Məhkəmə qərarları › İş №2(015)-513/2023

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-513/2023

17.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-513/2023 17.05.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X8 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Həmzəlinin katibliyi, İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər X1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi vəkil X7, İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi vəkil X3, Müstəqil tələb sürən üçüncü şəxs X2 iştirakları ilə İddiaçılar X1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Ağstafa rayon Notariat ofisinə və Azərbaycan Respublikası DƏDKR PHŞ-in 15 saylı ərazi idarəsinə qarşı vərəsəliyin müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, Ağstafa rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin ləğv edilməsi, çıxarışın qismən ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka vərəsəliyin müəyyən olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçılar X4, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Ağstafa rayon Notariat ofisinə və Azərbaycan Respublikası DƏDKR PHŞ-in 15 saylı ərazi idarəsinə qarşı vərəsəliyin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, Ağstafa rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin ləğv edilməsi, çıxarışın qismən ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka vərəsəliyin müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X5 da cavabdehlər İddiaçı1, X6, İddiaçı3, Cavabdeh1, Cavabdeh2 və Ağstafa rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, çıxarışın ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka vərəsəliyin müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, 2(015)-347/2023 və 2(015)-513/2013 saylı mülki işlər bir icraatda birləşdirilməlidir. Məhkəmə qeyd edir ki, hər iki tələb eyni predmeti, eyni əsas və eyni tərəflər arasında baş verən münasibətlərlə bağlı olduğundan həmin tələblərin bir icraatda birləşdirilərək baxılması, tərəflərin müxtəlif vaxtlarda məhkəmə çəkişmələrinə çağrılmasını, məhkəmə iclaslarının təkrar-təkrar keçirilməsini aradan qaldırmış olar. Ona görə də hazırkı işin, məhkəmənin icraatında daha tez daxil olmuş mülki işlə bir icraatda birləşdirilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası MPM-nin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın 43.2, 169 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçılar X1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Ağstafa rayon Notariat ofisinə və Azərbaycan Respublikası DƏDKR PHŞ-in 15 saylı ərazi idarəsinə qarşı vərəsəliyin müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, Ağstafa rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin ləğv edilməsi, çıxarışın qismən ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka vərəsəliyin müəyyən olunması tələbinə dair iddia ərizəsi üzrə 2(015)-347/2023 nömrəli mülki iş Ağstafa Rayon Məhkəməsinin icraatında olan iddiaçı X2 cavabdehlər İddiaçı1, X6, İddiaçı3, Cavabdeh1, Cavabdeh2 və Ağstafa rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, çıxarışın ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka vərəsəliyin müəyyən olunması tələbinə dair 2(015)-513/2023 nömrəli mülki işlər bir icraatda birləşdirilsin və birləşdirilmiş mülki işlərə 2(015)-347/2023 nömrəsi ilə baxılsın. Mülki işə məhkəmə hazırlıq iclasında baxılması 06 iyun 2023-ci il tarixə saat 14:00-a təyin edilsin. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilsin. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar