Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-407/2023 24.05.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X11 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı2, Cavabdeh, eyni zamanda Cavabdeh2 nümayəndəsi Cavabdeh3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və maraqlı şəxs Ağstafa rayonu Notariat ofisinə qarşı mirasın vərəsələr tərəfindən faktiki qəbul edilmiş hesab edilməsi, paylara uyğun qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və maraqlı şəxs Ağstafa rayonu Notariat ofisinə qarşı mirasın vərəsələr tərəfindən faktiki qəbul edilmiş hesab edilməsi, paylara uyğun qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edib göstərdi ki, onlar ailədə 7 övlad olmuş, bir nəfər qardaşı X7 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Onun bacı və qardaşları İddiaçı1, İddiaçı3, Cavabdeh1, İddiaçı2 və qardaşı Cavabdeh2dir. Mərhum anası X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. O, vəfat etdikdən sonra ondan Ağstafa şəhəri Ə.Nəbiyev küçəsi ev 38-də xx.xx.2015-ci il tarixli **********4 saylı qeydiyyat nömrəsi ilə fərdi yaşayış evi və xx.xx.2018-ci il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə Ağstafa şəhəri Qarabağ məhəlləsi 9-cu küçə, sahə 23 ünvanında yeləşən 0,06 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Onlar mərhum anaları X2 miras qalmış əmlakları qəbul etməsi barədə notariat ofisinə müraciət etmişlər, lakin notariat ofisi aralarında mübahisə olduğu üçün əmlaklara vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmiş, məhkəməyə müraciət etmələrini tövsiyyə etmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı, eyni zamanda İddiaçı3 nümayəndəsi İddiaçı1 İddiaçı2 qeyd etdiklərini təsdiq edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, eyni zamanda Cavabdeh2 nümayəndəsi Cavabdeh3 İddiaçı2 qeyd etdiklərini təsdiq edərək iddianı qəbul edib, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçılar İddiaçı3, İddiaçı1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, və maraqlı şəxs Ağstafa rayonu Notariat ofisinə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk növbədə iddiaçının miras əmlakın faktiki olaraq qəbul edilmiş hesab olunması tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qanunvericiliyin tələblərinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Miras isə istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. İşdə olan sənədlərlə müəyyən edilir ki, X3 X4 rəsmi nikahlarından İddiaçı1, İddiaçı3 və Cavabdeh1, Sabir Abdullayevlə nikahlarından Cavabdeh2 və Cavabdeh3, Qulu Allahverdiyevlə nikahlarından İddiaçı2, Paşa Abullayevlə nikahlarından isə X6 adlı 7 uşaqları anadan olmuşdur. X10 xx.xx.1989-cu il tarixdə, qardaşları İlqar Abdullayev xx.xx.2001-ci il tarixdə, anaları Qəribə Abdullayeva isə xx.xx.2021-ci il tarixdə vəfat etmişlər. Sonuncu vəfat etdikdən sonra ondan Ağstafa şəhəri Ə.Nəbiyev küçəsi ev 38də xx.xx.2015-ci il tarixli **********4 saylı qeydiyyat nömrəsi ilə fərdi yaşayış evi və xx.xx.2018-ci il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə Ağstafa şəhəri Qarabağ məhəlləsi 9-cu küçə, sahə 23 ünvanında yeləşən 0,06 ha həyətyanı torpaq sahəsi miras qalmış, onun sağ qalmış övladları birinci dərəcəli qanun üzrə vərəsə kimi həmin miras əmlakdan pay almaq hüquqları yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-nin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. MM-nin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-nin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-nin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. MM-nin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-nin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-nin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda qeyd olunur ki, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut, vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd olmuş olsun. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, X3 X4 rəsmi nikahlarından İddiaçı1, İddiaçı3 və Cavabdeh1, Sabir Abdullayevlə nikahlarından Cavabdeh2 və Cavabdeh3, Qulu Allahverdiyevlə nikahlarından İddiaçı2, Paşa Abullayevlə nikahlarından isə X6 adlı 7 nəfər uşaqlarının anadan olması, Hayqaz Zeynalovun xx.xx.1989-cu il tarixdə, İlqar Abdullayevin xx.xx.2001-ci il tarixdə, Qəribə Abdullayevanın isə xx.xx.2021-ci il tarixdə vəfat etməsi, sonuncu vəfat etdikdən sonra ondan Ağstafa şəhəri Ə.Nəbiyev küçəsi ev 38-də xx.xx.2015-ci il tarixli **********4 saylı qeydiyyat nömrəsi ilə fərdi yaşayış evi və xx.xx.2018-ci il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə Ağstafa şəhəri Qarabağ məhəlləsi 9-cu küçə, sahə 23 ünvanında yeləşən 0,06 ha həyətyanı torpaq sahəsi miras qalması, İlqar Abdullayevin subay olması, onun ölümündən sonra qanun və ya vəsiyyət üzrə vərəsələrinin olmaması, iddiaçı və onun bacı-qardaşlarının, cəmi 6 nəfər şəxsin birinci dərəcəli qanun üzrə vərəsə kimi həmin miras əmlakdan pay almaq hüquqlarının yaranması, lakin sağ qalmış vərəsələrin valideynlərindən qalmış miras payı tələb etməsi məhkəmə iclasında öz təsdiqini tapdığından iddia təmin olunmalı, mərhum X1 miras qalmış Ağstafa şəhəri Ə.Nəbiyev küçəsi ev 38-də xx.xx.2015-ci il tarixli **********4 saylı qeydiyyat nömrəsi ilə fərdi yaşayış evinin və xx.xx.2018-ci il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə Ağstafa şəhəri Qarabağ məhəlləsi 9-cu küçə, sahə 23 ünvanında yeləşən 0,06 ha həyətyanı torpaq sahəsinin 1/6 (altıda bir) hissəsinə İddiaçı1, 1/6 (altıda bir) hissəsinə İddiaçı3, 1/6 (altıda bir) hissəsinə Cavabdeh1, 1/6 (altıda bir) hissəsinə Cavabdeh2, 1/6 (altıda bir) hissəsinə Cavabdeh3, 1/6 (altıda bir) hissəsinə isə İddiaçı2 qanun üzrə vərəsəlik hüquqları tanınmalı və həmin əmlak paylarına dair onlara müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. X1 miras qalmış Ağstafa şəhəri Ə.Nəbiyev küçəsi ev 38-də xx.xx.2015-ci il tarixli **********4 saylı qeydiyyat nömrəsi ilə fərdi yaşayış evinin və xx.xx.2018-ci il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə Ağstafa şəhəri Qarabağ məhəlləsi 9-cu küçə, sahə 23 ünvanda yeləşən 0,06 ha həyətyanı torpaq sahəsinin 1/6 (altıda bir) hissəsinə İddiaçı1, 1/6 (altıda bir) hissəsinə İddiaçı3, 1/6 (altıda bir) hissəsinə Cavabdeh1, 1/6 (altıda bir) hissəsinə Cavabdeh2, 1/6 (altıda bir) hissəsinə Cavabdeh3, 1/6 (altıda bir) hissəsinə isə İddiaçı2 qanun üzrə vərəsəlik hüquqları tanınsın. Qətnamə əmlak üzrə paylara dair İddiaçı1, İddiaçı3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və İddiaçı2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-407/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-407/2023
24.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver