Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-493/2025 13.03.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs rəisi Arifə Qasimovanın iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il tarixdə Ağstafa rayonu Poylu kəndində anadan olmaqla atası *0.09.*975-ci ildə anadan olmuş X6, anasının *983-cü ildə anadan olmuş X*ması faktının müəyyən edilməsinin və onun doğum akt qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, atası X9 anası X5 ilə 2003-cü il tarixdə qeyri-rəsmi qaydada ailə həyatı qurmuşdur. Onların yaşadığı dövrdə xx.xx.2005-ci il tarixdə ev şəraitində o, dünyaya gəlmişdir. 20*6-cı ildə atası həbs olunmuşdur. Bundan sonra anası onu nənəsinin himayəsində qoyaraq Rusiya Federasiyasında olan atası evinə getmişdir. O gündən sonra anasını görməmişdir. Atası həbsdən azad olandan sonra o, yenidən atası ilə birlikdə olmuşdur. Həyatı hər zaman problemlər içində olduğu üçün heç bir zaman məktəb oxumamışdır. Savadsız və səhlənkar olduğundan bu günə kimi sənədlərin qaydaya salınmasında heç bir hərəkətlər etməmişdir. Bu səbəbdən də bu günə kimi özünə doğum haqqında şəhadətnamə almamışdır. Maraqlı şəxsnə müraciət etsə də, orada sənədləri kifayət qədər yerində olmadığı üçün doğum akt qeydinin bərpası mümkün olmamışdır.Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş edir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında Ərizəçi ərizə tələbini müdafiə edib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
4. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi Arifə Qasımova izahat verərək bildirdi ki, ərizəçi ilk öncə Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ərizəçinin yaşı *6 yaşı keçdiyindən onun məhkəmə qaydası olmadan doğum akt qeydinin bərpa etmək mümkün olmamışdır.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, ərizəçinin qohumudur. Ərizəçi qayını X6 övladıdır. Anası uşaqları nənəsinin yanına yerləşdirərək evi tərk edib getmiş, onunla bağlı heç bir məlumat yoxdur. Atası məhkum olduğu dövrdə nənəsi onları saxlayıb böyütmüşdür.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*0 şahid X8 ilə eyni məzmunlu ifadə vermişdir.
7. Məhkəmə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ərizəçinin xx.xx.2005-ci ildə Ağstafa rayonu Poylu kənd xəstəxanasında doğulmuş, qız uşağının doğumunun qeydə alınması üçün kifayət qədər əsas olmadığında görə onun doğum akt qeydinin bərpa edilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur.
9. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Ağstafa RMX X*4 tərəfindən verilmiş 30.0*.2024-cü il tarixli tibbi arayışdan görünür ki, X5 həqiqətən xx.xx.2005-ci ildə saat *2:00-da Ağstafa rayonu Poylu kənd xəstəxanasında diri qız uşağı təvəllüd etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. İş üzrə ərizəçi Dəmirova X4 Aleksandra Serqeyevna həqiqətən xx.xx.2005-ci ildə saat *2:00-da Ağstafa rayonu Poylu kənd xəstəxanasında anadan olmuşdur. Uşağın doğum şəraitini nəzərə alaraq ona doğum haqqında arayış verilməsi mümkün olmadığından Maraqlı şəxs ərizəçinin doğumunu qeydə almaqdan imtina etmişdir.
Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
12. Qeyd olunur ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsində uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.
13. Mülki qanunvericilikdə isə hazirki tələbdə göstərilmiş hüquqi əhəmiyyətli faktadoğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxılır. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.
14. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.*-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
16. Həmin Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
17. Qeyd olunan Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
18. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı qərarının 4.4-cü bəndində qeyd olunub ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.
19. Göründüyü kimi, ərizəçi Dəmirova X3 xəstəxanasında xx.xx.2005-ci il tarixdə doğulmuşdur. Lakin bəzi səbəblərdən uşağa doğum haqqında arayış verilməsi mümkün olmamışdır.
20. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, xx.xx.2005-ci il tarixdə Ağstafa rayonunun Poylu kəndində anadan olmuş, Ağstafa rayonunun Qırılı kəndində yaşayan Ərizəçi xx.xx.2005-ci il tarixdə Ağstafa rayonunun Poylu kəndində doğulması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilməlidir.
21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *58.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir.
22. Həmin Məcəllənin *59.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, ölümün, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.
23. Qanunvericiliyə əsasən, doğumun qeydə alınması müvafiq tibbi sənəd əsasında və yaxud doğum faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi əsasında aparılır. Qeydiyyat orqanı faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi əsasında doğum haqqında səhadətnamə verməlidir. Bunun üçün doğum faktının müəyyən edilməsi haqqında işə xüsusi icraatda baxılan zaman “doğum haqqında şəhadətnamənin verilməsi” barədə qərar qəbul edilməsinə zərurət yaranmır. Bu səbəbdən ərizə “doğum haqqında şəhadətnamənin verilməsi” hissəsində təmin edilə bilməz.
24. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Qeyd olunan Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi:
28. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi doğum akt qeydi bərpa olunsun, doğum haqqında akt qeydləri kitabında ata qrafasında ata adı “X9” kimi, ana qrafasında ana adı “X5” kimi, doğum tarixi xx.xx.2005-ci il, doğum yeri “Ağstafa rayonu, Poylu kəndi” qeyd edilsin. Qətnamə doğum akt qeydində müvafiq düzəlişlərin aparılması və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 0* (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.