Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-449/2024 16.02.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlu Ərizəçi “qohumluq faktının təsdiq edilməsi barədə” ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdi: Həmin ərizə ilə Ərizəçi Məhkəmədən belə məzmunda xahiş etmişdir: “02.02.*936cı il tarixdə Qazax rayonu, İ Şıxlı kəndində anadan olmuş mərhum X* mənim (Ərizəçi) qardaşım olmaqla qohum olmağımız faktının müəyyən edilməsi barədə qətnamə çıxarasınız”. Aşağıda göstərilənlərə görə Məhkəmə hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, MPM-nin 308-ci maddəsinin “məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin” müddəasına əsasən məsələyə yanaşdıqda məlum olur ki, Ərizəçi mərhum X2 ilə qohumluq faktını təsdiq edən sənədləri başqa qaydada almağa təşəbbüs göstərməmişdir. Şərh edilənlərə əsasən Məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən Məhkəməyə verilmiş, mərhum X2 ilə qohumluq münasibətlərinin olmasını hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi barədə ərizəyə məhkəmə qaydasında baxılmalı deyil. Odur ki, MPM-in *53.2.*-ci maddəsinin tələbinə uyğun olaraq ərizənin qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə, MPM-in 263-cü maddəsinə əsasən qərara aldı: Ərizəçi “qohumluq faktının təsdiq edilməsi barədə” ərizəsinin qəbul edilməsindən imtina edilsin, ərizə və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra *0 gün müddətində Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-449/2024
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-449/2024
16.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver