Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-49/2025 06.05.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpağın zəbtdən azad olunması, qanunsuz tikilmiş evin cavabdehin vəsaiti hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus 31 yanvar 1998-ci il tarixli Ağstafa rayon Aqrar İslahat Komissiyasının 01 saylı qərarına əsasən 0,04 ha, JN-780A KOD 50200048 saylı və 31 yanvar 1998-ci il tarixli Ağstafa rayon Aqrar İslahat Komissiyasının 01 saylı qərarına əsasən 0,08 ha JN-780B KOD 50200048 saylı torpağın mülkiyyətə verilməsinə dair 2 ədəd olmaqla şəhadətnamələri ilə zəbt olunmuş 0,02 ha torpaq sahəsinin zəbtdən azad edilməsi, onun torpaq sahəsində qanunsuz inşa edilmiş evin cavabdehin vəsaiti hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edib Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 01 saylı qərarına əsasən JN-780-B KOD 50200048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş 0,08 ha torpaq sahəsinin bütövlükdə Cavabdeh zəbtindən azad edilməsi, həmin torpaq sahəsi üzərində olan tikililərin cavabdehin hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi). Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib göstərdi ki, ona məxsus Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 01 saylı qərarına əsasən 0,04 ha, JN-780A KOD 50200048 saylı və Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 01 saylı qərarına əsasən 0,08 ha JN-780B KOD 50200048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə ümumilikdə 0,12 ha torpaq sahəsi vardır. O, torpaq sahəsini ölçdürən zaman ona məlum olmuşdur ki, ona məxsus torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş və orada ev tikilmişdir. Bu barədə dəfələrlə cavabdehə torpağı zəbtdən azad etməsini bildirsə də cavabdeh torpağı zəbtdən azad etməmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçı ilə eyni məzmunlu ifadə verib iddianın tam həcmdə təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyib, məhkəməyə iddia tələbinə etiraz ərizəsini təqdim edib izahatında göstərdi ki, o, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. O, özünə məxsus olan evi Nizami adına sovxozun 12 noyabr 1990-cı il tarixli 206 nömrəli əmrinə əsasən nənəsinin ona verdiyi 0,12 ha torpaq sahəsində inşa etdirmişdir. Həmin torpaq sahəsi onun nənəsinə məxsus olmuşdur. İddiaçıya isə torpaq sahəsi Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli qərarına əsasən verilmişdir. Həmçinin ona və ailəsinə məxsus Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 01 saylı qərarına əsasən 0,10 ha, JN-782A KOD 50200048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni məhkəməyə təqdim etmişdir. Ona görə də iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunub-olunmaması barədə heç bir ifadə verməmişdir. İşdə olan sənədlərlə və aparılmış məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı və onun ailə üzvlərinə Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 01 saylı qərarına əsasən 0,04 ha, JN-780A KOD 50200048 saylı və Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 01 saylı qərarına əsasən 0,08 ha JN-780B KOD 50200048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş torpaq sahələrinin verilməsinə dair sənədi təqdim edərək həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmasını iddia etmişdir. Cavabdeh isə öz növbəsində Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 01 saylı qərarına əsasən 0,10 ha, JN-782A KOD 50200048 saylı torpağın mülkiyyətə verilməsinə dair sənədlər təqdim edərək iddiaçıya məxsus torpaq sahəsini zəbt etməməsini, özünə məxsus olan evi Nizami adına sovxozun 12 noyabr 1990-cı il tarixli 206 nömrəli əmrinə əsasən nənəsinin ona verdiyi 0,12 ha torpaq sahəsində inşa etdirməsini bildirmişdir. Məhkəmə tərəfindən mülki iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş üzrə verilmiş ekpert və mütəxəssis rəylərinə əsasən islahata dair kompleks yerquruluşu layihəsinə əsasən İddiaçı və onun ailə üzvlərinə Ağstafa Rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə verilmiş JN 780B 0,08 ha torpaq sahəsinin 601 kv.m hissəsi Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. İslahata dair kompleks yerquruluşu layihəsinə əsasən İddiaçı və onun ailə üzvlərinə Ağstafa Rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə JN 780A, KOD 50200048, həmçinin JN 780B, KOD 50200048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0,04 ha və 0,08 ha torpaq sahələri ilə Cavabdeh və onun ailə üzvlərinə həmçinin Ağstafa Rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə JN 782A, KOD 50200048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0,10 ha torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. Beləliklə məhkəmədə müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsindən faktiki olaraq istifadə edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Bununla yanaşı, Torpaq Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət yaradan hərəkətlər dəqiq müəyyən olunmuşdur. Belə ki, həmin Məcəllənin 110-cu maddəsinə görə torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması və torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi və s. qadağıandır. Torpaq Məcəlləsinin 111 və 112-ci maddələrində isə Azərbaycan Respublikasında özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması və vurulan zərərin ödənilməsi tənzimlənir. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar. Yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, mülki və torpaq qanunvericiliklərinin qeyd olunan normalarından görünür ki, mülkiyyət formasından və hüquqi rejimindən asılı olmayaraq, bütün mülkiyyət növləri, o cümlədən Azərbaycan Respublikasının vahid torpaq fondunu təşkil edən bütün torpaq sahələri kateqoriyalarından asılı olmayaraq dövlət tərəfindən müdafiə olunur. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı və onun ailə üzvlərinə Ağstafa Rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə verilmiş JN 780B 0,08 ha həyətyanı torpaq sahəsinin 601 kv.m hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi qanunsuz hesab edilməlidir. Mübahisəli torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətidir. İddiaçı və onun ailə üzvlərinə Ağstafa Rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə verilmiş Ağstafa rayonu, Köçəsgər kəndində yerləşən JN 780B 0,08 ha həyətyanı torpaq sahəsinin 601 kv.m hissəsi Cavabdeh zəbtindən azad edilərək iddiaçıya qaytarılmalı, zəbt edilmiş torpaq sahəsində olan tikili Cavabdeh hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 116.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 manat məbləğində pul Cavabdeh tutularaq Dövlət xəzinədarlığı agentliyinin hesabına keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. İddiaçı və onun ailə üzvlərinə Ağstafa Rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə verilmiş Ağstafa rayonu, Köçəsgər kəndində yerləşən JN 780B 0,08 ha həyətyanı torpaq sahəsinin 601 kv.m hissəsindən Cavabdeh çıxarılsın. Həmin torpaq sahəsində olan tikili Cavabdeh hesabına sökülərək zəbt olunmuş həmin hissə İddiaçı qaytarılsın. İş üzrə məhkəmə ekspertizası təqdiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Dövlət xəzinədarlığı agentliyi, VÖEN **********, Kod 210005, м/h АZ41NАBZ********************, SWİFТ. Bik: CТRЕАZ22, VÖEN **********, hesab АZ34CТRЕ******************** saylı hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-49/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-49/2025
06.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver