xəstəliyi ilə əlaqədar sənədlər məhkəməyə təqdim edildikdən sonra izahatını dəyişərək notariusun işçisinin mərhumun evinə getdiyini və vəsiyyətnaməni evdə imzaladığını qeyd etmişdir. Hesab edir ki, qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, vəsiyyət edən kor olduğu üçün vəsiyyətnamə 3 şahidin yanında tərtib edilməli idi. Lakin bu tələbə əməl olunmamışdır. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3la birlikdə yaşadığı üçün əvvəllər notariusa müraciət etməmiş, lakin cavabdehlər artıq onu evə daxil olmağa icazə vermədiklərindən Araz Ellazov notarusa müraciət etmiş, bu zaman vərəsəlik şəhadətnamələrinin artıq mövcud olduğu aşkar olunmuşdur. Eyni zamanda cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin şəhadətnamələr əsasında aldıqları hüquq müəyyənedici sənədlə torpaq sahəsini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satmışlar. Bundan əlavə, qanunvericiliyin tələblərini pozduğuna görə Oğuz rayon Notariat Ofisinin xüsusi notariusu X51 barəsində xüsusi qərar çıxarılmasını istəyir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddia tələbi barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X43 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. O, 1994cü ildə valideynlərinin evindən Oğuz rayonu Calud kəndinə köçmüşdür. Qardaşları Niyaməddin və Turan onlardan xəbərsiz vərəsəlik şəhadətnamələri aldıqları üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki qardaşları onlara bu barədə məlumat versəydilər onlar qardaşlarına düşən payı könüllü şəkildə verərdilər. Hazırda isə bütün bacı-qardaşlarının paylarının bölünməsini istəyir. X13 dayısı qızı ilə evlənmiş, 2000ci ildən sonra isə Bakı şəhərinə getmiş, lakin tez-tez gələrək valideynlərinə baş çəkmişdir. Atası vəfat edən zaman qardaşı Araz dəfndə iştirak etmiş və maddi yardım da göstərmişdir. Lakin 2024-cü ildən sonra Arazı öz evinə gedib-gəlməyə icazə verməmişlər. Həmin vaxta qədər isə Araz mütəmadi Oğuz şəhərinə gəlmiş və hazırki miras əmlak olan evdə qalmışdır. Araz Bakı şəhərində işlədiyindən valideynlərinin evində daimi qala bilməmişdir. Bununla yanaşı mərhum valideynlərindən miras qalmış torpaq sahəsini isə qardaşı Turan əkib-becərmişdir. O özü həmin torpaq sahəsində də iştirak etməmişdir. O, miras əmlakdan payla əlaqədar notariusa müraciət etməmişdir. O, həmçinin vəsiyyətnamənin də etibarsız hesab edilməsini istəyir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. İddia tələbi barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X38 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, iddia tələbini müdafiə edir. Valideynlərindən miras qalmış fərdi yaşayış evini o özü erməni milliyyətli şəxsdən almışdır. Ev alındıqdan 8 ay sonra isə o, ayrı evə köçmüşdür. Mərhum valideynlərindən miras qalmış torpaq sahəsini isə qardaşı Turan əkib-becərmiş, Niyaməddin isə ehtiyacı olduqda Turandan məhsul almışdır. O özü həmin torpaq sahəsində də iştirak etməmişdir. X13 dayısı qızı ilə evlənmiş, 2000-ci ildən sonra isə Bakı şəhərinə getmiş, lakin tez-tez gələrək valideynlərinə baş çəkmişdir. O, həmçinin vəsiyyətnamənin də etibarsız hesab edilməsini istəyir. O, miras əmlakdan payla əlaqədar notariusa müraciət etməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh4 cavabdeh qismində işə cəlb edilmiş, o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında eyni zamanda cavabdeh olan Cavabdeh2 onu qanuni nümayəndəsi kimi təmsil etmişdir. Cavabdeh4 qanuni nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Onlar cəmi 9 bacı qardaşdırlar. X38 1957-ci il tarixdə , X43 1959-cu il tarixdə, X42 1962-ci il tarixdə, X36 1971-ci il tarixdə, Cavabdeh3 1973-cü il tarixdə, o- Elləzov Nı̇ yaməddı̇ n Ruşənəlı̇ oğlu 1980-cı il tarixdə, X48 1967-ci il tarixdə, X32 1964-cü il tarixdə və X23 1969-cu il tarixdə anadan olmuşlar. X8 1992-ci il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən evin həyətyanı torpaq sahəsi 0,04 hektardır. İddiaçı 2000-ci il tarixdən Bakı şəhərində yaşayır. Atası sağlığında onu öz yanına çağırmışdır ki, Cavabdeh1 əməkdaşını çağırsın, ünvan 1 ünvanında yerləşən evini həyətyanı torpaq sahəsi ilə birlikdə onun oğluna vəsiyyət etsin. Bu zaman atasının görmə qabiliyyəti zəif olsa da tam məhdud olmamış, o özünü idarə etmə iqtidarında olmuşdur. 21 yanvar 2013cü il tarixdə Cavabdeh1 Oğuz şəhəri Cavanşir küçəsi dalan 3 ev 1 ünvanında yerləşən evini həyətyanı torpaq sahəsi ilə birlikdə onun oğlu X25 vəsiyyət etmiş və reyestrdə 2-V/98 nömrə ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi faktiki olaraq Turanın istifadəsində olmuş və həmin torpaq sahəsini əkib-becərmişdir. O, özünə lazım olduqda Turandan məhsul almışdır. İddiaçı tələbində onu və qardaşı Cavabdeh3 ləyaqətsiz vərəsə hesab edilməsi, 2V-460 və 2V-461 saylı qanun üzrə vərəsəlik şəhadətnamələrinin ləğv edilməsini istəyir. İdddia tamamilə əsassızdır. Ata və anası vəfat edən tarixədək o və qardaşı Cavabdeh3 onlara qulluq etmişlər. İddia tamamilə əsassızdır. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının Cavabdeh3 iştirakı olmadan davam etdirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Cavabdeh3 iştirak etdiyi əvvəlki məhkəmə iclasında məhkəməyə göndərdiyi etirazına uyğun izahat verərək bildirmişdir ki, iddiaçılar X48, X43 və X38 tərəfindən ona və digər cavabdeh X9 qarşı verilmiş iddia ərizəsində onların ləyaqətsiz vərəsə hesab edilib qanuni vərəsəlik hüquqları haqqında şəhadətnamələrin ləğv edilərək xx.xx.2001-ci il tarixdə vəfat etmiş X5ndan və xx.xx.2015-ci il tarixdə vəfat etmiş ataları X7 miras qalmış Oğuz şəhərində yerləşən 0,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Oğuz şəhəri, Cavanşir küçəsi, 3-cü dalanda yerləşən 1 saylı evin vərəsəlik hüquqi əsasında iddiaçılara verilməsinə dair tələblərinin hüquqi əsasın Oğuz şəhəri, Cavanşir küçəsi, 3-cü dalanda yerləşən 1 saylı evin alınmasına onlar tərəfindən pul ödənilməsi, valideynləri vəfat etdikdən sonra miras qalmış torpaq sahəsinin və evin onlar tərəfindən faktiki qəbul edilərək idarə edilməsi, onların digər qardaşlarına məlumat vermədən vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqlarının yaxın günlərdə onlara məlum olduğu, bununla da onlar tərəfindən miras qoyanın son iradəsinin həyata keçirilməsinə maneçilik törədilərək öz miras paylarını artırdıqları üçün MM-nin 1137-ci maddəsinə əsasən ləyaqətsiz vərəsə hesab edilməkləri təşkil edir. Onlara qarşı verilmiş iddianın faktiki, hüquqi və mənəvi əsası yoxdur. Belə ki, qeyd edilən tarixlərdə iddiaçılar valideynləri ilə birlikdə yaşamayaraq ailə üzvü olmamışlar, evin alınmasına onlar tərəfindən heç bir vəsait ödənilməmişdir, bu səbəbdən onlar ailə üzvü olmadığı üçün onlara valideynləri və onlarla birlikdə pay torpağı verilməmişdir. X5 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir, həmin tarixdən miras açılmışdır, ataları X24 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir, həmin tarixdən miras açılmışdır, biz xx.xx.2021-ci il tarixdə, yəni mərhum anaları ilə bağlı miras açıldıqdan 20 il, 03 ay,04 gün sonra, mərhum ataları ilə bağlı miras açıldıqdan 06 il,03 ay, 06 gün sonra qanuni vərəsəlik hüquqları haqqında şəhadətnamələri almışlar. Bu müddət ərzində iddiaçıların analarının və atalarının vəfat edərək mirasın açılması barədə necə olur ki,məlumatları olmamışdır, onlar necə övladlardılar. Bundan əlavə qanunvericilikdə onların vərəsəlik hüququ haqqında şəhadətnamə almaqları barədə iddiaçılara məlumat vermək öhdəlikləri nəzərdə tutulmamışdır. Onlar qardaşlarını tutub saxlamamışlar, bu müddət ərzində onlar notariusa müraciət edə bilərdilər, lakin etməmişlər. Miras qoyanın son iradəsi ilə bağlı bildirir ki, iddiaçılar valideynləri yaşamamışlar, onlara baxmamışlar, valideynləri kiçik qardaşı X21 ilə birlikdə yaşamışlar, valideynlərinə o baxmışdır, buna əsasən də ataları X6 iradəsini ifadə edərək əmlakını nəvəsi X25 vəsiyyət etmişdir. İddiaçıların miras qalmış əmlakları faktki qəbul edərək idarə etməkləri barədə göstərdikləri ilə bağlı olaraq bildirir ki,onlar miras qalmış evdə yaşamamışlar, orada kiçik qardaşı X21 yaşamışdır, hal-hazırda da ailəsi ilə birlikdə yaşayır. Miras qalmış torpağa isə o Niyaməddinlə birlikdə sahiblik və istifadə etmişlər, 2021-ci il tarixdə isə torpağı sataraq özgəninkiləşdirmişlər. İddiaçılar miras qalmış əmlakları faktiki qəbul etməmişlər, onların miras qalmış evi və torpağı faktiki qəbul edərək idarə etməkləri barədə bildirdikləri həqiqət deyildir, bu səbəbdən onların torpağın özgəninkiləşdirilməsi barədə məlumatları yoxdur və bu fakt onların həqiqəti bildirmədiklərini təsdiq edir. Beləliklə ona və digər cavabdeh X9 qarşı verilmiş bizim ləyaqətsiz vərəsə hesab edilib xx.xx.2021-ci il tarixli qanuni vərəsəlik hüquqları haqqında şəhadətnamələrin ləğv edilərək xx.xx.2001-ci il tarixdə vəfat etmiş X5ndan və xx.xx.2015ci il tarixdə vəfat etmiş ataları X7 miras qalmış Oğuz şəhərində yerləşən 0,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Oğuz şəhəri, Cavanşir küçəsi, 3-cü dalanda yerləşən 1 saylı evin vərəsəlik hüquqi əsasında iddiaçılara verilməsinə dair tələblərinin faktiki, hüquqi və mənəvi əsası yoxdur və iddia təmin edilməməlidir. Eyni zamanda iddianın hüquqi əsasının olmamasından əlavə iddia müddəti buraxılmaqla verilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş edir. Cavabdeh Oğuz rayon Notariat Ofisinin xüsusi notariusu X51 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının Oğuz rayon Notariat Ofisinin xüsusi notariusu X39 iştirakı olmadan davam etdirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Cavabdeh Oğuz rayon Notariat Ofisinin xüsusi notariusu X51 iştirak etdiyi əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2V-460 və 2V-461 saylı qanun üzrə vərəsəlik şəhadətnamələri tərtib edilən zaman o Oğuz rayon Notariat Ofisində işləməmişdir. X2 tərəfindən X25 notariat qaydada təsdiq edilmiş 21 yanvar 2013-cü il tarixli vəsiyyətnamə tərtib olunan zaman o Oğuz rayon Notariat Ofisinin xüsusi notariusu olmuşdur. Həmin vəsiyyətnamə şahidlərin iştirakı ilə tərtib olunmuşdur. Vəsiyyətnamə qanuni və əsaslıdır. Vəsiyyətnamə Oğuz rayon Notariat Ofisində tərtib olunmuşdur. Vəsiyyət qoyan şəxsi o çox yaxşı tanıyır. Həmin şəxs onun qonşusu olmuşdur. Şəxsən həmin şəxs Notariat Ofisinə müraciət etmişdir. Həmin tarixdə kompyüter sistemi yox idi. Notariat Ofisinin əməkdaşı vəsiyyətnaməni iki nəfər şahidin iştirakı ilə tərtib edirdi. Həmin şəxsləri dəvət edilib şahid qismində dindirilə bilər. Həmin vəsiyyətnaməni də Oğuz rayon Notariat Ofisinin nümayəndəsi tərtib etmişdir. X24 isə imza çəkmişdir. Təlimatda qeyd edilir ki, əgər vəsiyyət qoyan lal, kor, kardırsa o halda həmin vəsiyyətnamədə qeyd edilir ki, onun razılığı ilə vəsiyyətnamə başqa şəxs tərəfindən tərtib edilir. Vəsiyyətnamənin kimin tərəfindən tərtib olunduğu həmin vəsiyyətnamədə qeyd edilməli deyil. Qeyd etdikləri 2012ci ilin notariat haqqında təlimatında mövcuddur. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddia tələbi barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X32 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 1995-ci ildə ailə quraraq valideynlərinin evindən getmişdir. Qardaşı İddiaçı 1998-ci ildə öz dayısı qızı ilə ailə quraraq Bakı şəhərinə getmişdir. İddiaçı 2000-ci ildən sonra qonaq kimi valideynlərinin evinə gəlib getmişdir. Qardaşları Niyaməddin və Turan isə əvvəlcədən o evdə yaşamış, sonra Turan həmin evdən köçmüşdür. Eyni zamanda, onun atasının bir gözü tam görməsə də, digər gözü az da olsa görürdü. Belə ki, o özü hərəkət edirdi. Onun qardaşları Cavabdeh3 və Cavabdeh2 onun iştirakı olmadan dövlət tərəfindən verilən kənd təsərrüfatı təyinatlı 0.93 ha torpağı satmalarına heç bir etirazı yoxdur. Atası və anasından miras qalmış ünvan 3 ünvanında yerləşən mülkdən ona düşən ev və həyətdən payının qardaşı Cavabdeh2 Ruşanəli oğluna bağışlanmağını və qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İddia tələbi barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X23 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin və yaşayış binasının qardaşı Niyaməddin Ellazovun mülkiyyətinə keçməsinə etiraz etmir. Onların satılması və ya üçüncü şəxslərə bağışlanması yolu ilə özgəninkiləşdirilməsinə də etiraz etmir. Gələcəkdə heç bir iddiası olmayacaqdır. Azərbaycan Respublikasından kənarda yaşadığına görə üzrlü səbəblərdən şəxsən işdə iştirak edə bilməyəcəyi üçün fikrinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclasının X10 iştirakı olmadan davam etdirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İddia tələbi barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X42, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini qərara almışdır. Mülki iş materiallarını tədqiq edən və işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, mərhum X24 ilə X26 ildə nikaha daxil olması, X26 xx.xx.2001ci il tarixdə, X24 isə xx.xx.2015-ci il tarixdə ölmüşdür. X11 və X26 adına Oğuz şəhərində (4 nəfər birgə) 0,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması, JN seriyalı, 902A nömrəli, 40501004 kod nömrəli Torpağa mülkiyyətə hüququna dair şəhadətnamədə və Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışda göstərilmiş 0,0820 hektar həyətyanı torpaq sahəsinin 0,04 ha hissəsi (4 nəfər birgə) və həmin torpaq sahəsinin 0,042 ha hissəsi və onun üzərində yerləşən 1 fərdi yaşayış evinin X11 adına qeydiyyata alınması, X34 2000-ci ilədək X22 1989-cu ilədək (evi aldıqdan 8 ay sonra oradan köçdüyünü dediyinə və evin 198-cu il tarixdə alınmasına istinadla), X28 isə 1994cü il tarixədək həmin fərdi evdə daimi yaşadığı, lakin həmin tarixdən sonra daimi yaşamamaqla köçüb getdikləri, X1 xx.xx.2013-cü il tarixdə ünvan 4 ünvanında yerləşən yaşayış evini ümumi həyətyanı torpağı ilə birlikdə nəvəsi Cavabdeh4 vəsiyyət etməsi, Cavabdeh2 və Cavabdeh3 mərhum valideynləri X24 və X17 miras qalmış, **********34 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Oğuz şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.93 ha olan torpaq sahəsinin mərhumlara məxsus hissəsindən onların hər birinin ½ hissədə payının müəyyən edilməsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaları, Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətlərində olan 0.93 ha torpaq sahəsini 3000 manat müqabilində "xxxx" MMC-yə satmaları , mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması işə əlavə edilmiş aşağıdakı sənədlərlə təsdiq olunur: - Oğuz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 192739 nömrəli, xx.xx.2021-ci il tarixli və AZ-İ seriyalı, 745574 nömrəli, xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X37 xx.xx.2001-ci il tarixdə, X24 isə xx.xx.2015-ci il tarixdə ölmüşdür; - JN seriyalı, 902A nömrəli, 40501004 kod nömrəli Torpağa mülkiyyətə hüququna dair şəhadətnamənin və Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayış surətlərindən Oğuz şəhərində yerləşən 0,0820 hektar həyətyanı torpaq sahəsinin 0,04 ha hissəsi X24, X37, Cavabdeh3 və Cavabdeh2 birgə mülkiyyətində, həmin torpaq sahəsinin 0,042 ha hissəsi və onun üzərində yerləşən fərdi evinin isə X11 tam mülkiyyətində olması aydın olur. - xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi surətindən Oğuz şəhərində yerləşən 0.93 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X24, X37, Cavabdeh3 və Cavabdeh2 birgə mülkiyyətində olması aydın olur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli **********87 reyestr nömrəli, fərdi yaşayış evinin Texniki Pasportundan aydın olur ki, ünvan 5 ünvanında yerləşən sahəsi 42.4 kv.metr olan fərdi yaşayış evi ilə bağlı X47in adına texniki pasport vardır. - xx.xx.2021-ci il tarixli 2V-460 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X26 vərəsələri Cavabdeh3 və Elləzov X4 Fizzə Həsən qızından miras qalmış DƏDRX-nın 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********34 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Oğuz şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.93 ha olan torpaq sahəsinin mərhuma məxsus hissəsindən onların hər biri ½ hissədə pay almışdır. - xx.xx.2021-ci il tarixli 2V-461 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X11 vərəsələri Cavabdeh3 və Cavabdeh2 X7 miras qalmış DƏDRX-nın 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********34 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Oğuz şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.93 ha olan torpaq sahəsinin mərhuma məxsus hissəsindən onların hər biri ½ hissədə pay almışdır. - xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 DƏDRX-nın 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh3 verilmiş **********34 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrində Çıxarışa əsasən paylı mülkiyyətlərində olan 0.93 ha torpaq sahəsini 3000 manat müqabilində "xxxx" MMC-yə satmışlar. - xx.xx.2013-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X3 şəhəri, Cavanşir küçəsi, dalan 3, ev 1 ünvanında yerləşən yaşayış evini ümumi həyətyanı torpağı ilə birlikdə nəvəsi Cavabdeh4 vəsiyyət etmişdir. - xx.xx.2025-ci il tarixdə dublikatı verilmiş məlumatdan görünür ki, X27 xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək stasionar müalicə almış, onun gözlərindən birinin VisOD=0 (sıfır), digərinin isə VisOS=0.02 kimi olduğu qeyd edilmişdir. İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxslər X28, X22 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Oğuz rayon Notariat Ofisinə qarşı Cavabdeh2 və X29 ləyaqətsiz vərəsə hesab edilməsi, Oğuz rayon notariat ofisi tərəfindən Cavabdeh2 və X33 reyestr 2 V-460 saylı və reyestr 2 V 461 saylı, 01 dekabr 2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, atası X24 tərəfindən X19 verilmiş, notariat qaydada təsdiq edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, 27 avqust 2001-ci il tarixdə vəfat etmiş mərhum X12ndan, 25 avqust 2015-ci il tarixdə vəfat etmiş atası X7 miras qalmış Oğuz rayonu Cavanşir küçəsi, 3 dalanda yerləşən 1 saylı evə və miras əmlak olan Oğuz şəhərində kənd təsərrüfatı təyinatlı 0.46 ha çıxarışlı torpaq sahələrinin ona verilməsini tələb etməsi isə mülki işin mübahisəli hallarıdır. Mülki işin mübahisəli hallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə bildirir ki, iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxslərin belə bir tələblə müraciət etmək hüququ onların mərhum atası X7 və X12ndan qalmış miras əmlakın qəbul edilməsi faktından, yənin onun həqiqi vərəsə statusuna malik olmasından asılıdır. Çünki vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və mərhum valideynlərindən qalan payların onlara verilməsinin mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun yaranması məhz iddiaçının miras qoyanlardan qalmış əmlakın qəbul edilməsindən sonra mümkündür. Əks təqdirdə onlar, digər vərəsələrin mirasın qəbul edilməsi və ondan irəli gələn hərəkətləri mübahisələndirə bilməz. Məhkəmə mülki işin qeyd edilən halının hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mirasın qəbul edilməsi üçün ilkin şərt mirasın açılmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinin məzmunundan isə aydın olur ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki iş materialları ilə miras qoyan X11 xx.xx.2015-ci ildə, X26 isə xx.xx.2001-ci ildə ölməsi sübuta yetirilir. Yəni onların ölümü ilə miras açılmış və həmin anlardan sonra miras əmlak üzrə müəyyən şəxslər-vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüququnu həyata keçirmək və miras əmlakı əldə etmək imkanı qazanmışdı. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyanlar tərəfindən vəsiyyətnamə tərtib edilməsi müəyyən edilməmişdi. Belə olan halda isə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilir. Qanun üzrə vərəsələrin dairəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən qanun üzrə vərəsəliyin beş növbəsi fərqləndirilir. Qeyd edilən Məcəllənin 1159.1.1-ci maddəsinin mahiyyətinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılır. Məhkəmə həmçinin onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanunvericiliyin sadalanan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, X37 xx.xx.2001-ci ildə öldüyü zaman sağ olan əri və övladları onun qanun üzrə vərəsəsi sayılır. Tərəflər məhkəməyə X11 vərəsələrinin dairəsi ilə bağlı hər hansı bir sübut təqdim etməsə də, işdə iştirak edən şəxlərin məhkəmədə verdiyi izahatlarından onun vərəsələrinin mərhumun xx.xx.2015-ci ildə öldüyü vaxt sağ olan övladları olması müəyyən edilir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 94-cü bəndinə görə mirasın tərkibinə ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Miras qoyanın qanunla müdafiə edilən əmlak və şəxsi qeyri-əmlak hüquqlarına zərər vurulması ilə əlaqədar dəymiş ziyanın ödənilməsi haqqında tələb vərəsələrə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257-ci maddəsində isə mirası qismən qəbul etməyin yolverilməzliyi prinsipi öz əksini tapmışdır. Mülki Məcəllənin yuxarıda qeyd edilən normaları özündə miras əmlakın tamlığı,bütövlüyü prinsipini ehtiva edir. Miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, fiziki şəxsin ölməsi vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur. Bu münasibətlər isə öz növbəsində subyektiv vərəsəlik hüququnu müəyyənləşdirir. Yəni vərəsəlik münasibətlərində iştirak edən şəxs subyektiv vərəsəlik hüququ əldə edir. Bu hüququ əldə şəxs isə vərəsəliyə çağırılmış olur. Vərəsəliyə çağırılmaq isə özündə həmin şəxsin vərəsələr dairəsinə daxil olmasını ifadə edir, yəni şəxs mümkün vərəsə sayılır. Mümkün vərəsə dedikdə mirası əldə etmək hüququ və ya imkanı olan şəxs başa düşülür. X1 xx.xx.2015-ci ildə və X26 xx.xx.2001-ci ildə ölümü ilə onların övladlarından cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vərəsəliyə çağırılmış və ya mümkün vərəsələr hesab edilmişlər. Qanunvericiliyin tələbinə görə isə mirasın açılması, şəxsin subyektiv vərəsəlik hüququ əldə etməsi, onun vərəsəliyə çağırılması miras əmlakı əldə etməyə kifayət etmir. Qeyd edilənlər şəxsə yalnız miras əmlakı əldə etmək şansı verir. Həmin şəxs o halda miras əmlakı əldə edilə bilər ki, miras əmlakın əldə edilməsinə öz razılığını ifadə etsin. Yəni mirasın qəbulu şəxsin iradəsindən asılı olduğuna görə o hüquqi hərəkət sayılır. Bu fakt nəticəsində, yəni öz razılığını ifadə etməklə şəxs subyektiv vərəsəlik hüququ həyata keçirmiş olur ki, bu hüquqi addımdan sonra o həqiqi vərəsə (mirası qəbul etmiş mümkün vərəsə) statusunu əldə edir. Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 26 dekabr tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Həmin Qərarla Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 26 dekabr tarixli Qərarı qəbul edildikdən sonra məhkəmənin icraatına daxil olmuş, iş üzrə vərəsəlik münasibətləri də yuxarıda qeyd edilən Qərarın qəbul edilməsindən əvvəl yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyd edilən qərarın hüquqi qüvvəsi hazırki işə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əgər miras əmlak üzrə miras qoyanın bir neçə vərəsəsi olsa bu zaman hər bir vərəsə mirası müstəqil qəbul etməlidir. Həmçinin qeyd edilən Məcəllənin 1246-ci maddəsində mirasın qəbul edilməsinin müddəti əks edilmişdir ki, həmin normaya əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından görünür ki, Azərbaycan Respublikası mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal–faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Mirasın faktiki qəbulu üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olur. Mirasın faktiki idarə edilməsi isə üsulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə görə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. İddiaçı və iddia predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X43, X38 mərhum X24 və X17 miras qalan əmlakın qəbul edilməsi barədə sübutlarını məhkəməyə təqdim etməmişlər. Bununla yanaşı məhkəmə iddiaçını onun hər il Oğuz şəhərinə gəlməklə evə baş çəkməsi, orada 15-20 gün qalması, fərdi yaşayış evində olan əşyalardan istifadə etməsi və s. bu kimi hərəkətləri ilə miras əmlakı qəbul etmiş hesab edilməsi ilə bağlı xüsusatlara tənqidi yanaşır. Belə ki, iddiaçı qeyd edilən fərdi yaşayış evində daimi yaşamamış, orada, eləcə də torpaq sahələrində təsərrüfat aparmamışdır. O, yalnız müəyyən vaxtlarda qısa müddətə qonaq kimi gəlmişdir. Bütün bunlar isə öz-özlüyündə iddiaçının mirası qəbul etdiyini deməyə əsas vermir. Eyni zamanda iddia predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X43, X38 1989-cu və 1994-cü il tarixdən həmin evdə yaşamadıqlarını, yalnız qardaşlarının onlardan xəbərsiz şəhadətnamə aldıqları üçün hazırki tələblə məhkəməyə müraciət etdiklərini məhkəmə iclasında verdikləri izahatlarında etiraf etmişlər. Eyni zamanda onlar torpaq sahəsinin də Cavabdeh3 faktiki sahibliyi və istifadəsində olduğunu bildirmişlər. Eyni zamanda, şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 29 iyul tarixli Qərarı). Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal dedikdə isə elə hallar nəzərdə tutulur ki, şəxsin bu barədə məlumatının olmaması həyatın normal axarına uyğun gəlməməklə mümkünsüz olur. Beləliklə, göründüyü kimi şəxsin valideynlərinin vəfatı barədə məlumatının olmaması həyatın normal axarına uyğun gəlmədiyindən vərəsələrin mirası qəbul etmək üçün müəyyən edilmiş 3 aylıq müddətin axımı vərəsəliyə çağırıldığını bilməli olduğu gündən, yəni valideynlərinin vəfat etdiyi vaxtdan başlanmalıdır. İddiaçı və iddia tələbi barədə müstəqil tələb irəli sürən üçüncü şəxslərin miras əmlakdan pay tələb etdikləri təqdirdə vərəsəliyə çağırıldığını bilməli olduğu gündən üç ay ərzində, lakin miras açıldığı gündən 6 aydan gec olmayaraq mirası qəbul etməli idilər. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda qeyd edilənləri ümumiləşdirək məhkəmə belə hesab edir ki, X47 və iddia predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X43, X38 valideynlərindən qalmış mirası qəbul etməsi ilə bağlı məhkəməyə sübut təqdim etmədiyindən onların tələbləri əsaslı sayıla bilməz. Yuxarıda da qeyd edildiyi ki, iddiaçının və iddia predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, valideynlərindən miras qalmış əmlakın onlara verilməsi, vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbini irəli sürməsi üçün ilk olaraq onlar həqiqi vərəsə statusu əldə etməli və ya mirası qəbul etməlidirlər. Çünki şəxs yalnız bundan sonra miras əmlaka mülkiyyət hüquq əldə etməklə, həmin əmlak barəsində onun mənafeyini pozan hərəkət və ya qərarları mübahisələndirmək hüququ əldə edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən (mirasın açıldığı vaxt qüvvədə olmuş) qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. X47, X43 və X38 isə valideynlərindən miras qalmış əmlakın qəbul edilməsi və ya həqiqi vərəsə statusu əldə edərək miras əmlak üzərində mülkiyyət hüququ əldə etməsi bağlı məhkəmə mötəbər sübut təqdim etmədiklərindən onun valideynlərindən qalmış miras barəsində digər vərəsələr tərəfindən həyata keçirdiyi hüquqi hərəkətlərin qanunsuz və əsassızlığını mübahisələndirmək hüququ mövcud deyil. Çünki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli qərarına əsasən subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə eyni zamanda, iddiaçının nümayəndəsinin izahatında qeyd etdiyi, X11 vəsiyyətnamə tərtib edilən zaman gözlərinin görməməyi, vəsiyyət edənin kor olduğu üçün vəsiyyətnamənin 3 şahidin yanında tərtib edilməli olduğu, lakin bu tələbə əməl olunmadığı ilə bağlı xüsusatlara tənqidi yanaşır. Belə ki, X11 gözlərinin sağlamlıq vəziyyəti ilə bağlı məhkəməyə təqdim olunmuş məlumatlardan mərhumun bir gözünün görmə dərəcəsinin 0 olduğu qeyd edilsə də, digər gözünün görmə dərəcəsinin 0.02 kimi olduğu göstərilmişdir. Bu isə X1 görmə qabiliyyətinin tam məhdud olmadığı anlamına gəlir. Eyni zamanda, həmin məlumatlar 2001-ci ilə aiddir və vəsiyyətnamə tərtib edilən vaxt, yəni xx.xx.2013-cü il tarixdə onun görmə qabiliyyətinin hansı dərəcədə olması barədə də məhkəməyə sənəd təqdim edilməmişdir. Həmçinin, vəsiyyətnamə iki şahidin iştirakı ilə tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1180.1-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Həmin Məcəllənin 1183.2-ci maddəsinə əsasən görmə qabiliyyəti tam məhdud və ya savadsız olan vəsiyyət edən vəsiyyət sərəncamını notariusda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılıb ona oxunmalıdır. Bundan əlavə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi barədə iddia ilə məhəkəməyə müraciət etmək müddəti də ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1231.1-ci maddəsinə əsasən vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. Göründüyü kimi, miras 2015-ci il tarixdə açılmış, iddiaçı və iddia predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər atalarının vəfat etdiyi barədə məlumatının olmaması həyatın normal axarına uyğun gəlməməklə mümkünsüz olduğundan onlar həmin tarixdən vərəsəlik münasibətlərinin yarandıqlarını bildikləri halda hazırki tələblə qanunvericiliklə müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməmişlər. Qeyd edilən əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbləri yuxarıda qeyd olan hissələrə dair əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda, məhkəmə iddia tələbinin Cavabdeh2 Ruşanəli oğlu və Cavabdeh3 ləyaqətsiz vərəsə hesab edilməsi ilə əlaqədar qeyd edir ki, iddia tələbinin həmin hissəsi də əsassızdır. Belə ki, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Yuxarıda qeyd edilən maddələrin məzmunundan da göründüyü kimi vərəsə o halda ləyaqətsiz vərəsə hesab edilə bilər ki, miras qoyanın son iradəsinin həyata keçirməsinə qəsdən maneə törətmiş və ya vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş olsun. Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Qeyd edilən normaların məzmunundan da görünür ki, vəsiyyət edənin son iradəsi onun vəsiyyətnamə tərtib etməsi kimi başa düşülür. Hazırki iş üzrə mübahisələndirilən vəsiyyətnamə Cavabdeh2 və Cavabdeh3 üçün deyil, Cavabdeh4 üçün tərtib edilmişdir. İddiaçı və iddia predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər Cavabdeh4 vəsiyyətnamə tərtib edilən zaman yetkinlik yaşına çatmayan şəxs olduğundan atası Cavabdeh2 vəsiyyət edənin son iradəsinə təsir edəcəyini güman etmiş olsalar belə bu faktı təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda tələblərində və izahatlarında hansı üsul və qaydada mane olduğunu yaxud qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətdiyini göstərməmişlər. İddiaçı və nümayəndəsi Cavabdeh2 və Cavabdeh3 digər vərəsələr barədə məlumat verməyərək miras əmlakı mənimsədikləri ləyaqətsiz vərəsə hesab edilməli olduğunu bildirsələr də, yuxarıda şərh olunanlardan da göründüyü kimi ləyaqətsiz vərəsəliyin əsasını vəsiyyət edənin məhz son iradəsinə mane olma təşkil etdiyindən iddiaçı və nümayəndəsi tərəfindən göstərilən əsas həmin şəxslərin ləyaqətsiz vərəsə hesab edilməsinə səbəb ola bilməz. Məhkəmə həmçinin, iddiaçı və iddia predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxslərin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin ləğv edilməsi və vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair tələbi təmin edilmədiyindən, həmin miras əmlaklar üzərində onların paylarının müəyyən edilməsi tələbi də təmin edilə bilməz, çünki sonuncu tələb əvvəlki tələbdən törəmədir. Eyni zamanda məhkəmə iddiaçının nümayəndəsinin qanunvericiliyin tələblərini pozma halları əsas tutularaq Oğuz rayon Notariat Ofisinin xüsusi notariusu X51 barəsində xüsusi qərardad çıxarılması barədə xahişi ilə bağlı bildirir ki, prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Yəni bu hal məhkəmənin səlahiyyətinə aiddir. Məhkəmə ona təqdim edilmiş sübutları və məhkəmədə dindirilmiş şəxslərin izahatlarını qanunvericiliyin tələbləri ilə qarşılıqlı və əlaqəli şəkində tədqiqinin yekunu olaraq belə hesab edir ki, İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxslər X43, X22 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Oğuz rayon Notariat Ofisinə qarşı X36, X32, X23 və X42, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh2 Ruşanəli oğlu və Cavabdeh3 ləyaqətsiz vərəsə hesab edilməsi, vəsiyyətnamənin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxslər X43, X22 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Oğuz rayon Notariat Ofisinə qarşı X36, X32, X23 və X42, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh2 Ruşanəli oğlu və Cavabdeh3 ləyaqətsiz vərəsə hesab edilməsi, vəsiyyətnamənin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq tələbi əsassız olduğundan təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(054)-44/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-44/2025
20.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver