Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-41/2024 18.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 İsa oğluna və Cavabdeh6 qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 İsa oğluna və Cavabdeh6 qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən istifadəsində olan Ağsatafa şəhəri Ağamalıoğlu küçəsi, ev 10 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin zəbt olunmuş 110 kv.m hissəsindən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun anası X1 məxsus Ağsatafa şəhəri Ağamalıoğlu küçəsi, ev 8 ünvanında yaşayış evi vardır. Həmin yaşayış evi hazırda onun istifadəsindədir. Cavabdehlər onun qonşusudur. Cavabdehlər onun istifadəsində olan həyətyanı torpaq sahəsinin 110 kv.m hissəsini zəbt etmişdir. Cavabdehlərə dəfələrlə işin sülh yolu ilə həll olunması təklif etsə də müsbət nəticə əldə edə bilməmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək iddiaçının torpaq sahəsini zəbt etməməsini bildirdi.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 İsa oğluna və Cavabdeh6 rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.
6. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır.
7. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan RX ******* saylı çıxarışın və texniki pasportun surətindən görünür ki, X1 məxsus ünvan 1 ünvanında yaşayış evi vardır.
9. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı istifadəsində olan torpaq sahəsi elektron baza məlumatlarına əsasən X2 mülkiyyətində olan torpaq sahəsidir. Həmin mülkiyyətdə olan torpaq sahəsi İddiaçı istifadə etdiyi torpaq sahəsinin daxilində yerləşir. Elektron baza məlumatlarına əsasən iddiaçının istifadəsində olan torpaq sahəsi ilə cavabdehlərin torpaq sahələri üst-üstə düşmür.
10. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/5769 saylı ekspert rəyindən görünür ki, İddiaçı istifadəsində olan torpaq sahəsi elektron baza məlumatlarına əsasən X2 mülkiyyətində olan torpaq sahəsidir. Həmin mülkiyyətdə olan torpaq sahəsi İddiaçı istifadə etdiyi torpaq sahəsinin daxilində yerləşir. Elektron baza məlumatlarına əsasən iddiaçının istifadəsində olan torpaq sahəsi ilə cavabdehlərin torpaq sahələri üst-üstə düşmür.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 İsa oğluna və Cavabdeh6 tərəfindən onun istifadəsində olan Ağsatafa şəhəri, Ağamalıoğlu küçəsi, ev 10 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin 110 kv.m hissəsindən zəbt olunmasını bildirmişdir. Mülki iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş üzrə verilmiş ekpert və mütəxəssis rəylərinə əsasən İddiaçı istifadəsində olan torpaq sahəsi elektron baza məlumatlarına əsasən X2 mülkiyyətində olan torpaq sahəsidir. Həmin mülkiyyətdə olan torpaq sahəsi İddiaçı istifadə etdiyi torpaq sahəsinin daxilində yerləşir. Elektron baza məlumatlarına əsasən iddiaçının istifadəsində olan torpaq sahəsi ilə cavabdehlərin torpaq sahələri üst-üstə düşmür.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
13. Məhkəmə iddiaçının zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad olunması tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Hazırki iddia predmetinə aid olan mübahisəli torpaq sahəsinə dair iddiaçının cavabdehlərə qarşı hər hansı bir tələbin irəli sürülməsi üçün üç şərt müəyyən olunmalıdır. Birinci şərt ondan ibarətdir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə aid olmalıdır. İkinci şərt ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunmalıdır. Üçüncü şərt ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdehlər tərəfindən qanunsuz zəbt olunaraq iddiaçının mülkiyyət hüquqları pozulmalıdır. Lakin, birinci şərtin mövcud olmaması, yəni mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə aid olmaması digər iki şərtin araşdırılmasına zərurət yaratmır. İddiaçı özünə aid torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb edə bilər. Qeyd olunur ki, qanunvericiliyin tələbinə görə iddiaçının həmin torpaq sahəsi üzərində hüququnun yaranması üçün, torpaq sahəsinin sərhədləri yerində müəyyən edilməli, torpaq sahəsinin yerquruluşu və planları və təsvirləri tərtib edilməli, torpaq sahəsinin təhvil verilməsi barədə müqavilə bağlanmalı, həmin sahə müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməlidir.
14. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
15. Azərbaycan Respublikası Mülki Məcəllənin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
17. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər.
18. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
19. Bununla yanaşı, Torpaq Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət yaradan hərəkətlər dəqiq müəyyən olunmuşdur. Belə ki, həmin Məcəllənin 110-cu maddəsinə görə torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması və torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi və s. qadağıandır.
20. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111 və 112-ci maddələrində isə Azərbaycan Respublikasında özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması və vurulan zərərin ödənilməsi tənzimlənir. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar.
21. Yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, mülki və torpaq qanunvericiliklərinin qeyd olunan normalarından görünür ki, mülkiyyət formasından və hüquqi rejimindən asılı olmayaraq, bütün mülkiyyət növləri, o cümlədən Azərbaycan Respublikasının vahid torpaq fondunu təşkil edən bütün torpaq sahələri kateqoriyalarından asılı olmayaraq dövlət tərəfindən müdafiə olunur.
22. Göründüyü kimi, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi deyildir. Həmin torpaq sahəsi onun istifadəsindədir. Hazırki mülki iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş üzrə verilmiş ekpert və mütəxəssis rəylərinə əsasən İddiaçı istifadəsində olan torpaq sahəsi elektron baza məlumatlarına əsasən X2 mülkiyyətində olması, həmin torpaq sahəsinin İddiaçı istifadəsində olması və iddiaçının istifadəsində olan torpaq sahəsi ilə cavabdehlərin torpaq sahələrinin üst-üstə düşməməsi müəyyən olunmuşdur. Yəni cavabdehlər istifadələrində olan torpaq sahəsindən tam qanuni əsaslarla istifadə edir. Cavabdehlər iddiaçının istifadəsində olan torpaq sahəsini zəbt etməmişlər.
23. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 İsa oğluna və Cavabdeh6 qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.
24. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər
28. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, dövlət rüsumu və iş üzrə keçirilmiş torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci iddiaçı tərəfindən ödənildiyindən, ekspertiza tədqiqatı nəticəsində yaranmış ekspertiza xərci olan 100 manat məbləğində pul İddiaçı tutularaq tutularaq Dövlət xəzinədarlığı agentliyi, VÖEN **********, Kod 210005, м/h АZ41NАBZ********************, SWİFТ. Bik: CТRЕАZ22, VÖEN **********, hesab АZ34CТРЕ******************** saylı hesabına keçirilməlidir.
Nəticə hissəsi:
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 İsa oğluna və Cavabdeh6 qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq Dövlət xəzinədarlığı agentliyi, VÖEN **********, Kod 210005, м/h АZ41NАBZ********************, SWİFТ. Bik: CТRЕАZ22, VÖEN **********, hesab АZ34CТРЕ******************** saylı hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Heyran Mürsəlova