Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-37/2025 09.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad olunması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa rayon İcra Hakimiyyətinin sərəncamı və icarə müqaviləsi əsasında ona məxsus 4,7 hektar örüş torpaq sahəsinin Cavabdeh tərəfindən zəbtdən azad olunmasını və ödədiyi 100,40 manat dövlət rüsumunun da cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək yaranmış zərurətlə əlaqədar iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin əsllərinin ona geri qaytarılmasınını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Eyni zamanda, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə 14221301 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba 100 manat dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə iddiaçı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, cavabdeh buna etiraz etmədiyindən, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad olunması tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalı, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə 14221301 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 114.1.3, 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad olunması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı qaytarılsın. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə 14221301 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-37/2025
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-37/2025
09.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver