Məhkəmə qərarları › İş №2(015)-463/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-463/2025

07.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-463/2025 07.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ağstafa rayon Saloğlu qəsəbə sakini X3 ilə birgə nikahdan *8.0*.2022-ci il tarixdə bir qız övladını ev şəraitində doğmasının müəyyən edilməsi və bu barədə doğum haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Ağstafa rayon Saloğlu qəsəbə sakini X3 ilə qeyri-rəsmi ailə qurmuş, nikahlarını rəsmiləşdirməmişlər. Onunla birgə yaşadıqları dövrdə dörd övlad dünyaya gəlmişdir. Ərizəçi digər uşaqlarının doğum haqqında şəhadətnamələrini əldə etsə də *8.0*.2022-ci il tarixdə bir qız övladının doğum haqqında şəhadətnaməsini almamışdır. O, uşağa doğum haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də imtina olunmuşdur.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qeydiyyat işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və iştirak etməmələrini üzrlü hesab edib qanuni qərar qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsini rəhbər tutaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X* ifadəsində göstərdi ki, Ərizəçi onun bacısıdır. Ərizəçi atasıgilə qonaq gələn zaman orada uşağı dünyaya gətirmişdir. Doğulmuş qız uşağı ərizəçinin dördüncü uşağıdır.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X4 şahid X* ilə eyni məzmunlu ifadə vermişdir.

8. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin olunmalıdır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 02.**.2024-cü il tarixli məktubdan görünür ki, ərizəçinin *8 yanvar 2022-ci il tarixdə ev şəratində doğulmuş bir qız uşağının doğum qeydiyyatının aparılmasından imtina olunmuş və ona məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur.

10. İş materiallarında olan Poylu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş *2.09.2024-cü il tarixli tanınma aktından görünür ki, təsvir olunan şəxs həqiqətən *8 yanvar 2022-ci il təvəllüdlü X2r.

11. İş materiallarında olan Poylu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixli 53*/g arayışdan görünür ki, Ərizəçi həqiqətən Ağstafa rayon Poylu qəsəbəsində qeydiyyatdadır və həmin ünvanda yaşayır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Ərizəçi Ağstafa rayon Saloğlu qəsəbə sakini X3 adlı şəxslə qeyri-rəsmi qaydada ailə qurmuş, onların birgə yaşadıqları dövrdə *8.0*.2022-ci il tarixdə ev şəraitində bir qız uşaqları anadan olmuşdur. Uşaq isə tibb müəssisəsindən kənarda ev şəraitində yaşadığı Ağstafa rayonunun Poylu qəsəbəsində doğulduğundan, doğum haqqında arayış verilməsi mümkün olmamış və Maraqlı şəxs uşağın doğumunu qeydə almaqdan imtina etmişdir.

Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

14. Qeyd olunur ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsində uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.

15. Mülki qanunvericilikdə isə hazirki tələbdə göstərilmiş hüquqi əhəmiyyətli faktadoğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxılır. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.*-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

18. Həmin Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

19. Qeyd olunan Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

20. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı qərarının 4.4-cü bəndində qeyd olunub ki, Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.

21. Göründüyü kimi, Ərizəçi tibb müəssisəsindən kənarda ev şəraitində yaşadığı Ağstafa rayonunun Poylu qəsəbəsində *8.0*.2022-ci il tarixdə * nəfər qız uşağı doğmuş, bu səbəbdən uşağa doğum haqqında arayış verilməsi mümkün olmamışdır.

22. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, xx.xx.*993-ü il tarixdə Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olmuş, Ağstafa rayonunun Poylu qəsəbəsində qeydiyyatda olan Ərizəçi *8.0*.2022-ci il tarixdə bir qız uşağını tibb müəssisəsindən kənarda ev şəraitində yaşadığı Ağstafa rayonunun Poylu qəsəbəsində doğması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilməlidir.

23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *58.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir.

24. Həmin Məcəllənin *59.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, ölümün, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.

25. Qanunvericiliyə əsasən, doğumun qeydə alınması müvafiq tibbi sənəd əsasında və yaxud doğum faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi əsasında aparılır. Qeydiyyat orqanı faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi əsasında doğum haqqında səhadətnamə verməlidir. Bunun üçün doğum faktının müəyyən edilməsi haqqında işə xüsusi icraatda baxılan zaman “doğum haqqında şəhadətnamənin verilməsi” barədə qərar qəbul edilməsinə zərurət yaranmır. Bu səbəbdən ərizə “doğum haqqında şəhadətnamənin verilməsi” hissəsində təmin edilə bilməz.

26. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Qeyd olunan Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

30. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə qismən təmin edilsin. xx.xx.*993-cü il tarixdə Ağstafa rayonunun Poylu kəndində doğulmuş, Ağstafa rayonunun Poylu kəndində qeydiyyatda olan Ərizəçi *8.0*.2022-ci il tarixdə bir qız uşağının tibb müəssisəsindən kənarda ev şəraitində yaşadığı Ağstafa rayonunun Poylu kəndində doğulması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilsin. Qətnamə doğum qeydiyyatının aparılması və doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar