Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-413/2024 18.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X12 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Ağstafa rayon Notariat Ofisinə qarşı hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi, qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, Müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu ildə vəfat etmiş X3 onun atası olmaqla aralarında qohumluq münasibətinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi tələbini müdafiə edib izahatında göstərdi ki, o, xx xxxxxx 1955-ci ildə Qazax rayonu, Qıraq Kəsəmən kəndində anadan olmuşdur. X2, anası X7r. Onun atasının bütün sənədlərdə soyadı Cəlilov kimi qeyd olunmuşdur. Belə ki, atası ona uşaqlıqdan bildirmişdir ki, o anasının soyadını daşıyır. Daha sonra atası anası ilə ailə qurmuş, o, anadan olduqdan sonra yanlışlıqla doğum haqqında şəhadətnamədə atasının soyadı Əliyev kimi qeyd olunmuşdur. Atası xx.xx.2009-cu ildə, anası isə xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. O, evin tək uşağı olmuşdur. Valideynləri vəfat etdikdən sonra onlardan miras qalmış torpağı adına sənədləşdirməkdə doğum haqqında şəhadətnamədə atasının soyadı Əliyev yazıldığı üçün çətinlik çəkir. Ona görə də qeyd etdiklərini nəzərə alıb ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Ağstafa rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə Ağstafa rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. Qeyd olunur ki, mülki qanunvericilikdə hazirki tələbdə göstərilmiş hüquqi əhəmiyyətli faktın - yəni qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. İşdə olan sənədlərlə müəyyən olunur ki, əriçəzinin Ağstafa rayon Notariat Ofisinə daxil olmuş ərizəsinə cavab olaraq bildirilmişdir ki, onun mərhum X2na və mərhum anası X8 məxsus miras əmlak qalmışdır. Lakin ərizəçi vərəsəlik şəhadətnaməsi verilməsi üçün zəruri sənədlər təqdim edə bilmədiyi üçün ona vərəsəlik şəhadətnaməsi verilməmişdir. Ona görə də ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 12 sentyabr 2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 04 fevral 2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan nikahın bağlanılması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X10 21 yanvar 1982-ci ildə Qazax rayonu Qıraq Kəsəmən kənd sovetliyində 03 saylı qeydlə rəsmi nikah bağlamışlar. İş materiallarında olan Ağstafa Rayon Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, ərizəçi atası Məhət Cəlilovdan və anası Səbikə Əliyevadan qalmış miras əmlakı qəbul etmək üçün Ağstafa rayon Notariat Ofisinə müraciət etsə də vərəsəlik şəhadətnaməsi verilməsi üçün zəruri sənədlər təqdim edə bilmədiyi üçün tələbi təmin olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Göründüyü kimi iş üzrə ərizəçi Elgunarə Məhəd qızı X1 qızı olmaqla onun birinci növbəli vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində qanun üzrə vərəsələr qeyd edilmiş və 1159.1-ci maddəyə əsasən birinci növbəli vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Göründüyü kimi, X6 ərizəçinin atası olmuş, Məhət Cəlilov isə 12 sentyabr 2009cu il tarixdə vəfat etmişdir. Hazırki vəziyyətdə ərizəçi X3 qanun üzrə birinci növbədə vərəsəsi sayılır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməli, 12 sentyabr 2009-cu il tarixdə vəfat etmiş X3 Ərizəçi atası olması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci, 307 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə təmin edilsin. 12 sentyabr 2009-cu il tarixdə vəfat etmiş X3 Ərizəçi atası olması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-413/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-413/2024
18.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver