Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-383/2024 05.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağstafa rayonunun Notariat Ofisinə qarşı «miras əmlakın vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi, vərəsələr arasında paylara bölünməsi və həmin paylara müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ilə məhkəməyə müraciət edərək, mərhum qayınatası X2 ərləri X9 və X17 miras qalmış Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən 1967-ci ildə tikilmiş, iki otaqlı, yaşayış sahəsi 50,8 kv.metr, köməkçi sahəsi 88,8 kv.metr, ümumi sahəsi 139,6 kv.metr olan yaşayış evinin və Ağstafa rayon Aqrar İslahat Komissiyasının 04 sentyabr 2000-ci il tarixli 05 №-li qərarı ilə Ağstafa rayonunun Dağ Kəsəmən kəndindən JN-726 kodu 50200028 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 0,46 ha pay torpaq sahəsinin onlar tərəfindən miras əmlak kimi qəbul edilmiş hesab edilməsi, mirasın vərəsələr arasında paylara uyğun bölünməsi və həmin paylara müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 tələbini onunla əsaslandırmışlar ki, mərhum qayınataları X2 Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən 1967-ci ildə tikilmiş, iki otaqlı, yaşayış sahəsi 50,8 kv.metr, köməkçi sahəsi 88,8 kv.metr, ümumi sahəsi 139,6 kv.metr olan yaşayış evi və Ağstafa rayon Aqrar İslahat Komissiyasının 04 sentyabr 2000ci il tarixli 05 №-li qərarı ilə Ağstafa rayonunun Dağ Kəsəmən kəndindən JN-726 kodu 50200028 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 0,46 ha pay torpaq sahəsi miras olaraq qalmışdır. Ağstafa Rayon Məhkəməsinin 2(015)-180/2019 saylı, 26 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən qayınatasının vərəsələri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 1/7 hissədə payları müəyyən edilmiş və onlara həmin paylara uyğun müvafiq qanun üzrə vərəsəlik şəhadətnamələri verilmişdir. Həmin zaman onların ərləri X9 və X17 düşən 1/7 hissə miras əmlak payı açıq saxlanılmışdır. X12 xx.xx.1990-cı ildə, X20 isə xx.xx.2012-ci il tarixdə vəfat etmişlər. Onlar ərlərinə düşən paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Ağstafa rayonunun Notariat Ofisinə müraciət etmişlər və onlara məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 nümayəndəsi Nümayəndə iddia tələbi qəbul edərək təmin olunmasını xahiş etmişlər. Sonuncu məhkəmə iclasının yeri və vaxtı haqqında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağstafa rayonunun Notariat Ofisi lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağın mülkiyyət hüququna dair JN-726 kodu 50200028 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 04 sentyabr 2000-ci il tarixli 05 №-li qərarı ilə X4 və X13 Ağstafa rayonunun Dağ Kəsəmən kəndindən 0,46 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X12 xx.xx.1990-cı ildə, X20 isə xx.xx.2012-ci il tarixdə vəfat etmişlər. İş materiallarında olan nikahın bağlanılması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X6 arasında nikah xx.xx.1977-ci il tarixdə bağlanılmış, nikah bağlandıqdan sonra arvad Salahova soyadını qəbul etmişdir. İş materiallarında olan nikahın bağlanılması haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X1 arasında nikah xx.xx.1978-ci il tarixdə bağlanılmış, nikah bağlandıqdan sonra arvad Salahova soyadını qəbul etmişdir. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli 2(015)-180/2019 №-li qətnaməsinin surətindən müəyyən olunur ki, X3 X18 ilə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmaları, X3 2001-ci il aprelin 06-da, X10 isə 1997-ci il oktyabrın 27-də ölməsi, X2 Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən 1967-ci ildə inşa edilmiş iki otaqlı, yaşayış sahəsi 50,8 kv.metr, köməkçi sahəsi 88,8 kv.metr, ümumi sahəsi 139,6 kv.metr olan yaşayış evinin və Ağstafa rayon Aqrar İslahat Komissiyasının 04 sentyabr 2000-ci il tarixli 05 №-li qərarı ilə Ağstafa rayonunun Dağ Kəsəmən kəndindən JN-726 kodu 50200028 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 0,46 ha pay torpaq sahəsinin miras olaraq qalması, ölümündən sonra onların Cavabdeh2, Cavabdeh3, X12, X20, Cavabdeh1 və Cavabdeh4 ilə yanaşı X3 övladlığa götürdüyü 15 fevral 1987-ci il təvəllüdlü Cavabdeh5 ibarət 7 vərəsəsinin qalması, X8 1990-cı il oktyabrın 14-də, X15 isə 2012-ci il avqustun 10-da vəfat etməsi, birinci dərəcəli vərəsələrin mirası qəbul və əməli surətdə idarə etməyə başlamaları sübuta yetirildiyindən, X2 miras qalmış Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən 1967-ci ildə inşa edilmiş iki otaqlı, yaşayış sahəsi 50,8 kv.metr, köməkçi sahəsi 88,8 kv.metr, ümumi sahəsi 139,6 kv.metr olan yaşayış evinin və Ağstafa rayon Aqrar İslahat Komissiyasının 04 sentyabr 2000-ci il tarixli 05 №-li qərarı ilə Ağstafa rayonunun Dağ Kəsəmən kəndindən JN-726 kodu 50200028 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 0,46 ha pay torpaq sahəsinin vərəsələr tərəfindən miras əmlak kimi qəbul edilmiş hesab edilməli, 1/7 hissədə Cavabdeh1, 1/7 hissədə Cavabdeh2, 1/7 hissədə Cavabdeh3, 1/7 hissədə Cavabdeh4 və 1/7 hissədə Cavabdeh5 vərəsəlik payları müəyyən edilmiş, onlara həmin paylara uyğun müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Ağstafa rayonunun Notariat Kontoruna həvalə edilmiş, digər birinci dərəcəli vərəsələr X7 payına düşən 1/7 hissədə və X14 payına düşən 1/7 hissədə onların vərəsələri tərəfindən pay tələb edilmədiyindən açıq saxlanılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Göründüyü kimi Ağstafa Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə X7 və X14 hər birinin 1/7 hissədə miras əmlakdan payları müəyyən edilmiş və onların vərəsələri tərəfindən pay tələb edilmədiyindən açıq saxlanılmışdır. Buna görə də miras əmlakın qəbulu və payların müəyyən edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan bu halın yenidən araşdırılmasına əsas yoxdur. Məhkəmə X9 və X17 müəyyən edilmiş payların onların vərəsələri olan iddiaçılara verilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 5-ci bəndinə müvafiq olaraq, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə bərabər pay huquqlu birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Göründüyü kimi iddiaçılar İddiaçı1 X7, İddiaçı2 isə X14 həyat yoldaşı olmaqla onlar mərhumların birinci növbədə vərəsələr sayılırlar. Bu səbəbdən X2 miras qalmış yaşayış evinin və torpaq sahəsinin birinci dərəcəli vərəsələr X7 payına düşən 1/7 hissədə İddiaçı1, X14 payına düşən 1/7 hissədə isə İddiaçı2 vərəsəlik payları müəyyən edilməli və onlara həmin paylara uyğun müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilməlidir. Beləliklə, Məhkəmə iş üzrə sübutlara məcnu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, X2 miras qalmış Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən 1967-ci ildə inşa edilmiş iki otaqlı, yaşayış sahəsi 50,8 kv.metr, köməkçi sahəsi 88,8 kv.metr, ümumi sahəsi 139,6 kv.metr olan yaşayış evinin və Ağstafa rayon Aqrar İslahat Komissiyasının 04 sentyabr 2000-ci il tarixli 05 №-li qərarı ilə Ağstafa rayonunun Dağ Kəsəmən kəndindən JN-726 kodu 50200028 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 0,46 ha pay torpaq sahəsinin X7 payına düşən 1/7 hissədə İddiaçı1, X14 payına düşən 1/7 hissədə isə İddiaçı2 vərəsəlik payları müəyyən edilməli və onlara həmin paylara uyğun müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X2 miras qalmış Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən 1967-ci ildə inşa edilmiş iki otaqlı, yaşayış sahəsi 50,8 kv.metr, köməkçi sahəsi 88,8 kv.metr, ümumi sahəsi 139,6 kv.metr olan yaşayış evinin və Ağstafa rayon Aqrar İslahat Komissiyasının 04 sentyabr 2000-ci il tarixli 05 №-li qərarı ilə Ağstafa rayonunun Dağ Kəsəmən kəndindən JN-726 kodu 50200028 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 0,46 ha pay torpaq sahəsinin X7 payına düşən 1/7 hissədə İddiaçı1, X14 payına düşən 1/7 hissədə isə İddiaçı2 qanun üzrə vərəsəlik hüquqları tanınsın. Qətnamə əmlak üzrə paylara dair İddiaçı1 və İddiaçı2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-383/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-383/2024
05.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver