Məhkəmə qərarları › İş №2(015)-451/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-451/2024

09.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-451/2024 09.07.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh8, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh8, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 İddiaçı məxsus xx.xx.2024-cü il tarixdə onun adına verilmiş çıxarışla ünvan 1ində yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, məhkəmə xərclərinin cavabdeh (satıcı) Cavabdeh8 tutulması və Cavabdeh8 barəsində xüsusi qərardad çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş xx.xx.2024-cü il tarixdə Ağstafa Rayon Məhkəməsinin hakimi Zamiq Rəsulovun icraatına daxil olmuş, xx.xx.2024-cü il tarixdə iş üzrə İddiaçı və onun nümayəndəsi, vəkil Nümayəndə işə baxan hakim Zamiq Rəsulova etiraz edərək, işin başqa hakimin icraatına verilməsini xahiş etmişlər. Ağstafa Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(015)-451/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh8, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbinə dair mülki iş üzrə işə baxana hakimə etiraz ərizəsi təmin edilmiş və iş baxılması üçün məhkəmənin sədri Natiq Abbasovun icraatına verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi ilə iş üzrə Cavabdeh8 63000 manata ünvan 1ində yerləşən fərdi yaşayış evi almışdır. Notariusda alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra cavabdehlər evin satılmasına və müqavilədə göstərilən müddətdə yaşayış evindən çıxmağı öhdələrinə götürdülər. Lakin hazırda cavabdehlər ona məxsus fərdi yaşayış evini tərk etmirlər. Ona görə də iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, iş üzrə iddiaçı Cavabdeh8 evi almaq üçün ilkin olaraq beh kimi 3000 manat vermiş və bu barədə videogörüntü diskə yazılaraq iş materiallarına əlavə edilmişdir. Daha sonra 30000 manat pulu cavabdehə notariat ofisinin qarşısında maşının içində Cavabdeh8 vermiş, 25000 manat pulu isə notariusda vermişdir. Alqı-satqı müqaviləsi olduqdan sonra iddiaçı adına çıxarış almışdır. Lakin cavabdehlər müqavilə üzrə evdən çıxmaqları barədə üzərlərinə öhdəlik götürsələr də hal-hazıradək fərdi yaşayış evini tərk etmirlər. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh8, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, iş üzrə cavabdeh qismində qoyulmuş Cavabdeh6 və Cavabdeh7 cavabdeh qismində qoyula bilməzlər. Belə ki, qanunvericiliyə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. On altı yaşı olan yetkinlik yaşına çatmamış şəxs tam fəaliyyət qabiliyyətli elan edildiyi halda (emansipasiya) o, məhkəmədə şəxsən öz hüquq və vəzifələrini həyata keçirə bilər. Göründüyü kimi, Cavabdeh6 xx.xx.2015-ci il təvəllüdlü, Cavabdeh7 isə xx.xx.2018-ci il təvəllüdlü olmaqla on altı yaşına çatmamışlar və onların mülki prosessual fəaliyyət qabiliyyəti yoxdur. Bu səbəbdən həmin şəxslər məhkəmədə şəxsən öz hüquq və vəzifələrini həyata keçirə bilməzlər. Eyni zamanda hazırki iddia tələbi də onların törətdiyi mülki hüquq pozuntusu ilə bağlı deyildir. Azərbaycan Respublikası MPM-nin 48-ci maddəsinə əsasən əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Məhkəmə iddiaçını, onun nümayəndəsini dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, Cavabdeh8 ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 180.8 kv.m olan fərdi yaşayış evini İddiaçı 25000 manata satmışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı ünvan 1ində yerləşən Cavabdeh8 məxsus fərdi yaşayış evini almaq üçün ilkin olaraq ona 3000 manat, daha sonra notariat ofisinin qarşısında sonuncuya 30000 manat ödəniş etmiş və İddiaçı ilə Cavabdeh8 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən Cavabdeh8 ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 180.8 kv.m olan fərdi yaşayış evini İddiaçı müqavilədə göstərilən 25000 manat məbləğində satmışdır. Qeyd edilən faktlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş diskə baxış keçirilən zaman həmin diskdə olan videogörüntü və səs yazıları ilə sübut olunmuşdur. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 notarial qaydada ərizə verərək qeydiyyatda olduqları Cavabdeh8 məxsus Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evinin və mülkiyyətində olan 0,0767 ha torpaq sahəsinin satılmasına etiraz etməmiş və müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdələrinə götürmüşlər. Həmçinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı adına ünvan 1i ev, Yeni qaydalarla ünvan 2 ünvanında ümumi sahəsi 180.8 kv.m, torpaq sahəsi 0,0767 ha ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli fərdi yaşayış evi qeydiyyata alınmışdır. İş üzrə cavabdehlər notarial qaydada ərizə verərək fərdi yaşayış evindən çıxacaqları barədə öhdəlik götürməklərinə baxmayaraq hal-hazıradək həmin fərdi yaşayış evində yaşayırlar. Bu səbəbdən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və İİ hissələri). Göründüyü kimi, hazırki vəziyyətdə iddiaçı özünə məxsus əmlaka maneəsiz sahiblik edə bilmədiyi kimi, ondan sərbəst istifadə də edə bilmir. Cavabdehlər heç bir hüquqi əsas olmadan iddiaçıya məxsus fərdi yaşayış evini tərk etmirlər. Mülkiyyət hüququ hər bir mülkiyyətçiyə münasibətdə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. İddiaçıya məxsus fərdi yaşayış evində cavabdehlərin heç bir hüquqi əsas olmadan yaşaması isə iddiaçının hüquqlarının pozulması mənasına gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələbedə bilər. Qeyd olunan müddəaların mənası baxımından məhkəmə hesab edir ki, cavabdehlərin hal-hazırda yaşadığı Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evinin hazırda İddiaçı məxsus olması, Cavabdeh8 xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsi ilə qeyd edilən fərdi yaşayış evini İddiaçı müqavilə üzrə 25000 manat, ümumilikdə isə 58000 manata satması, iş üzrə digər cavabdehlərin fərdi yaşayış evinin və torpağının satılmasına etiraz etməməməsi və müqavilədə göstərilən müddətdə tərk etmələrini öhdələrinə götürməsi, lakin cavabdehlərin fərdi yaşayış evindən könüllü olaraq çıxmaması nəticəsində iddiaçının həmin yaşayış evinə münasibətdə mülkiyyətçi kimi əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu məhdudlaşdırması sübuta yetirildiyindən iddia əsaslıdır, təmin olunmalı, İddiaçı məxsus Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh8, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 məcburi qaydada çıxarılmalıdır. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə qarşı məhkəmədə iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. İş üzrə iddiaçı məhkəmə xərclərinin yalnız Cavabdeh8 tutulmasını xahiş etsə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə məhkəmə xərcləri cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Bundan başqa, məhkəmə iddia tələbinin Cavabdeh8 barəsində xüsusi qərardad çıxarılmasına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə uyğun olaraq, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi, hazırki iddia tələbi fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbinə dair olmaqla, mülki işə məhkəmə tərəfindən baxılarkən Cavabdeh8 hər hansı bir hərəkətində və ya hərəkətsizliyində cinayət əlamətlərinin olması aşkar edilməmiş və öz təsdiqini tapmamamışdır. Ona görə də Cavabdeh8 barəsində xüsusi qərardadın çıxarılması məqsədəuyğun deyildir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. İddiaçı məxsus Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh8, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 məcburi qaydada çıxarılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh8, X1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar