Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-555/2024 04.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum akt qeydinin bərpa edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs qeyd etməklə, doğum akt qeydinin bərpa edilməsi tələbinə dair ərizə ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 04 may *998-ci il tarixdə Ağstafa rayonu Saloğlu qəsəbəsində anadan olmuşdur. X3, anası X2 olmuşdur. İndiyə kimi doğum haqqında şəhadətnamə alınmamış və heç bir təhsil almamışdır. Hazırda övladlarının doğum haqqında şəhadətnamə alınması vacib olduğundan əvvəlcə ananın doğum akt qeydi bərpa edilməli sonra şəxsiyyət vəsiqəsi əldə etməlidir. 2007-ci il tarixdə X5 ilə qeyri-rəsmi nikaha daxil olmuşdur. Birgə yaşadıqları dövrdə *2.*2.20*5-ci il təvəllüdlü oğlu dünyaya gəlmişdir. Övladı ev şəraitində dünyaya gəlmişlər. O, vaxtdan da həmin uşağı Həsən kimi adlandırmışlar. Bu günə kimi həmin uşağa doğum haqqında şəhadətnamə alınmamışdır. Bununla bağlı Maraqlı şəxsnə müraciət olunmuşdur. Lakin, bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında şəhadətnamənin verilməsindən rəsmi qaydada imtina edilmişdir. Bu fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və eyni zamanda izahatında göstərdi ki, doğum haqqında şəhadətnaməsinin olmaması onun uşağının hüquqlarını həyata keçirilməsinə maneələr törədir. Ona görə də, ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirib, qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “..həqiqətən 2007-ci ildə X5 ilə Ərizəçi qeyri-rəsmi nikaha daxil olmuşdur. Birgə yaşadıqları dövrdə *2.*2.20*5-ci il təvəllüdlü oğlu dünyaya gəlmişdir. İş materiallarında olan arayışın surətindən görünür ki, Ərizəçi hal-hazırda Ağstafa rayon Saloğu qəsəbəsində yaşayır. İş materiallarında olan Maraqlı şəxs *0.06.2023-cü il tarixli cavab məktubundan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpasına dair müraciətinə baxılmış və bunun üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. Bacısının qeyri-rəsmi X9 ilə nikahda olduğu dövrdə 2* sentyabr 20*9-cu il təvəllüdlü qızı və 03 iyun 202*-ci il təvəllüdlü oğlu dünyaya gəlmişdir. Uşaqlar ev şəraitində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, ərizəçi onun xalasıdır. X* ilə qeyri-rəsmi nikahda olduğu dövrdə *2 dekabr 20*5-ci il təvəllüdlü oğlu dünyaya gəlmişdir. Uşaq ev şəraitində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X*0 ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. X* ilə qeyri-rəsmi nikahda olduğu dövrdə *2 dekabr 20*5-ci il təvəllüdlü oğlu dünyaya gəlmişdir. Uşaq ev şəraitində doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 4.*-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 307.2.3-cü maddəsinə görə, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə müvafiq olaraq, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 309.*-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “... Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, doğum akt qeydi bərpa edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Doğumun qeydə alınması faktı müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi Ərizəçi övladı *2 dekabr 20*5-ci il təvəllüdlü X7 ata qrafasında milliyyəti azərbaycanlı olan X5, ana qrafasında - milliyyəti azərbaycanlı olan Ərizəçi qeyd edilməklə doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(015)-555/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-555/2024
04.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver